2024-cü ildə dünyanı dəyişəcək 10 qlobal danışıq
Qlobal iqtisadiyyat COVID pandemiyası, İsrail-Həmas münaqişəsi və digər amillər səbəbindən qeyri-müəyyənlik içərisindədir. Planetin problemlərini həll etmək və davamlı gələcək yaratmaq üçün danışıqlardan unikal imkan kimi istifadə etmək şansı yaranır.
Forbes jurnalı 2024-cü ildə baş verə biləcək 10 ən vacib danışıqları tərtib edib.
G20 danışıqları. Dünyanın 20 ən böyük iqtisadiyyatını əhatə edən G20 danışıqlarının qlobal maliyyə sabitliyi, ərzaq təhlükəsizliyi və rəqəmsallaşmaya birbaşa təsiri olacaq. Müzakirə mövzularına Ukrayna münaqişəsi, inflyasiya, borc böhranı, ticarət siyasəti, kibertəhlükəsizlik və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri daxildir.
Silahlara nəzarət. Silahlara nəzarət təhlükə altındadır. Buna səbəb ABŞ və Rusiyanın yeni bir yarışa girə bilməsi ehtimalıdır. Çətinliklər geosiyasi gərginliklər, texnologiyanın sürətli inkişafı və nüvə silahlarının yayılması ilə bağlı artan narahatlıqlar səbəbindən yaranır. Terror qrupları kimi qeyri-dövlət aktorları isə mürəkkəbliyi artırır.
Daha effektiv Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üçün danışıqlar. ÜTT qlobal iqtisadi artımın stimullaşdırılmasında roluna mane olan amillərlə üzləşir. Qlobal gərginlik və proteksionizm ticarətin liberallaşdırılması sazişlərinə mane olur. Böyük texnologiya şirkətlərinin artan gücü də diqqət tələb edir. ÜTT inkişaf etməkdə olan ölkələrə dəstək vermədiyinə görə də tənqidlə üzləşir.
Şimali Koreyanın nüvə təhlükəsi. KXDR Qərbin fikrincə, nüvə silahı və raket sınaqlarının köməyi ilə regional və qlobal təhlükəsizliyə təhdid yaradır. Bu problemi həll etmək və ölkəni beynəlxalq aləmə yaxınlaşdırmaq üçün beynəlxalq səviyyədə danışıqlar lazımdır.
Süni intellekt qaydaları. Süni intellekt tərəqqi sürətləndirmək potensialını təqdim edir, eyni zamanda, xüsusən də hərbi sahədə risklər daşıyır. Biznes adamları süni intellekti qəbul etməyə tələsərkən, siyasətçilər süni intellektin məsuliyyətli inkişafı və istifadəsi üçün qaydalar yaratmağa çalışırlar.
ABŞ-İran nüvə razılaşması. İki ölkənin 2015-ci ildə imzaladığı və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan nüvə sazişi 2024-cü ildə risk altındadır. ABŞ Prezidenti Co Baydenin administrasiyası sazişi bərpa etməyə çalışır, lakin İranla dil tapmaqda çətinlik çəkir və tənqidlərlə üzləşir.
Ermənistan və Azərbaycan arasında danışıqlar. Azərbaycanın 2023-сü ildə ərazi bütövlüyünü bərpa etməsi İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasını aktual edir. Azərbaycan Qarabağ məsələsinin yekun həllindən sonra Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Rəsmi İrəvan konstruktivlik göstərərsə, sülh sazişinin 2024-cü ildə imzalanmasını şansları yüksəkdir.
İsrail və Fələstin arasında münaqişə. Dünya liderləri İsrail və Fələstinin HAMAS hərəkatı arasında sülhə gedən yolu tapmağa çalışırlar. Lakin Qüdsün statusu və İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin mövcudluğu da daxil olmaqla məsələlərdə irəliləyiş yoxdur. Buna baxmayaraq, xüsusilə də İsrailin bir sıra ərəb ölkələri ilə münasibətlərinin normallaşmasından sonra münaqişənin həllinə ümid var.
Amazon onlayn mağazası və Salesforce arasında birləşmək barədə saziş: İlin mümkün ən böyük kommersiya müqaviləsi sayılır. Bu iki şirkət mümkün birləşmə haqqında danışıqlar aparır. Bu birləşmə Amazon-un rəqəmsal hesablamalar və CRM bazarlarında üstünlüyünə səbəb olacaq.
Ukrayna münaqişəsi. Ukraynadakı döyüşlər qlobal iqtisadiyyata təsir edir. Bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq edib və Kiyevə hərbi və humanitar yardım göstərir. İki ölkə arasında danışıqlar 2022-ci ilin fevralında xüsusi əməliyyat başlayandan sonra bir müddət aparılıb. Krımın statusu, Donbass və təhlükəsizlik təminatları məsələləri həmin danışıqlarda müzakirə edilib. Lakin tərəflər hələlik razılığa gələ bilməyiblər. Beynəlxalq birlik münaqişənin gərginliyini azaltmaq və vasitəçilik etmək üçün çalışır. Münaqişənin 2024-cü ildə bitməsinə böyük ümidlər mövcuddur.
Mənbə: milli.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar