Yaxın Şərqdəki gərginliyin Azərbaycana təsirləri necə olacaq? - İNCƏLƏMƏ

Yaxın Şərqdəki gərginliyin Azərbaycana təsirləri necə olacaq? - İNCƏLƏMƏYaxın Şərqdə dəhşətli, böyük bir müharibə olacağı haqda proqnozlar artıq özünü doğrultmaqdadır.

Görünən budur ki, qlobal güclər bunun qarşısını almağa yox, körükləməyə həvəslidirlər.

"Politico"-nun yazdığına görə, Bayden administrasiyası İsrail-Fələstin bölgəsində, xüsusilə Qəzzada münaqişənin Yaxın Şərq ölkələri arasında müharibəyə çevrilməsi ehtimalına hazırlaşır.

Bildirilib ki, Vaşinqton bu istiqamətdə artıq planlar tərtib etməyə başlayıb.

Qeyd olunur ki, Yaxın Şərqdəki hazırki proseslər ABŞ-ın regionda milli təhlükəsizlik strategiyasını təhlükə altına qoyur. Ən maraqlısı isə İran hakimiyyəti İraq və Suriyada özünə bağlı proksi qüvvələri vasitəsilə ABŞ-ın hər iki ölkədəki hərbi bazalarına hücumlar təşkil edir.

Eyni zamanda İran hakimiyyətinə bağlı digər proksi qüvvə - Yəməndəki "Ənsurullah" hərəkatı - husilər Qırmızı dənizdə, Babül-Məndəb boğazı və Ədən körfəzində hərəkət edən Qərb ölkələrinə məxsus hərbi və ticarət gəmilərinə raket və kamikadze dronları vasitəsilə hücumlar edir. Bu isə ABŞ-ı ciddi şəkildə qəzəbləndirir.

Məhz buna görə də ABŞ-ın İran hakimiyyətinin Yaxın Şərqdəki proksi qüvvələrinə qarşı cavab tədbirləri görəcəyi istisna deyil.

Yaxın perspektivdə ABŞ-ın sərt və şiddətli adevkat addımlar atacağı halda həm İraq, həm Suriya, həm də Yəməndə ciddi təlatümlərin baş verəcəyi heç bir şübhə doğura bilməz. Şübhəsiz ki, bu təlatümlər İran daxil olmaqla Yaxın Şərqdə böyük müharibənin baş verməsinə gətirib çıxaracaq. Bu da Cənubi Qafqaza, xüsusilə Azərbaycana müəyyən mənada mənfi təsir göstərəcək.

Bəzi ekspertlər hesab edir ki, Ukrayna və Qəzzada müharibənin davam etdiyi halda ABŞ Yaxın Şərqin tamamilə qan gölünə çevrilməsində maraqlı ola bilməz. Çünki bu ABŞ-ın regionda geostrateji və geosiyasi maraqlarına da ziyan vuracaq.

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, hazırki şəraitdə ABŞ Yaxın Şərqdə münaqişənin genişlənməsində və nəzarətdən çıxmasında maraqlı deyil:

"Amma ABŞ maksimum dərəcədə Yaxın Şərqdə proseslərin çoxşaxəli olmasında maraqlıdır. Ona görə ki, bu, İsrailin üzərində bütün həmlələri diqqətdən yayındıra bilər. Xüsusilə, iki gün öncə İranın Kirman şəhərində baş vermiş terror aktına toxunmaq lazımdır.

Çünki dünən yayılan məlumata görə, İŞİD artıq bu hadisədə məsuliyyəti öz üzərinə götürüb. Yəni, İŞİD-in bu ərəfədə meydana çıxması, belə terror aktına imza atması onu deməyə əsas verir ki, yaxın zamanda Yaxın Şərqdə maraqlı proseslərin baş verəcəyinə şahidi olacağıq. Regionda belə bir miqyasda terror aktları davam edəcək.

Müəyyən xarici qüvvələr İrana qarşı, o cümlədən İraq və Suriyada İran hakimiyyətinə bağlı olan proksi qüvvələrə qarşı İŞİD və digər radikal qüvvələrdən istifadə edəcək.

O ki qaldı Yəməndəki üsyançı husilərə qarşı atılacaq adevkat addımlara, hazırda Qırmızı dənizdə döyüşləri gedir. Husilərə məxsus hərbi gəmilər ilə ABŞ-ın hərbi gəmiləri arasında şiddətli toqquşmalar gedir. Bu da Qərbdə ciddi narahatçılıq yaradır.

Onu da vurğulayım ki, ərəb dövlətləri də Qırmızı dənizdə baş verən proseslərdə aktiv iştirak edəcəklər. Ərəb dövlətlərin rəhbərləri heç bir halda İranın istər Qırmızı dənizdə, istərsə də boğalarda mövqe tutmasına imkan verməzlər. Qırmızı dənizdə proseslərin daha da gərginləşməsi gözlənilir".

İran daxil olmaqla Yaxın Şərqdə genişmiqyaslı müharibənin baş verəcəyi təqdirdə bunun Cənubi Qafqaza, xüsusilə Azərbaycana mənfi təsir göstərib-göstərməyəcəyi ilə bağlı suala cavablandıran V.Zifəroğlu qeyd edib ki, bu, Azərbaycanın müəyyən ərəb ölkələri ilə iqtisadi münasibətlərinə ziyan vura bilər:

"Əgər İranın daxilində ciddi bir müharibə baş verməyəcəksə, bunun Azərbaycana ciddi təsiri olmayacaq. Əlbəttə, Yaxın Şərqdə münaqişələrin intensiv şəkildə alovlanması, geniş müharibənin baş verməsi Azərbaycanın İraqla birləkdə həyata keçirdiyi iqtisadi layihələrə mənfi təsir göstərə bilər.

Bildiri ki, Türkiyə də Yaxın Şərqdəki proseslərdə aktiv iştirak edir. Bu baxımdan müəyyən qədər Azərbaycana öz təsirini göstərə bilər. İrana müdaxilə olmayacağı təqdirdə Azərbaycan ciddi problemlərlə üzləşməyəcək".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 908   Tarix: 06 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29 sentyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria

30 sentyabr
.

Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu

Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi

1 oktyabr
.

Rusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba

30 sentyabr
.

Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsin

30 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

The Guardian: "ABŞ-da hakim televiziya kanalına qarşı cinayət işi başlatmağa çalışıb"

ABŞ-ın Luiziana ştatında bir hakim onun daşınmaz əmlak sövdələşməsi barədə yayımlanan araşdırmadan sonra televiziya kanalından şikayət edib. The Guardian yazır ki, hakim Kimya Holmes yerli CBS filialı WWL Louisiana barədə polisə müraciət edib. Mübahisə jurnalist David Hammerin hakimlə bağlı apardığ

30 sentyabr