Ermənistana silah tədarükü: "Rusiya və İrana etiraz bildirməliyik"
İran ərazisi ilə Ermənistana hərbi yük daşınmasına dair növbəti görüntülər yayılıb. Ötən günlərdə isə Ermənistana Rusiyadan müxtəlif sursatlar və silahların tədarükü həyata keçirilib. Ardıcıl atılan bu addımlar yeni hərbi eskalasiyadan xəbər verir? Ermənistan revanşist məqsədlərlə hansısa təxribata əl ata bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov Ermənsitanın yaxın vaxtlarda müharibəyə başlamağa risk etməyəcəyini bildirilib:
"Bu il və gələn il ərzində onun hansısa irimiqyaslı müharibəyə başlaması mümkünsüzdür. Çünki Ermənistan ordusu hələ hazır deyil və aldığı yeni silahları sınaqdan keçirməlidir. İran, Rusiya, Fransa və Hindistan kimi ölkələrdən tədarük etdikləri silah-sursatın əsas məqsədi yaxın 5 ilə hesablanmış addımdır.
Adətən, müharibədən yeni çıxmış ölkələr növbəti illər ərzində ordularını ortabab səviyyəyə gətirməyə çalışır. Ermənistanın da addımları buna hesablanıb. Təxminən 2030-cu ilə qədər bu hazırlıq işləri, silah tədarükü davam edəcək.
Təəssüf ki, Azərbaycan Rusiyanın Ermənistana silah tədarükünə heç bir təpki vermədi. Fransaya necə reaksiya bildirirksə, eyni qaydada Rusiya və İrana da bildirməliyik".
Ü. Cəfərov İrəvanın məlum addımlarının uzaq perspektivdə müharibəyə hazırlıq məqsədi daşıdığını qeyd edib.
"Ermənistana verilən silahlar ağır silahlardır və sabah hansısa münaqişə olarsa, ciddi tələfatlara səbəb ola bilər. Sadaladığım ölkələr Ermənistan vasitəsi ilə Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirməyə çalışr. Azərbaycan sülh müqaviləsindən danışır, Ermənistan isə Rusiya və digər ölkələrin himayədarlığı ilə təcavüzə hazırlaşır. Heç kim düşünməsin ki, Ermənistan Qarabağdan birdəfəlik əl çəkəcək.
Aydın məsələdir ki, atacaqları addımlar cavabsız qalmayacaq. Amma mütləq şəkildə Ermənistandan tələb etmək lazımdır ki, əgər həqiqətən sülh şəraitində yaşamaq istəyirlərsə silahlanmadan əl çəksin. Təəssüf ki, bəzi ölkələrin imperiya maraqları imkan vermir ki, bölgədə əmin-amanlıq olsun".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1049 Tarix: 20 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrQrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb
Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm
30 sentyabrAlmaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb
Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve
29 sentyabrTramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamalarını təkzib etdi
ABŞ prezidenti Donald Tramp Oval Ofisdə bildirib ki, Vaşinqton Amerika silahlarının Çinə satılmasını yaxşı fikir hesab edir, lakin Pekinə belə bir təklif verməyib. xəbər verir ki, ABŞ-ın Çindəki səfiri Devid Perdu Fox News-a verdiyi açıqlamada bildirib ki, Amerika lideri Çin prezidenti Si Cinpindən n
29 sentyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrTerrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrEstoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib
Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü
1 oktyabr