Dövlət Departamenti: İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur
İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi növbəti brifinqdə İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında baş verən partlayışları şərh edərkən bildirib.
ABŞ administrasiyası İrandakı partlayışlarda Vaşinqtonun əli olmadığını bəyan edir və İsraili bu partlayışlara görə məsuliyyət daşımaq üçün heç bir səbəb görmür.
"Bu partlayışlara nəyin səbəb ola biləcəyini söyləmək hələ tezdir, lakin demək istəyirəm ki, ilk növbədə ABŞ bu işdə iştirak etmir. İkincisi, İsrailin partlayışlarda əli olduğuna inanmağa heç bir əsasımız yoxdur", - diplomat deyib.
M.Miller əlavə edib ki, Vaşinqton vəziyyəti izləyir, lakin partlayışlarda kimin əli ola biləcəyi barədə məlumatı yoxdur.
Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 801 Tarix: 03 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu
Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc
12 iyulBritaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd
12 iyulİran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi
Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik
12 iyulMoldova hökuməti Ukraynadan olan BANKİRƏ TAPŞIRILIR
Moldova Prezidenti Maya Sandu Ukraynada yaşayan bankir Vasili Tofanı ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürüb. -ın xəbərinə görə, bu barədə "RİA Novosti" nəşri məlumat verib. Brifinq zamanı ölkə lideri bildirib ki, "Hərəkət və həmrəylik" partiyası ilə məsləhətləşmələ
11 iyulHörmüz boğazından gəmilərin keçidi minimuma enib
ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi
11 iyulABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb
İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb. xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. "İyulu
11 iyul