ABŞ Suriyadan çıxır: Haşimilər və druzlar SDF-yə qoşulacaq - Türkiyə hərəkətə keçir

ABŞ Suriyadan çıxır: Haşimilər və druzlar SDF-yə qoşulacaq - Türkiyə hərəkətə keçirABŞ-ın Suriyanın şimalından çəkiləcəyi ilə bağlı iddialar bölgədə diqqət çəkib.

Publika.az xəbər verir ki, Suriyanın şimalında terror təşkilatı PYD/ YPG-yə dəstək verən ABŞ-ın bu bölgədən çəkilməyi planlaşdırdığı iddia edilib. İddialara görə, yanvarın 18-də ABŞ Müdafiə Nazirliyinin tələbi ilə Ağ Evin Milli Təhlükəsizlik Şurası tərəfindən toplantı təşkil edilib. Xarici İşlər Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmilərinin iştirak etdiyi toplantıda heç bir qərar verilməsə də, geri çəkilmənin necə baş verəcəyi ilə bağlı detallar müzakirə edilib. Buna uyğun olaraq QSD (YPG) və Dəməşq rəhbərliyinin DEAŞ-a qarşı ortaq bir quruluş yarada biləcəyi qiymətləndirilib.

Hələlik bir qərar olmasa da, Trampın ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlməsinin geri çəkilməni mümkün edəcəyi bildirilir. Oxşar iddia ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında da yer alıb.

4 mənbə təsdiq etdi

"Foreign Policy" jurnalında yazan Çarlz Lister qeyd edib ki, Müdafiə və Dövlət Departamentlərindəki dörd mənbə ona Ağ Evin lazımsız hesab etdiyi missiyanı davam etdirməyə artıq sərmayə qoymadığını söyləyib.

Çıxışın necə və nə vaxt baş verə biləcəyini müəyyən etmək üçün hazırda müzakirələr davam edir. Digər tərəfdən, "Politico" yazarı Alex Vard sosial mediada paylaşım edib: "Yüksək səviyyəli bir məmur mənə Bayden administrasiyasının qüvvələri Suriyadan çıxarmağı düşünmədiyini dedi".

Bununla belə, həm "Al Monitor", həm də "Foreign Policy" jurnallarında yer alan Ağ Evdəki görüşü barədə heç bir təkzib olmayıb. ABŞ-lı tədqiqatçı Aaron Zelin də sözügedən görüşdə ABŞ-ın Suriyadan çəkilmə məsələsinin müzakirə olunduğunu təsdiqləyib.

5000 nəfərlik haşimi və druz qüvvəsi var

ABŞ-ın Suriya ilə bağlı gələcək siyasətini Baş Qərargah Kəşfiyyat İdarəsinin sabiq rəisi İsmail Hakkı Pekin təhlil edib:

"Amerikalıların bölgədə 900 əsgəri var. Onlar geri çəkilmək niyyətindədirlər, amma əvvəlcə Suriyanı istədikləri kimi nizama salmaq istəyirlər. Bunun üçün də ABŞ hazırlıq görür. Onlar Suriya-İordaniya sərhədində yerləşən Dəradan olan haşimi ərəbləri və druzları öyrədirlər. İordaniyada 5000 nəfərlik druz qüvvəsi və 5000 nəfərlik haşimi qüvvəsi ABŞ-dan hərbi təlim alır. Druz və ərəb haşimilər təlim keçdikdən sonra SDF-yə qoşulacaqlar. SDF təkcə kürdlərdən deyil, həm də ərəblərdən və druzlardan ibarət struktur olacaq. Dəməşq administrasiyasına bağlı hərbi birlik kimi iştirak edə bilər".

Görünən odur ki, ABŞ bu məsələnin həllini axtarır. Türkiyənin bölgədə hərəkətə keçməsi lazım ola bilər. Çünki boşluq yaranacaq və bu boşluğu doldurmaq lazımdır. Prezident Ərdoğanın dediyi kimi: "Türkiyə təhlükəsizlik xətti qura bilər".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1252   Tarix: 27 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

326 kitab mağazası, 900-ə yaxın ədəbi tur: Kitabsevərlər üçün dünyanın ən yaxşı şəhəri

Romanın çoxsaylı tarixi və ədəbi məkanları onu kitabları və kitabla bağlı hər şeyi sevənlər üçün ən yaxşı istiqamətə çevirib. Qaynarinfo-nun məlumatına görə, "Travel + Leisure" yazır ki, bunu səyahətçilər üçün mobil internet xidmətləri göstərən "Holafly" şirkətinin hazırladığı yen

28 sentyabr
.

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy

1 oktyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr