"Jewish Journal": "Yəhudilər Ermənistanda antisemitizmin artmasından narahatdırlar"- ŞOK FAKTLAR

"Jewish Journal": "Yəhudilər Ermənistanda antisemitizmin artmasından narahatdırlar"- ŞOK FAKTLARAmerika nəşri olan "Jewish Journal" ravvin İsrael Barukun Ermənistanda antisemitizmdən bəhs edən məqaləsini dərc edib.

Bu materialın tərcüməsini Musavat.com-un oxucularının diqqətinə çatdırırıq.

"Vaiz" kitabında deyilir: "Nə olubsa, o da olacaq və Günəşin altında yeni bir şey yoxdur".

Bu gün biz antisemitizmin hökm sürdüyü dünyanı seyr edərkən bəzi ağrılı şeyləri görürük. Gündəlik yürüşlər, nümayişlər və saysız-hesabsız açıq-aşkar antisemitizm aktları dünyanın böyük şəhərlərini əhatə edir. ABŞ Konqresinin salonlarında, universitetlərdə, orta məktəblərdə və bir çox başqa yerlərdə yəhudilərin soyqırımı çağırışları eşidilir. Yəhudi biznesləri davamlı olaraq vandalizmə məruz qalır və onların Paris, Berlin kimi şəhərlərdəki evləri "Davud Ulduzu" ilə işarələnir. Yəhudi qəbiristanlıqları murdarlanıb, sinaqoqlar dağıdılıb.

2023-cü il noyabrın 15-də Ermənistanda yeganə sinaqoq yandırılıb. Həmin sinaqoq oktyabrın 3-də - oktyabrın 7-də İsraildə baş verən faciəli hadisələrdən bir neçə gün əvvəl vandalizmə məruz qalıb. ASALA ( Ermənistanın terror təşkilatı- red.) məsuliyyəti öz üzərinə götürüb və yəhudi dövlətinin Azərbaycanla yaxın dostluğunun qisasını almaq üçün bütün dünyada yəhudilərə qarşı hücumları davam etdirəcəyini vəd edib.

Təəccüblü deyil. Hələ 2014-cü ildə Antidiffamasiya Liqası Ermənistanı Avropanın ikinci antisemit ölkəsi adlandırmışdı. Bundan əlavə, "Pew" Araşdırma Mərkəzinin sorğusuna görə, ermənilərin 32%-i yəhudiləri həmvətən kimi tanımır ki, bu da Mərkəzi və Şərqi Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Bu, təəccüblü deyil, çünki ABŞ-dakı erməni qrupları onilliklər ərzində Amerikadakı kollec şəhərciklərində Boykot, Əldən Çıxış və Sanksiyalar (BDS) hərəkatında fəallıq göstəriblər. Onların diasporlarında antisemitizmin yayılmasının daha uzun tarixi var. Holokost zamanı erməni qoşunları Üçüncü Reyxə xidmət edir, yəhudi məhbuslarını ölüm yürüşlərinə çıxarırdılar. Erməni-amerikan təşkilatları açıq şəkildə Hitleri "bəşəriyyətə hədiyyə" kimi tərifləyərək Holokostu Almaniyanı təmizləmək üçün "əməliyyat" kimi qələmə verirdilər.

Erməni nasist legionunun lideri Qaregin Njde əsas milli qəhrəman hesab olunur. Onun bütün ölkə üzrə 22 abidəsi var ki, onlardan da ən böyüyü 2016-cı ildə rəsmi olaraq İrəvanda açılıb. "The Forward" nəşrinin araşdırmasına görə, Ermənistanda abidələrin içində ən çoxu nasistlərə aiddir.

HƏMAS-ın hücumları ilə müqayisə oluna biləcək vəhşiliklə hərəkət edən Ermənistan silahlı qüvvələri 1990-cı illərin əvvəllərində İsrailin ən yaxın müttəfiqi olan Azərbaycana qarşı qətliam həyata keçirərək mülki azərbaycanlıları qətlə yetirib. Ermənistanın Qarabağ bölgəsini işğal etməsi tarixində törətdiyi ən dəhşətli hadisə Xocalı qətliamı idi.

Xocalıda dinc azərbaycanlılar dəhşətli şəkildə qətlə yetirildi - onların çoxu evlərini tərk etdi. 30 il əvvəl əsir götürülən minlərlə insan hələ də geri qaytarılmayıb. Onların ailələri hələ də yaxınlarından xəbərsizdir. Erməni işğalı uzun müddətdir mövcud olan etnikçilik milli ideologiyasına əsaslanırdı. Ermənistan müttəfiqi İranın tərəfindədir, ABŞ-da İsrailə qarşı kampaniya aparır, ölkənin özündə ermənilər yeganə sinaqoqu yandırırlar.

2024-cü il yanvarın 1-də İrəvana yürüş zamanı neonasistlər Hitler salamından istifadə edərək "Ermənistan yalnız ermənilər üçün" şüarları səsləndirdilər. İsrailin Ermənistandakı səfiri Yoel Lion X sosial şəbəkəsindəki səhifəsində yazıb: "İrəvanda "Sieg Heil" şüarı ilə müşayiət olunan yürüşdən dərin narahatdır. Nasist əməkdaş Qaregin Njdenin təriflənməsi qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin istənilən formasına qarşı qəti mövqe tutmalıdır".

İndi də bütün dünyada yəhudilərin həyatı üçün real təhlükə ilə mübarizə apararkən, biz geriyə baxmalı və bizi bura gətirən tarixi xatırlamalıyıq", - ravvin Baruk yazıb.

Mənbə: musavat.com


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1097   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30 sentyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr
.

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il

30 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

ABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25

1 oktyabr
.

İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb

HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd

29 sentyabr
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

1 oktyabr