Hər bir insanın alın yazısı var: Muaviyənin pul hesabına yaratdığı mif, yoxsa...

Hər bir insanın alın yazısı var: Muaviyənin pul hesabına yaratdığı mif, yoxsa...İnsanların həyatında baş verən bütün hadisələri onun taleyi, qədəri ilə bağlayırlar. Bəzi dindarlar insanların başına gələn pis və yaxşı nə varsa, alın yazısı adlandırırlar. "Allahın izini olmadan bir yarpaq belə düşə bilməz" deyərək bütün yaxşı və pis hərəkətlərinə bəraət qazandıranlar da az deyil zəmanəmizdə. Hətta qədərə inanmayanlar kafir belə adlandırılır.

Əlbəttə, müsəlman olan hər kəs Allahın varlığına inanır, onun mərhəmətinə, köməyinə sığınır. Ancaq bəzi məqamlar vardır ki, insanı düşünməyə vadar edir. Ən çox da azyaşlı uşaqların başına gələn müsibətlər, bədbəxt hadisələr alın yazısının nə dərəcədə doğru olub-olmadığı bərədə insanda şübhələr yaradır. Deyək ki, kiminsə başına gələn bədbəxt hadisələr onun etdiyi günahlarının müqabilində baş verir. Bəs dünyaya yenicə gələn uşaqların hansı əməli, hansı günahı olur ki, onlar həyatı dərk etmədən hansısa bir müsibətin qurbanına çevrilirlər? Məsələn, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 yeni doğulmuş körpə yanaraq dünyasını dəyişdi. Halbuki, həmin uşaqların dünyaya gəlməsi heç bir sutka da olmamışdı. Yəni onların alın yazısı bu qədərmi qısa yazılmışdı, belə bir müsibəti yaşamaq üçün gəlmişdilərmi dünyaya?

Niyə Allahı bu qədər qəddar, cinayətkar, cani kimi təqdim edirik? Axı kimlərinsə məsuliyyətsizliyindən, kinindən, qəzəbindən yaranan hadisələri niyə Allahın boynuna yıxırıq?

Publika.az-ın əməkdaşı bütün bu suallara aydınlıq gətirmək üçün tanınmış ilahiyyatçıların fikirlərini öyrənib.

Tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynlinin fikrincə alın yazısı məntiqsiz bir mifdir:

"İslam dinində qəza sözünün tərcüməsi gözlənilməz bir hadisənin baş verməsidir. Məsələn, avtomobil qəzası baş verdi, o mənada. Qədər isə ölçü vahididir. Məsələn, ora qədər imiş.

Qəza və qədər dediyimiz məsələlər alın yazısı demək deyil. "Alın yazısı" sözü cəmiyyət arasında yaranmış mifdir. Heç bir məntiqi yoxdur. Məntiqsiz bir iddiadır ki, alnımızda öncədən yaşayacaqlarımız proqram şəklində yazılıb və ona uyğun olaraq robortlaşmış formada yaşayırıq.
Hər bir insanın alın yazısı var: Muaviyənin pul hesabına yaratdığı mif, yoxsa...Elədirsə, onda mükafat və cəzadan söhbət gedə bilməz. Alın yazısı mifi bizə deməyə imkan vermir ki, biz azad yaşamışıq, sərbəst yaşamışıq bu yer kürəsində. Onda belə çıxır ki, bizim etdiyimiz bütün günahların da öncədən yazılması ittiham olunmağımıza əsəs vermir. Yəni bütün bunlar alnıma yazılıb, mən də etmişəm. Və yaxud da savablar məsələsi. Allah-Təala alın yazısında kiməsə savab yazıb, o savablar sayəsində cənnətə gedib, kiməsə savab yazmayıb, cəhənnəmə gedib. Burda məntiq hasil olmur. Bəzən ilahiyyatçılardan eşitdiyimiz cümlələr həddindən artıq bəsitdir. Və yaxud hər hansı qarşılıqlı, təzadlı prinsipial fikirlərdir. İslam dini yaşam tərzini sadə şəkildə insanlara təqdim edir. El arasında olan mifləri dinin adına yazmaq düzgün deyil. Qurani-Kərimin özündə yazılıb ki, biz bütün insanlar başa düşsün deyə ilahi kitab göndərmişik.

Alın yazısı, qəza, qədər mövzusunda insanlar dolğun cavab ala bilmədiyi üçün buna inanc kimi baxırlar." Alnımıza nə yazılıb onu da görəcəyik" deyirlər".

Tanınmış ilahiyyatçılardan olan Fazil Əhmədli də alın yazısının mövcud olmadığını bildirdi.

Onun sözlərinə görə, İslam maarifində qətiyyən Allah insan taleyini qabaqcadan yazmır.

"Tale, qədər mövzusu İslamda həmişə mübahisəli olub.

