14 dəfə lotereya qazanan adamın sirri

14 dəfə lotereya qazanan adamın sirriTarixdə ən çox lotereya qalibi ruminyalı mühasib Stefan Mandel olub. O, 14 dəfə cekpot qazanaraq milyonçu olmağı bacarıb. Federal Təhlükəsizlik Bürosu (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) onun işini araşdırsa da, qanunsuz bir şey tapa bilməyib.

​Onun oğlu, universitet professoru Riçard Mandel atasının lotereyada necə qalib gəldiyini danışıb.

Riçardın sözlərinə görə, 1934-cü ildə anadan olan atası XIII əsrdə yaşamış riyaziyyatçı Leonardo Fibonaççinin irəli sürdüyü nəzəriyyələrə aludə olub. Beləliklə o, Fibonaççinin metodlarından istifadə edərək alqoritm yaradıb.

"Riyaziyyat düzgün tətbiq edildikdə, sərvətə zəmanət verə bilər", - deyə Stefan bildirib.

Mandel düsturlar hazırlayır, ölkəsində altı cekpotdan beşini qazanır və həmin pullarla məmurlara rüşvət verərək Çavuşevskinin zülmündən vətəni Rumıniyadan Avstraliyaya qaçır.

"Zalım diktatura altında yaşamaq ona pul qazanmaq üçün yaradıcı və qeyri-adi yollar axtarmaq üçün böyük motivasiya verdi", - deyə oğlu Riçard vurğulayıb.

Stefan arvadı və iki uşağı ilə Avstraliyaya köçəndən sonra sığorta agenti kimi fəaliyyətə başlayır. Ancaq bu ölkədəki lotereyalar da onun diqqətini çəkir və yenidən lotereya oynamağa başlayır. Nəticədə Avstraliya və Böyük Britaniyada 12 dəfə böyük mükafata layiq görülür və 10 il ərzində 1,1 milyon avro qazanır.

Bütün diqqətini bu işə yönəldən Mandel peşəkar lotereya oyunçusu olur və öz alqoritmi ilə güclü kompüter sistemi qurur.

Mandel dünyadakı bütün lotereyaları araşdırır, nəhayət ABŞ-nin Virciniya ştatında lotereyada boşluq tapır. ABŞ hökuməti lotereyaları oyunçulara evdə bilet çap etməyə icazə verirdi.

1992-ci ildə o, 2524 investoru razı salaraq onların hər birinin 3000 dollar sərmayə qoymasına nail olur. Melburnda açdığı ofisdə 30 kompüter, 12 printer quraşdıraraq çoxsaylı kombinasiyalar yaradır və 27 milyon dollar qazanır.

Bu, onun bütün diqqəti üzərində cəmləməsinə səbəb oldu, FTB və MKİ ona qarşı təhqiqata başlayır. İki həftəlik araşdırma nəticəsində Mandelin metodunun qanuni olduğu qərara alınır və o, bəraət alır. Bununla belə, bu hadisədən iki il sonra Mandel və onun fondu iflas edib.

Avstraliyadan sonra İsrailə mühacirət edən Mandel orada dələduzluqda günahlandırılaraq 20 ay müddətinə həbs olunub. Cəza müddəti bitdikdən sonra o, Vanuatuya mühacirət edir.

ABŞ hökuməti isə Mandelin tapdığı boşluğu aradan qaldırmaq üçün qanunvericiliyi dəyişib, evdə kuponların çapına və toplu biletlərin alınmasına məhdudiyyətlər qoyub.

Mandel ona lotereyada qalib gəlməyə imkan verən alqoritmi heç vaxt açıqlamadı. Onun alqoritmi haqqında məlum olanlar aşağıdakılardır:

O, mümkün kombinasiyaların ümumi sayını hesablayıb. Daha sonra cekpot məbləğinin kombinasiyaların sayından ən azı üç dəfə çox olmasını gözləyib. Hər kombinasiya üçün investor tapıb. Sonra investorların pulu ilə hər kombinasiya üçün loto oynayıb və onları çap edib. Aldığı kupon çapını dilerə aparıb, pulunu ödəyib, təsdiq etdirib, cekpotu qazanıb və hər bir investora pay verib./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1531   Tarix: 25 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr