Deputatdan SƏRT REAKSİYA: "Ölkəmizə qarşı separatizm təhdidini AŞPA ayaqda saxlayırdı"

Deputatdan SƏRT REAKSİYA: "Ölkəmizə qarşı separatizm təhdidini AŞPA ayaqda saxlayırdı"Rəsmi Bakı AŞPA-da formalaşan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında bu qurumla əməkdaşlığı dondurub. Öz növbəsində AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməkdən imtina edib. Bu qərarın lehinə 76 deputat, əleyhinə 10 deputat səs verib, 4 deputat isə bitərəf qalıb.

Bəs, AŞPA-nın bu qərəzli davranışının arxasında hansı səbəblər dayanır?

Millət vəkili Elşad Mirbəşiroğlu bu qərarın pərdəarxasını Bizim.Media-ya şərh edib. O qeyd edib ki, AŞPA-nın Azərbaycana aşkar qərəzli yanaşması mövcuddur və bu, bizim üçün yenilik deyil:

"AŞPA hər zaman müxtəlif məsələlər üzərindən Azərbaycana təzyiqlər etmək istəyib. Amma əslində, biz görürük ki, insan hüquqlarına, demokratiya prinsiplərinə ən etinadsız yanaşan, ən hörmətsiz yanaşan elə məhz AŞPA-nın özüdür. Çünki bu qurum sözügedən dəyərləri başqa ölkələrə təzyiq etmək üçün bir alətə çevirib.

Ermənistan Azərbaycan torpaqlarını 30 il boyunca işğal altında saxladı və Azərbaycan ərazisində erməni separatizmini yaratdı.

Bütün bu illər ərzində AŞPA qeyd etdiyim nüansla bağlı bir dəfə də olsun mövqe sərgiləmədi. Əgər AŞPA bu gün Laçın yolunda Azərbaycanın hüquqi olaraq öz nəzarət buraxılış məntəqəsini yaratması üzərindən də Azərbaycana siyasi hücumlar təşkil edirsə, bu, həm də başqa bir məqamdan xəbər verir.

Deməli, AŞPA həm də separatizmin dəstəkləyicisidir, çünki Laçın yolundan istifadə edərək erməni separatçıları Azərbaycana qarşı təhlükəli fəaliyyətlərini davam etdirirdilər. Bizim dövlət və milli təhlükəsizliyimizə qarşı separatizm təhdidini ayaqda saxlayırdılar. AŞPA bu davranışı ilə həm də onu göstərdi ki, o ayrı-ayrı dairələrin əlində bir alətdir".

Deputat AŞPA-nın əsas funksiyasını belə izah edib:

"Bu platforma onun üçün yaradılıb ki, üzv ölkələrə özlərinə lazım gəldiyi hallarda təzyiqlər etsin, onların mövqelərinin formalaşdırılmasına təsir göstərsin, ölkələrin daxili işlərinə qarışsın. Mahiyyət etibarilə AŞPA geosiyasi ambisiyaların həyata keçirilməsinin bir alətinə çevrilib. Burada Fransanın, Almaniyanın aşkar təsirləri var. Ayrıca olaraq Amerika Birləşmiş Ştatlarının da təsirləri göz önündədir.

AŞPA ölkəmizdəki seçkilərə dəvət olunmamasını bəhanə edir. Əsas motiv Cənubi Qafqazdakı yeni reallıqları dəyişdirməkdən ibarətdir. Azərbaycanın mütləq qələbəsini qəbul və həzm edə bilmirlər. Cənubi Qafqazda münaqişə vəziyyətinin aradan qalxması onların regiona müdaxilə imkanlarını məhdudlaşdırır. Buna görə də gərginlik elementləri yaratmaq istəyirlər.

Bu fonda da Ermənistana dəstək olaraq təxribatlara həvəsləndirirlər.

Məqsəd total şəkildə Azərbaycana qarşı qərəzli, siyasi mövqelərin formalaşdırılmasından ibarətdir. Amma Azərbaycan da çox adekvat reaksiya nümayiş etdirir. Azərbaycan təkcə müdafiə olunmaq yox, həm də hücum etmək gücündədir. Məsələn, nümayəndə heyətimiz öz fəaliyyətini qeyri-müəyyən müddətə dondurub.

Hesab edirəm ki, biz qabaqlayıcı addım atdıq. Bununla da AŞPA-nın Azərbaycana qarşı hücum cəhdlərini əvvəldən iflasa uğratdıq. Azərbaycan üçün səsi eşidilən, maraqlarını müdafiə etmək imkanı olan kifayət qədər platformalar mövcuddur. Bizim çox sayda tərəfdaşımız var. Azərbaycanın AŞPA-da olmamasından uduzan tərəf ancaq bu platformanın özüdür".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 658   Tarix: 27 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr