Evlilik təklifi üçün Romaya getdilər, "yox" cavabı aldı - Video

Evlilik təklifi üçün Romaya getdilər, "yox" cavabı aldı - Videoİtaliyanın paytaxtı və ən böyük şəhəri Romada romantik evlilik təklifi böyük fiasko ilə nəticələnib.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, turistlərin ən çox sevdiyi yerlərdən biri olan Roma bu dəfə böyük xəyal qırıqlığı ilə dünya gündəminə düşüb.

Bayram ərəfəsində yaşanan bir hadisənin görüntüləri sosial şəbəkəyə yüklənib. Belə ki, TikTok-da 13 milyondan çox izlənilən videodakı "bədbəxt Romeo"nun adının Valerio olduğu məlum olub.

Valerio sevgilisini romantik sürpriz üçün Romaya aparıb və onunla məşhur "Via dei Condotti" küçəsinin işıqları altında rəqs edib. Rəqsin sonunda Valerio yerdə diz çökərək gizlətdiyi nişan üzüyünü çıxarıb və küçədə hər kəsin gözü qarşısında sevgilisinə evlilik təklifi edib. Alqış sədaları yüksəldiyi zaman sevgilisindən ayağa qalxmasını istəyən gənc qızın hərəkətləri qəfildən qəribələşib. Hər şeydən xəbərsiz olan gənc qadın sevgilisinə italyanca "Bunu gözləmirdim. Hazır deyildim. Romaya gəlməyimizin səbəbi bumu?",-deyə soruşub. Ətrafdakı camaat "hə, hə" deyə qışqırarkən, diz üstə duran Valerio "Hə,yox?" soruşub. Sevgilisi isə "yox" cavabını verib.

Qadının evlilik təklifini rədd etməsi sosial medianı iki yerə bölüb. İstifadəçilərdən biri "Hamının gözü qarşısında edilən evlilik təklifləri ancaq qadınlara təzyiq göstərmək üçündür" şərhini yazıb. Başqa bir istifadəçi isə "Hər kəs "hə" deməsi üçün ona təzyiq edəndə "yox" demək cəsarətinə heyran oldum. Bu şantaj idi və o, buna boyun əymədi" deyərək onu dəstəkləyib. Bəzi istifadəçilər evlilik təklifinin qondarma olduğunu və cütlüyün diqqət çəkməyə çalışdığını iddia edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1527   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy

1 oktyabr
.

Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad

30 sentyabr
.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr
.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu

Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi

1 oktyabr
.

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq

Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n

29 sentyabr