ABŞ BMT-nin etiraz etdiyi üsulla edamlara başlayır
ABŞ ilk dəfə olaraq edam cəzasını azot qazından istifadə etməklə həyata keçirməyi planlaşdırır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, azot qazı ilə edam ediləcək ilk məhbus 58 yaşlı Kennet Smit olacaq. "Reuters" yazır ki, o, 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinib. Edamın yanvarın 25-də Alabama Ştat Penitensiarında həyata keçirilməsi planlaşdırılır. Məhkumun üzünə qaz balonuna qoşulmuş maska taxılacaq.
BMT ekspertləri ABŞ hakimiyyətini azot qazından istifadə etməməyə çağırır. Çünki bu edam üsulu məhbusu qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara və hətta işgəncəyə məruz qoya bilər. BMT-nin dörd xüsusi məruzəçisi bəyanatında bu növ edamın işgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı beynəlxalq Konvensiyaya zidd olduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 914 Tarix: 05 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib. "Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsind
12 iyulİran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib
12 iyulMüctəba Xamenei atasının ölümünə görə qisas alınacağına söz verdi
İranın dini lideri Müctəba Xamenei Tehranın ABŞ-İsrail zərbələrinin qurbanı olan Əli Xameneinin və digər iranlıların ölümünə görə qisas alacağına söz verib. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Müctəba Xamenei atası, keçmiş dini liderin dəfn mərasimi münasibətilə yazılı müraciətində bildirib
11 iyulRusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO
Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla
12 iyulEstoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir
Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi
12 iyulHakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"
12 iyulABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq
ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri
12 iyul