Urmu gölü litiuma görə qurudulur – Sensasion iddia

Urmu gölü litiuma görə qurudulur – Sensasion iddiaUrmu gölünün qurudulmasının əsl mahiyyəti ilə bağlı bir çox versiyalar var. İran bu layihəni 20 ildir ki, başladıb. Nə qədər çalışsaq da, bunun qarşısını ala bilməmişik.

Bu sözləri Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri, kimya mühəndisi Araz Ataxan Urmu gölünün qəsdən qurdulmasının litium maddəsi ilə bağlı olması fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rejimin Urmu gölünü qəsdən qurutması ilə bağlı müxtəlif fikirlər var:

"Son zamanlar gölün qəsdən qurudulmasını litium maddəsinin oradakı mövcudluğu ilə də əlaqələndirirlər. Bunun dəqiqliyi haqda nəsə demək çətindir. Lakin hökumətin atdığı addımlara baxanda bu fikir də ağlabatan görünür. Hətta deyilir ki, Urmu gölü tamamilə qurusun deyə gölün üzərindəki buludlar qəsdən dağıdılır. Ətraf bölgələrə qar yağsa da, ora heç yağış da yağmır. Bu versiyaların hamısı doğru ola bilər. Lakin sübutumuz yoxdur. Son bir həftədir göldən maşınlarla yük daşınır. 180-ə yaxın iritutumlu maşın Urmu gölündən nəsə daşıyır.

İranın Ekologiya Nazirliyi isə açıqlamasında bildirib ki, onlar göldən litium daşımırlar, quruyan ərazilərdən duzu aparırlar ki, ətrafa səpələnməsin. Lakin duzların hara daşınması ilə bağlı suala aydınlıq gətirilməyib. Ona görə də litimun daşınması ilə bağlı ehtimallar artıb və əhali hesab edir ki, göl bu səbəbdən qurudulur. Hətta çinlilərin ixtiyarına verildiyi də söylənilir. Bilirik ki, rejim bu gölün qurudulmasında başqa hədəflər güdür. Son beş ildir mədənlərimiz amansızcasına talan edilir. İstər qızıl, istər mis sərvətlərimiz fars bölgələrinə daşınır. Lakin bu hansı məqsədlə həyata keçirilir, bilmirik. Ya Azərbaycanın sərvətini qəsdən dağıdırlar, ya da həqiqətən litiuma görə belə edirlər. Suallarımız var: bura niyə qar yağmır və duzu niyə yayda daşımırdılar?"

Araz Ataxanın sözlərinə görə, Urmu gölü ətrafında bir çox qiymətli yataqlar mövcuddur:

"Urmu gölünün yatağında bir çox mədən var. Orda mövcud olan istər kimyəvi, istər digər maddələr çox qiymətlidir. Bu yataqlarda çoxlu litium olduğu deyilir. Litium hazırda elektrik sənayesində, avtomobildə, aerokosmik sənayedə çox istifadə olunan maddədir. Tibb sahəsində də geniş istifadə olunur. Hətta xərçəng xəstəliyinin müalicəsində də effektlidir. Kimya mühəndisi olaraq litiumun dəyərini çox yaxşı bilirəm".

Onun sözlərinə görə, Urmu gölünün qurudulması ilə bağlı ekoloji fəlakət xəbərdarlığı da rejimi siyasətindən çəkindirmir:

"Böyük ekoloji fəlakətlə bağlı dəfələrlə xarici ekspertlər də öz rəylərini verib. Hətta BMT-yə kimi müraciətlərimiz olub. Lakin hamının ekoloji fəlakət kimi qəbul etdiyi bu hadisəni İran rejimi görməzdən gəlir. Bu da əsas verir ki, rejimin bu gölü qəsdən qurutması haqqında ümumi bir fikir formalaşsın. İranın ən quraqlıq bölgələrinə Ərəb körfəzindən milyardlarla vəsait xərcləyib su çəkildiyi halda, Urmu gölü üçün heç bir addım atılmır. Millətin etirazlarının da bir faydası olmadı, əksinə, etiraz edənləri siyasi adla tutaraq həbsə atdılar. İkili siyasət göz önündədir. Məmurlar gölün quruması ilə bağlı əsassız fikirlər səsləndirir, yalan vədlər verirlər. İndi də litium məsələsi ortaya çıxdıqdan sonra xalqın etirazları daha da artıb. Rejim də təzyiqlərini artırır".

Onun sözlərinə görə, istənilən halda, gölün qəsdən qurudulmasının arxasında Azərbaycanla bağlı məkrli siyasət dayanıb:

"Urmu gölünün qurdulmasından sonra bu bölgədə yaşayan türk əhali köçməyə məcbur qalacaq. Vilayətinin sözləri ilə desək, İran hökuməti anlayır ki, gec-tez Güney Azərbaycan ayrılacaq və ora sərmaya qoymaq lazım deyil. Bunu müxtəlif iranlı ekspertlər də dilə gətiriblər. Azərbaycana qarşı bu səbəbdən düşmənçilik siyasəti yürüdürlər və onların sırasında Urmu gölünün bilərəkdən qurudulması və talanması planı dayanır. Elə 15 milyon Azərbaycan türkünü həmin bölgədən köçürtmək də layihənin bir hissəsidir".

Mənbə: axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 751   Tarix: 06 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistan və İran arasında müzakirələr olunub

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı

30 sentyabr
.

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy

1 oktyabr
.

İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb

HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd

29 sentyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar

1 oktyabr
.

326 kitab mağazası, 900-ə yaxın ədəbi tur: Kitabsevərlər üçün dünyanın ən yaxşı şəhəri

Romanın çoxsaylı tarixi və ədəbi məkanları onu kitabları və kitabla bağlı hər şeyi sevənlər üçün ən yaxşı istiqamətə çevirib. Qaynarinfo-nun məlumatına görə, "Travel + Leisure" yazır ki, bunu səyahətçilər üçün mobil internet xidmətləri göstərən "Holafly" şirkətinin hazırladığı yen

28 sentyabr
.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr