66 nəfərin qalıqları Aya aparılır, bu xalq etiraz edir: Murdarlayırsınız

66 nəfərin qalıqları Aya aparılır, bu xalq etiraz edir: Murdarlayırsınız"Astrobotic Technology"nin "Peregrine" ay modulunun göyərtəsində 66 nəfərin yandırılmış qalıqlarını və DNT-ni Aya çatdırmaq planı kəskin etiraza səbəb olub.

Publika.az xəbər verir ki, Navaxo xalqı insan qalıqlarının Aya çatdırılmasına etiraz edib.

Navaxo Millətinin Prezidenti Boo Nygren bu hərəkətin Navaxo Millətinin müqəddəs hesab etdiyi Ayın murdarlanmasına səbəb olacağını söyləyib. Prezident NASA və Nəqliyyat Departamentinin rəsmilərinin əvvəl yerli tayfalar və xalqlarla məsləhətləşməli olduğunu deyib.

Aparat Ayın şimal-şərq hissəsinə enməli, orada 66 kapsul qalmalıdır. Missiya "Celestis" və "Elysium Space" arasında birgə kommersiya layihəsidir və "Astrobotic Technology" şirkətinə məxsus olan və idarə olunan pilotsuz Ay eniş aparatında kosmosa aparılır. "United Launch Alliance"a məxsus və idarə olunan "Vulcan Centaur" raketi Ayın eniş aparatını kosmosa çıxaracaq.

"Celestis"in baş direktoru Çarlz Çefer etirazlara belə reaksiya verib:

"Biz xatirə kosmos missiyamızın Ayı ləkələdiyi iddiasını rədd edirik. Necə ki, bütün Yer kürəsində ölülər üçün daimi xatirə abidələri mövcuddur və onları təhqir hesab etmirlər, bizim Aydakı abidəmizə də qayğı və hörmətlə yanaşılmalıdır".

Qeyd edək ki, "Peregrin Mission One"ın buraxılışı NASA-nın 1972-ci ildə "Apollon" missiyalarını bitirdikdən sonra ABŞ-dan Aya enən ilk aparat olacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 983   Tarix: 09 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamad

12 iyul
.

Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər

Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini

12 iyul
.

Media: Avropa ölkələri Hörmüz boğazından keçid üçün rüsum ödəməyə razı ola bilər

Avropa ölkələri Hörmüz boğazından keçən gəmiçilik üçün rüsumları könüllü olaraq ödəməyi istisna etmir. "Report"un xəbərinə görə, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb. Avropalıların fikrincə, rüsumların ödənilməsi könüllü olmalı və BMT-nin Beynəlxalq Dəniz Təşkilat

12 iyul
.

Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır

ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin

12 iyul
.

NASA Ay və Mars üçün 4 könüllü axtarır

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq məqsədilə yeni simulyasiya layihəsinə iştirakçı qəbulu elan edib. xəbər verir ki, məlumata görə, bir il davam edəcək proqram 2027-ci ilin avqust ayında Hyustondakı Conson Kosmik Mərkəzində start götürəcək

11 iyul
.

ABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq

ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri

12 iyul
.

İrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub

ABŞ İslamabad Anlaşma Memorandumundakı öhdəliklərini pozmağa davam edəcəyi təqdirdə, İran da razılaşmanı icra etməyəcək. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib. "ABŞ və İsrail İrana qarşı qanunsuz hərəkətlərinin bütün nəticələrin

12 iyul
.

Rusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO

Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla

12 iyul
.

KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb

Ehtimal olunur ki, İran bir sıra nüvə obyektlərində infrastrukturun bərpası işlərinə başlayıb. xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə əsaslanaraq məlumat yayıb. Telekanalın məlumatına əsasən, iyunun sonu və iyulun əvvəllərində ölkənin bir neçə nüvə və raket obyektində yeni fəallı

12 iyul