Ukrayna darmadağın, Qəzzada rəzalət, Çinin hazırlığı…
Rusiyanın vəhşi təcavüzü, Ukrayna kimi ölkənin darmadağın olması, Qərbin Ukraynaya yardımlarının azalması fonunda Kiyevin güzəştlərə məcbur edilməsi, Yaxın Şərqdə, Qəzzada insanlıq adına rəzalət olan kütləvi qətllər, hibrid-proksi müharibələr… – bütün bunlar azmış kimi, indi də Şimali Koreya sağa-sola raket atır, Çin Tayvanın işğalına hazırlaşır, İordaniya Suriyanı bombalayır, 21-ci əsrdə dəniz quldurları gəmilərə hücum edir, Venesuela qonşu ölkənin ərazisini zəbt edir, Avropa axmaq qərarların, miqrant probleminin içində boğulur, Afrika ölkələrində həftədə bir dövlət çevrilişləri olur. Yəni, dünya tam bir xaosun içindədir.
Bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.
O bildirib ki, İkinci Dünya savaşından sonra alınan qərarlar və 1975-ci il Helsinki aktının müddəaları artıq işləmir, beynəlxalq hüquq çöküb:
"Yeni "oyun qaydaları" lazımdır, başqa yol yoxdur. Dünyanın aparıcı ölkələri məsuliyyətlərini hiss edib yeni masa qurmalı, bütün problemlərin masada çözülməsinə çalışmalı, ən azı, 50-60 il işlək olacaq, heç kim tərəfindən pozulmasına imkan verilməyəcək yeni qaydalar müəyyənləşməli, beynəlxalq hüquq toxunulmaz şəkildə bərqərar olunmalıdır. Zatən sonda məhz belə olacaq, yaxın 1-2 ildə o masa qurulacaq, amma o vaxta qədər hər gün minlərlə insan öləcək".
Onun sözlərinə görə, insan övladı öz azadlığı, hüquqları uğrunda minillərlə vuruşub, qazanıb, bunlardan ən vacibi yaşamaq hüququdur - bir ovuc beynəlxalq dələduzun insan övladının əlindən yaşamaq hüququnu almasına imkan vermək olmaz:
"Dünyada təhlükə insanların say artımı deyil, dünyanın resurları 100 milyard insana da bəs edər, əsas təhlükə beynəlxalq dələduzlar, bir qrup manyakdır ki, bəşəriyyəti saxta gündəmlərlə məşğul edib insan haqq və azadlıqlarını boğmağa çalışırlar..."
Mənbə: axar.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 812 Tarix: 06 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistan və İran arasında müzakirələr olunub
Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı
30 sentyabrRusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy
1 oktyabrİsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrBritaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar
1 oktyabrTerrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrDağ saniyələr içində çaya uçdu - Video
Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d
29 sentyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabr