Moskva Bakı və İrəvan arasında sülh danışıqları üçün... – Səfir
Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir.
Bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
"Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir", - diplomatik missiyanın rəhbəri qeyd edib.
Nümunə olaraq səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə 2023-cü ilin iyulunda baş tutan son üçtərəfli görüşü, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun fəaliyyətini xatırladıb. Belə ki, bu çərçivədə Moskvada regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə dair bir neçə dəfə görüşlər keçirilib.
"Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev son müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasında şəxsi rolunu yüksək qiymətləndirib", - diplomat vurğulayıb.
O, həmçinin, Azərbaycan və Ermənistan liderlərinin MDB dövlət başçılarının Sankt-Peterburqda ənənəvi olaraq Yeni il öncəsi keçirilən qeyri-rəsmi sammiti çərçivəsində danışdıqlarını da xatırladıb:
"Bu cür tədbirlər çərçivəsində dövlət rəhbərlərinin "ayaq üstə" qısa söhbətlər aparmaq fürsətindən istifadə etməsi adi bir təcrübədir. Azərbaycan ondan çıxış edir ki, görüşlər müstəsna olaraq regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin tezliklə bərqərar olmasına yönəlməlidir və vurğulamaq istəyirəm ki, artıq yaxşı nəticələr verən birbaşa ikitərəfli danışıqların aparılması təcrübəsi mövcuddur. Başımızın üstündə dinc səmaya ehtiyacımız var".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 355 Tarix: 27 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPrezident Fərman imzaladı
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsait azaldılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Beləliklə, 2024-cü ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisad
19 noyabrPrezidentdən Ağdam Şəhəri Günü paylaşımı - Video
Azərbaycan Prezidenti İlham Əliyev 20 Noyabr - Ağdam Şəhəri Günü münasibətilə paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Prezidentin sosial şəbəkə hesablarından etdiyi paylaşımda "Zəfər tariximiz – Ağdamın Ermənistan işğalından azad edilməsindən dörd il ötür", - sözləri qeyd olunu
20 noyabrPrezident bu mərkəzləri ləğv etdi - Sərəncam
Prezident İlham Əliyev "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında" Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, "Azərbaycan Dövlət Tərcümə Mərkəzi"
21 noyabrMehriban Əliyevanın konfransdakı çıxışının - Videosu
"Bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı Qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ötən gün COP29 çərçivəsində Yaşı
13 noyabrBirinci xanımların qatıldığı konfransdan görüntülər - Video
Xəbər verdiyimiz kimi, noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda konfrans təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, konfransd
13 noyabrCOP29 ilk uğura imza atdı
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başladığı gün ilk uğura imza atıb. "Qafqazinfo" xəbər verir ki, planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələr
12 noyabrMehriban Əliyeva Prezidenti tarixi çıxışına görə belə təbrik etdi - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edib. "Qafqazinfo"nun məlumatına görə, ölkə başçısı çıxışı zamanı 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçının olduğunu deyib. "Onların arasında 80 Prezident
13 noyabrPrezident bu qanunu təsdiqlədi
Prezident İlham Əliyev Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması dəyişikliyi təsdiqləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sənədi təsdiqləyib. Dəyişikliyə əsasən
18 noyabr