Bakıda anadan olmuş SSRİ Xalq artisti 92 yaşında vəfat edib
Azərbaycanın "Dostluq" ordeni ilə təltif olunmuş SSRİ Xalq artisti Murad Kajlayev 92 yaşında vəfat edib.
Bu barədə Rusiya Federasiyası Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"Təəssüf ki, Murad Kajlayev Dağıstanda dünyasını dəyişib", - qurumdan bildirilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il yanvarın 15-də imzaladığı sərəncamı ilə M.Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə "Dostluq" ordeni ilə təltif edilib.
Dövlət başçısının 2021-ci il yanvarın 29-da imzaladığı digər sərəncam ilə M.Kajlayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
Qeyd edək ki, Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində doğulub. Onun atası Maqomed məşhur həkim, keçmiş SSRİ-də görkəmli lorinqoloq idi.
Hələ erkən yaşlarında Muradın musiqi istedadı üzə çıxıb. Onu o zaman Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin) fortepiano ixtisası sinfinə qəbul ediblər. 1949-cu ildə M.Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə daxil olub. O, təhsilini tanınmış bəstəkar-pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində alır.
M. Kajlayev 2016-cı ildə Dağıstan Respublikasının himninə musiqi yazıb. Bəstəkar SSRİ-Türkiyə birgə istehsalı olan məşhur "Məhəbbətim mənim, kədərim mənim" (Fərhal və Şirin) fliminə də musiqi yazıb.
Dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən dərs alıb. O, daha sonra Dağıstanın paytaxtı Mahaçqala və Moskvada işləyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 747 Tarix: 23 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami
1 oktyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrRusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq
Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n
29 sentyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrQrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb
Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm
30 sentyabr