Fransada Natəvanın heykəlinə qırmızı boya atılıb
Son günlər sosial şəbəkələrdə Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar işıqlandırılır.
"Report"un əldə etdiyi məlumata görə, Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb.
Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb.
Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən Azərbaycan əleyhinə siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.
Fransanın "Le Messager" nəşrinin məlumatına görə, 2023-cü il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq "Azərbaycan parkı" ilə bağlı bütün istinadlar silinib.
Bunun ardınca İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura dekabrın 28-də İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda İsmayıllı şəhər mərkəzi parkına Azərbaycan şairi Xurşidbanu Natəvanın adının verilməsi təklif olunur.
Çox qəribədir ki, məsələ ilə hələlik nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan və Fransanın ev sahibliyi etdiyi UNESCO reaksiya verməyib.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. 2017-ci ildə burada "Azərbaycan Parkı" açılıb. 2015-ci ildə imzalanan xartiyaya əsasən İsmayıllı şəhər mərkəzi parkında "Azərbaycan-Fransa dostluq parkı" lövhəsi də yerləşdirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1197 Tarix: 03 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrRusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq
Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n
29 sentyabrTramp bu xəbərləri təkzib etdi
ABŞ Prezidenti Donald Tramp özünün Truth Social media hesabında İrana qarşı sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş vəsaitlərin dondurulmasının ləğvi təklifi ilə bağlı xəbərləri təkzib edib. xəbər verir ki, Tramp yazıb: "Axios bu yaxınlarda İrana sanksiyaların yüngülləşdirilməsini və dondurulmu
29 sentyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrPolşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrTürkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabr