Rusiya F-16 qırıcılarından niyə bu qədər qorxur?
Müasir F-16 qırıcılarının Ukraynaya verilməsi rus işğalçılara bir çox problem gətirəcək. Onlar Ukrayna aerodromlarını vurmağa çalışacaqlar ki, bu təyyarələrin fəaliyyəti qeyri-mümkün olsun, çünki onları havada ələ keçirmək demək olar ki, mümkün deyil.
Axar.az xəbər verir ki, bu sözləri hərbi pilot-təlimatçı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.
Onun sözlərinə görə, çox güman ki, Ukrayna F-16-ları radar sistemləri ilə birlikdə alacaq ki, bu da havada bu təyyarələrə qarşı müqaviməti faktiki olaraq sıfra endirəcək:
"F-16 ruslar üçün təhlükəlidir, çünki bu təyyarə düşmən təyyarələrinə, eləcə də yerüstü vasitələrə - HHM sistemlərinə qarşı istifadə oluna bilən onlarla raketdən ibarət buraxılış platformasıdır.
Xüsusilə, Krım da daxil olmaqla, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiyanın hava hücumundan müdafiəsinə qarşı çıxmaq mümkün olacaq. Həmçinin F-16 ilə birlikdə uzaqmənzilli raket sistemləri yerləşdirilsə, düşmən təyyarələrini məhv etmək mümkün olacaq. O zaman rus pilotlar döyüş xəttinə 150-200 kilometr yaxınlaşmağa qorxacaqlar".
O bildirib ki, düşmənə havadan bu cür təzyiq Ukrayna qoşunlarının quru bölmələrinə ən azı ön istiqamətlərdən birində fəal işləməyə imkan verəcək və quru texnikası daha sürətlə irəliləyəcək:
"Ruslar bütün bunları çox gözəl başa düşür və hesablayırlar. Təbii ki, hazırlaşırlar. Hazırlıq variantlarından biri F-16-ların nəzəri olaraq enə biləcəyi aerodromları məhv etmək və ya heç olmasa onlara çatmaqdır".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 969 Tarix: 14 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy
28 sentyabrTutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi
Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu
28 sentyabrYaponiyada 6,0 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs
30 sentyabrLukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib
Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib. xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Buna qədər Vladimir Belı Belarusun müdafiə nazirinin müavin
28 sentyabrEstoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib
Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü
1 oktyabrABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrTerrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabr