BMT-nin ali komissarı: "ABŞ-də azot qazı ilə edam qəddarlıqdır"
BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk ABŞ-nin Alabama ştatında ölüm cəzasında azot qazından istifadə edilməsini qəddarlıq adlandırıb.
Bunu BMT-nin ali komissarı Roma Papası I Fransisklə görüşündən sonra "Vatican News"a müsahibəsində deyib.
"ABŞ-də davam edən insan haqları pozuntularına göz yummaq olmaz. Alabama ştatında Kennet Yucin Smitin azotla edam edilməsi qəddarlıqdır. Bununla bağlı başqa söz yoxdur. Açığı desək, 21-ci əsrdə ölüm hökmünə yer olmamalıdır", - o vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ təkcə ABŞ-yə deyil, həm də İran, İraq, Yaponiya daxil olmaqla, ölüm hökmünün hələ də tətbiq edildiyi digər ölkələrə də aiddir.
V.Türk dünyada ölüm cəzasına birdəfəlik son qoymağa çağırıb.
Xatırladaq ki, yanvarın 26-da ABŞ-də azot qazından istifadə edilməklə ilk edam həyata keçirilib. 58 yaşlı Kennet Yucin Smit Alabama ştatının Atmor şəhərində bu üsulla edam olunub. 1988-ci ildə bir qadını öldürməkdə təqsirli bilinən Smit hökmündən apellyasiya şikayəti versə də, onun hər üç müraciəti rədd edilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 587 Tarix: 27 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrRusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy
1 oktyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrFransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre
30 sentyabrDağ saniyələr içində çaya uçdu - Video
Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d
29 sentyabrABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabr