İrem Dericinin Bakıda konsertini təşkil etdi, pulları ödəmədi - İranlı iş adamı dələduzluqda ittiham olunur
İranlı iş adamı Azərbaycanda dələduzluqda ittiham olunur.
"Azərbaycan Litva Dostluq Evi"ndən Lent.az-a daxil olan şikayətə görə, 2023-ci ilin aprel ayında "Tar Events Baku" MMC-nin direktoru Derablou Mohammadhossein Younes adıçəkilən şirkətə müraciət edərək Azərbaycanda təşkil edəcəkləri konsertlərlə bağlı əməkdaşlıq təklif edib. "Azərbaycan Litva Dostluq Evi"nin xidmətlərindən yararlanmaq istəyən iranlı iş adamı 2023-cü ilin may ayında onlarla müqavilə bağlayıb.
İran vətəndaşı Derablou Mohammadhossein Younes bildirib ki, Azərbaycanda tez-tez konsertlər təşkil etmək niyyətindədirlər və buna görə onlara aviabiletlər alınmalıdır. İlk konsert proqramı ötən ilin oktyabrında baş tutub. Onların birgə əməkdaşlığı ilə Türkiyənin məhşur müğənnisi İrem Derici Bakı səhnəsində çıxış edib.
"Müqavilə şərtlərinə əsasən hər konsert proqramı başa çatdıqdan sonra iranlı iş adamı dərhal göstərilən xidmətlərin pulunu ödəməli idi. Lakin Derablou Mohammadhossein Younes pulu ödəmədi və müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışdı. Sonradan isə onunla ümümiyyətlə əlaqə saxlamaq mümkün olmadı. Telefonlara cavab vermədi və qaçıb gizləndi. Çox çətinliklə onun İran nömrəsini tapdıq və əlaqə saxladıq. O bizə dedi ki, nə zaman istəsə o vaxt da pulu ödəyəcək. Derablou Mohammadhossein Younes bizə qarşı dələduzluq edib və şirkətimizə 11 600 (on bir min altı yüz) manat məbləğində ziyan vurub. KİV vasitəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirmək istəyirik ki, dələduzluq əməlləri ilə məşğul olan İran vətəndaşı barəsində Azərbaycan qanunvericiliyi əsasında tədbir görülsün. Hamı bilsin ki, bu kimi şirkətlərə inanmaq olmaz".
Lent.az məsələyə münasibət öyrənmək üçün iranlı iş adamı ilə əlaqə saxlasa da Derablou Mohammadhossein Younes şikayətə münasibət bildirməkdən imtina edib.
Şikayətçi tərəf müqavilənin surətini də Lent.az-a təqdim edib:

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1124 Tarix: 23 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabrABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir
ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria
30 sentyabrGələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
1 oktyabrFransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre
30 sentyabrTerrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabr