Diqqət! Bu gündən Azərbaycanda televiziya yayımı dayandırıldı
Bu gündən analoq televiziya yayımı daha 14 rayonda dayandırılıb.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən məlumat verilib.
Sabahdan analoq yayım Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılacaq.
Dekabrın 20-si saat 00:00-dan həmin rayonlarda bütün yayım ya rəqəmsal standartda, ya da kabel TV və peyk vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, dekabrın 1-dən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-dan isə Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyşay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb.
Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderləri ("Set-Top-Box") 35 manat ödəməklə istifadə haqqında təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.
Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan anten vasitəsilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.
Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən, Bakı və Abşeron yarımadasında isə bu il noyabrın 1-dən keçilib.
Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli "Qaynar xətt"nə zəng etmək olar./modern.az/
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Sabah hava necə olacaq?
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO