Paşinyana narazılıq pik həddə çatır, özü isə günah keçiləri axtarır - TƏHLİL

Paşinyana narazılıq pik həddə çatır, özü isə günah keçiləri axtarır - TƏHLİLBu gün Ermənistan hökumətinə rəhbərlik edən Nikol Paşinyan natamamlıq kompleksindən ciddi əziyyət çəkir. O, regionlara səfərləri zamanı məmurları alçaldaraq özünü təsdiq etməyə çalışır.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Ermənistanın baş naziri Nikol Paşinyan iclaslarda, görüşlərdə qeyri-adekvat davranışları ilə gündəmə gəlməkdən yorulmur. Son ildə getdikcə reytinqi azalan, xalq arasında etimadını itirən baş nazir yeni populizmə əl atmaq qərarına gəlib. Bu hərəkətlər Nikolun ciddi komplekslərinin olmasından xəbər verir. 2024-cü ilə regionlara səfərləri ilə başlayan siyasətçi bir sıra obyektləri gəzib və çoxlu nöqsanlar aşkarlayıb. Nəticə olaraq isə Lori və Armavir qubernatorlarını, Şəhərsalma Komitəsinin sədrini vəzifəsindən azad edib.

Hakimiyyətindən narazılıq pik həddə çatır

Əslində baş nazir anlayır ki, onun şəxsiyyətindən və hakimiyyətindən narazılıq pik həddə çatır. Erməni hökumətinin başçısı artıq dərk edir ki, ona heç kəs inanmır və ünvanına səslənən ittihamları eşitməmək, bununla razılaşmamaq üçün günah keçiləri axtarır. Bu səbəbdən asılqanları qoparır, duşu bəyənmir, işçiləri təhqir edir. Bununla da özünün xalqa canıyanan obrazını yaradır, hər şeydən başı çıxan insan təsiri bağışlamağa çalışır.

Ciddi komplekslərin səbəbləri

Davranışları əslində onun ciddi komplekslərinin olmasından xəbər verir. Bunun isə tutarlı səbəbləri var. 12 yaşından ögey ana himayəsində böyüyən Nikol natamam ali təhsili ilə də ad çıxarıb. Məsələ burasındadır ki, 1995-ci ildə universitet rəhbərliyinə qarşı fəaliyyətinə görə İrəvan Dövlət Universitetinin jurnalistika fakultəsindən qovulub. Bütün bunlar, təbii ki, onun psixologiyasına ciddi təsir edib. Natamamlıq kompleksindən əziyyət çəkən keçmiş jurnalist kompensasiya üçün özündən vəzifəcə kiçik insanları əzməklə psixoloji vəziyyətini "stabilləşdirir". Hətta "Haykakan Jamanak" qəzetinin redaktoru olduğu dövrdə də jurnalistlər arasında Nikolun vicdansızlığı, pula olan sevgisi, qeybətə meyilli şəxs olması barədə kifayət qədər neqativ fikirlər dolaşıb.

Hər şeyin "bilicisi"

Regionlara səfəri zamanı Paşinyan özünü bütün peşələrin ən güclü bilicisi kimi təqdim edir: tikinti, təhsil, müxtəlif elm sahələri, mədəniyyət, idman və sair kimi sahələrdə özünün analoqu olmayan obrazını canlandırır. Nə gölməçə, nə asılqan, nə basketbol səbəti, bir sözlə, heç bir detal onun gözündən yayınmır. O, iti gözlə baxır, fərqinə varır, əsəbiləşir, şiddətlə qışqırır. Onu müşayiət edənlər isə boyunlarını büküb qulaq asır, təhqirləri "heyranlıqla" dinləyirlər. Çünki Paşinyana qarşı çıxmaq, həm vəzifə, həm də əmlakla vidalaşmaq mənasına gəlir.

İkiüzlü siyasi fəaliyyət

2008-ci ildən özünü Levon Ter-Petrosyanın bir nömrəli fanatı kimi göstərən Paşinyan Qarabağ ermənilərini təhqir edib, onlara qarşı aqressiv münasibət sərgiləyib. Sonradan isə fikrini dəyişən keçmiş redaktor "Böyük çaşqınlıq" adı altında silsilə məqalələr yazmağa, guya Ter-Petrosyan dəstəsini tərk etdiyini bildirməyə başlayıb. O, bununla da kifayətlənməyib və Qarabağ probleminin həlli məsələsində erməni siyasi elitasında ortaya atılan birtərəfli ərazi güzəştlərinə qarşı çıxışlar etməyə start verib. Əslində isə Nikolun planı sadə idi, gələcəkdə hakimiyyətə gəlmək üçün zəmin yaratmaq, hamını aldatmaq və yalan danışmaq.

Kiçiklik sindromu

Paşinyan hakimiyyətə gəldiyi ilk gündən kiçiklik sindromundan əziyyət çəkdiyini tez-tez büruzə verməyə başlayıb. Məsələn, hakimiyyətinin ilk ilində gömrük əməkdaşını ictimaiyyət qarşısında alçaldıb. Onu bayrağa hörmətsizlikdə ittiham edərək, vəzifəsindən uzaqlaşdırıb və sürücüsünün əmisi oğlunu "Noraqavit" gömrük məntəqəsində yüksək vəzifəyə təyin edib. Başqalarını alçaltmaq bahasına özünü təsdiq etməyin ilk addımı da elə bu dövrdən başlayıb. Sonralar bu iş tərzi xalqı alçaltmaq hesabına məqsədyönlü şəkildə "inkişaf" edib. Regionlara səfərlər zamanı əvvəlcədən hazırlanmış və qonorar qarşılığında aktyorluq edən şəxslər ona yaxınlaşır, yaltaqlanır. Məsələn, səfərlərdən birində yaşlı bir qadın əyilərək onun ayağını öpüb. Digər yaşlı bir qoca isə ona uzun ömür arzulayıb, qucaqlayıb öpmək üçün mühafizəçiləri itələyib.

Komanda yoldaşlarına qarşı hörmətsizlik

Əslində, qeyd etmək yerinə düşər ki, hazırda Paşinyanın heç bir yaxın dostu yoxdur. O, bütün partiyadaşlarına, nazirlərə, icra başçılarına rəiyyəti kimi yanaşır. Vəzifəsindən və yaşından asılı olmayaraq, məmurlar onu görəndə ayağa qalxmalıdırlar. Bütün bunlar Paşinyanın istəkləridir və xüsusi adamları tərəfindən insanlara təlqin edilir.

Baş nazir özünütəsdiq üçün həm də opponentlərini təhqir etməyə, aşağılamağa çalışır. Tabeliyində olan hüquq-mühafizə orqanlarına tapşırır ki, bu şəxslərə qarşı cinayət işləri hazırlansın, ittihamlar irəli sürülsün.

Yuxarıda sadalananlardan məlum olur ki, bu gün Ermənistan hökumətinə rəhbərlik edən şəxs natamamlıq kompleksindən ciddi əziyyət çəkir. Digər insanları alçaldaraq özünü təsdiq etməyə çalışmaq, heç bir dostu olmayan şəxs olmaq baş nazirin psixoloji portretidir. Paşinyan təlxəkləri vasitəsilə çatdırır ki, bütün günahlar tabeliyində olan şəxslərdədir. O özü isə güclü rəhbərdir və dövlət qurumlarının rəhbərlərini cəzalandırmağa hazırdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1061   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb

İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları

29 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

ABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25

1 oktyabr
.

Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin

30 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib

1 oktyabr
.

Lukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib

Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib. xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Buna qədər Vladimir Belı Belarusun müdafiə nazirinin müavin

28 sentyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

Ermənistan və İran arasında müzakirələr olunub

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı

30 sentyabr