Bilmək lazımdır ki, bu qərəzli şəkildə ortaya atılıb və tarixi də qədimdir. Təxminən peyğəmbərimizdən 50 il sonra, indiki Suriya, o vaxtkı Şamın rəhbəri olan Muaviyə ibn Əbu Sufyan tərəfindən çox miqdarda pul hesabına bu mövzu təbliğ olunub. Səbəb bu idi ki, onun dövründə çox kəskin şəkildə kasıb olanlar vardı və çox varlı olanlar vardı. Sosial fərq böyümüşdü. Və insanlar arasında bir narazılıq mühiti yaranmışdı. Odur ki, Muaviyə xeyli pul ayıraraq bu təbliğatı yaydı ki, hər kim kasıb, imkansızdırsa, bunu Allah edir, Allah belə istəyir. Hər kim ki, imkanlıdırsa, bunu da Allah istəyir.
Hər bir insanın alın yazısı var: Muaviyənin pul hesabına yaratdığı mif, yoxsa...İstər-istəməz bu təbliğatın nəticəsində buna nail olundu ki, imkansız insanlar bunu Allahdan bilib öz həyatlarına qani oldular. Daxillərində olan narazılıqları bununla yatırdırlar. Muaviyə bunun üçün xeyli pul ayırmışdı və günlərlə, aylarla məscidlərdə bu təbliğatı aparırdı.

Bu əqidə dövrümüzə qədər gəlib çıxıb. Yəni guya ki, mənim həyatda seçimim yoxdur, nələr ki, mənim başıma gəlir, nələri ki, mən edirəm, bunlar yalnız Allahın etdikləridir. Halbuki, bu, nə insan məntiqinə, nə insan ədalətinə, nə Allahın ədalətinə, nə də Quranın məntiqinə sığmır.

İslam maarifinə görə, insanların əməlləri sonda mükafatlandırılıb və ya cəzalandırılacaq. Diqqət edin, mükafat və cəza. Məsələn, cəza varsa, insanın öz ağlı ilə seçdiyi mənfi yola görədir bu cəza. Tutalım ki, mən bir nəfəri öldürürəmsə nahaq yerə və ya oğurluq edirəmsə, bunu mən ağlımla etdiyim üçün məni cəzalandırırlar. Dünyada da belədir. Ola bilməz ki, Allah mənə pis insan rolu versin və mənim taleyimi pis insan kimi yazsın ki, bu adam cinayətkar olacaq və məni yaşadandan sonra cəhənnəmə atacaq. Bu, heç cür məntiqə sığmır. Təsəvvür edin, Allah məni zülmkar yaratdı, cinayətkar yaratdı, mən bütün ömrüm boyu zülm elədim və sonda da məni cəzalandırdı, yəni cəhənnəmə atdı. Axı orda mənim haqqım var ki, deyim, İlahi, axı məni niyə bura atırsan? Axı özün məni bu cürə yaratmısan. Mənim taleyimi özü yazıbsa, məni necə cəhənnəmə ata bilər? Deməli, mən özüm bu seçim etmişəm.

Allah Quranda deyir ki, "Allahdan çəkinin". Əgər mənə bir tale yazıbsa, niyə mənə Allahdan çəkinməyi əmr eləsin?"

Millət vəkili, ilahiyyatçı Ceyhun Məmmədov isə qəza və qədərin məna etibarilə eyni mənanı ifadə etdiyini bildirib.

"Allahın bütün varlıqları xüsusi bir şəkildə yaratmaq istəməsinə, sonra isə onları bu istəyə uyğun olaraq xəlq etməsinə, bütün baş verəcək hadisələrin nə zaman, harada, necə olacağını qabaqcadan bütün təfsilatı ilə bilməsinə və buna uyğun olaraq təyin və təqdir etməsinə qədər deyilir. Həmin hadisələrin vaxtı gəlincə, Allahın bildiyi, təyin və təqdir etdiyi şəkildə həyata keçməsinə isə qəza deyilir".

Onun sözlərinə görə, hadisələrin bir qismi insanların öz istəyi və iradəsi ilə baş verir.
Hər bir insanın alın yazısı var: Muaviyənin pul hesabına yaratdığı mif, yoxsa..."Bu o deməkdir ki, Allah-Təala insana seçim ixtiyarı verib. Buna misal olaraq insanın ibadətləri yerinə yetirməsini, yaxşı və ya pis əməl sahibi olmasını, yemək yeməsini, zülm etməsini, öz iradə və istəyi ilə həyata keçirdiyi məsələləri qeyd etmək olar.

İslam alimləri bu məsələ ilə bağlı bildirirlər ki, Allah-Təala hər şeyi bilir və sərbəst iradəyə malikdir. O, hər şeyi yaratmağa və ya yox etməyə qadir, hikmət sahibi və ədalətlidir. İnsanı ən gözəl şəkildə yaratmış və bəzi işləri həyata keçirmək üçün ona müəyyən həddə güc və iradə bəxş edib, eyni zamanda bir sıra hadisələrin qəza və qədərin hökmü ilə məcburi surətdə baş verməsini istəyib".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1333   Tarix: 12 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

17 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr