Saakaşvili baş nazirliyə namizədliyini verəcək?
"Gürcüstanın paytaxtı Tbilisidə xəstəxanada yatan ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb, lakin müalicəsi xəstəxanada davam etdirilməlidir".
Bu barədə tibb müəssisəsinin klinik direktoru Zurab Çxaidze yerli telekanala məlumat verib.
"Xəstənin (Saakaşvili) ümumi vəziyyəti əlbəttə ki, yaxşılaşıb. Onun həyati parametrləri yaxşılaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir. Onun qan təzyiqi vaxtaşırı dəyişir, bu da çox vaxt ziyarətçilərlə əlaqəlidir", - deyə Çxaidze bildirib.
Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti stasionar müalicə üçün zəruri olan meyarlara uyğundur.
Xatırladaq ki, Saakaşvili barəsində bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilərək türməyə yerləşdirilib. O, özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyası elan edib. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib, "Vahid Milli Hərəkat" partiyası növbəti seçkilərdə qalib gələrsə, siyasətçi, baş nazirliyə namizədliyini irəli sürəcəyini istisna etməyib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 842 Tarix: 26 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25
1 oktyabrABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb
İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları
29 sentyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabrErmənistan və İran arasında müzakirələr olunub
Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı
30 sentyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrFransa şəkərli qidalara vergi tətbiq edəcək
Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl
30 sentyabr