Ölünün sinəsinə niyə güzgü qoyurlar? - Belə yaranıb
Demək olar ki bütün xalqların mifologiyasında güzgü təkcə məişət əşyası kimi yox, inanc predmeti kimi dəyərləndirilir. Türk dünyasında qız gəlin köçürülərkən onun önüncə güzgü aparılması (bəxt güzgüsü) yeni həyatın, yaranışın başlanğıcı anlamına gəlirsə, insan ölən zaman üzərinə güzgü qoyulması həyatın sonu anlamına gəlib.
Bəs güzgüyə niyə bu qədər ağır məna yüklənib, nə üçün müxtəlif xalqların adətinə görə, ölünün sinəsi üstünə güzgü qoyulur?
Lent.az " Belə yaranıb" rubrikasında bu barədə məlumat verir.
Hələ qədim zamanlardan güzgülərin mistik qüvvəyə malik olmasına inanılırdı. Sınıq güzgülər bədbəxtlik əlaməti sayılırdı. Qədim Roma inancına görə, güzgü sındırmaq 7 il bəlaya düçar olmaq anlamına gəlirdi. Sındırdıqları təqdirdə, güzgü parçalarını axar çayda yumalı və basdırmalı idilər. Azərbaycan xalqı da gəlinin bəxt güzgüsünün sınmasını bədbəxtlik işarəsi kimi qəbul edir.
İndidə dünyanın bir çox ölkələrində inanclara görə, evdə güzgünün harada yerləşməsini diqqətlə seçmək lazımdır. Belə ki, bolluq, rifah, aydınlıq simvolu olan aynaları qonşu ilə ortaq divara və yataq otağına asmaq doğru deyil. Qonşu ilə ortaq olan divara asılmış ayna onların mənfi enerjisini çəkə bilər. Yataq otağına isə asılacaqsa, onda onu elə yerləşdirin ki, çarpayı və orda yatan insanlar güzgüdə əks olunmasın. İnsan psixologiyasında bu əks təsir göstərə bilər. Əslində anlaşılandır. Yuxulu insan qaranlıqda qalxıb güzgüdə özünü görsə, qorxa bilər.
Keçək güzgünün meyitinin sinəsi üzərinə qoyulması faktına. Bunun birinci izahı tibblə bağlıdır.
Klinik ölüm zamanı bədən öz funksiyalarını tamamilə itirir, yalnız zəif tənəffüs funksiyası qorunur. Belə vəziyyətdə insanı asanlıqla ölmüş sayıb dəfn etmək olar. Keçmişdə həkimlər ölüm faktını təsdiq etmək üçün cənazənin ağzına güzgünü yaxınlaşdırırdılar. Əgər güzgünün üzəri tərləyirdisə, insanın hələ də nəfəs aldığını və ölmədiyini bilirdilər. Ola bilər ki, cənazənin üzərinə güzgü qoyulması ənənəsi də bununla bağlıdır.
İkinci inanc isə mistika ilə bağlıdır.
Bəzi inanclarda aynanın ruhların axirətə getməsini əngəllədiyinə, bəzi inanclarda isə aynanın ruhu özünə çəkib saxladığına inanılır. Bir çox türk xalqlarında bu inanc var. Bu İslamla yox, daha çox qədim dinlərlə və şamanizmlə əlaqəlidir. Yəhudi inancına görə, ölü dəfn edildikdən sonra 7 gün ərzində güzgüdən istifadə qadağandır. Evdə güzgünün üstü ya örtülməli, ya da güzgü divara tərs çevrilməlidir. Qədim romalılardan qalan bənzər adət indi də İtaliyada yaşadılmaqdadır. İtalyanlar ruhun maneələrə rast gəlmədən rahat səyahət edə bilməsi üçün mərhumun evindəki güzgüləri örtürdülər.
Deyilənə görə, şamanlar aynaya baxaraq gələcəyə gedər, öz ruhları özlərinə görünər, oradan xəbər verərdilər. Erlik Xan yanında güzgü gəzdirər, ona baxdıqca insanların ruhlarını görərmiş.
Bir sözlə güzgülər paralel dünya, paralel aləmə açılan yol kimi qiymətləndirilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3752 Tarix: 09 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrAlimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər
Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy
17 oktyabrHavasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın
İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav
11 oktyabrYataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrÜrək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il
17 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrQız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabr