Şotlandiyada Santa Klausun sürücülük vəsiqəsi tapıldı - FOTO

Şotlandiyada Santa Klausun sürücülük vəsiqəsi tapıldı - FOTOŞotlandiyanın Edinburq şəhərində Santa Klausun itirdiyi sürücülük vəsiqəsi polis əməkdaşlarını güldürüb.

Qəribə tapıntı barədə hüquq-mühafizə orqanlarının əməkdaşları "X" sosial şəbəkəsindəki rəsmi hesablarında paylaşım ediblər.

Polis əməkdaşları Santa Klaus istirahət üçün Şimal qütbünə qayıtmazdan əvvəl sənədlərini ona geri qaytarmaqda köməklik göstərmək çağırışı ilə müraciət paylaşıblar.

Zarafat üçün hazırlanmış sürücülük vəsiqəsinin üzərində başında bayram papağı olan uzunsaqqallı kişinin şəkli əks olunub. Vəsiqədə onun oyuncaq və hədiyyələri çatdırmaq hüququnun olduğu, lakin bu hədiyyələrin il boyu nəzakətli davranan qızlar və oğlanlar üçün nəzərdə tutulduğu qeyd olunub.

Santa Klausun sürücülük vəsiqəsi 2050-ci ilə qədər etibarlıdır, daha sonra isə məlumatları yeniləmək və onun etibarlılığını təsdiqləmək lazımdır. Yeri gəlmişkən, sənəddə Santa Klausun dəqiq ünvanı da göstərilib: Şimal qütbü, "Santa's Grotto".

"Bu vəsiqə sizin rayonda tapılıb və Şotlandiya polisinə təhvil verilib. Əgər sahibini görən varsa, bizimlə əlaqə saxlasın!" - deyə hüquq-mühafizə orqanının əməkdaşları yazıblar.
Onların fotoşəkilləri paylaşdıqları elan tez bir zamanda sosial şəbəkələrdə yayılıb. Paylaşımın baxış sayı bir milyonu ötüb.

"Saxta sənədli Santa Klaus, ha-ha", "Buna bax, indi o, avtomobili vəsiqəsiz idarə edir", "Deyəsən, kimsə vəsiqələri saxtalaşdırır", "Papağını çıxara bilərdin", - deyə sosial şəbəkə istifadəçiləri yazıblar. (OXU.AZ)

Şotlandiyada Santa Klausun sürücülük vəsiqəsi tapıldı - FOTOŞotlandiyada Santa Klausun sürücülük vəsiqəsi tapıldı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 889   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

1 oktyabr
.

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il

30 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb

Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve

29 sentyabr
.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr
.

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria

30 sentyabr
.

Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin

30 sentyabr
.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr