Azərbaycanın Moskvadakı turizm nümayəndəliyinin fəaliyyətə başlamasının vaxtı açıqlanıb
Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) Rusiyadakı nümayəndəliyinin fəaliyyəti iki aya bərpa ediləcək.
Bu barədə agentlik "Report"un sorğusuna cavab olaraq bildirib.
DTA Rusiyadakı nümayəndəliyinin işini bərpa etmə səbəbini bu ölkədən Azərbaycana turist axınının artması ilə əlaqələndirib:
"Rusiya Azərbaycanın ənənəvi hədəf bazarlarından biridir və ölkəmizə ən çox ziyarətçi də şimal qonşumuzdan gəlir. Dövlət Turizm Agentliyinin Rusiya bazarında fəaliyyətini intensivləşdirilməsi ölkəmizə daha çox turistin gəlməsini təmin edəcək".
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 milyon 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 30%-i Rusiya vətəndaşları olub. Son bir ildə Rusiyadan gələnlərin sayı 39,9% artıb.
Xatırladaq ki, Moskvada Azərbaycanın turizm nümayəndəliyi 2016-cı ildə açılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 869 Tarix: 27 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrRusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy
1 oktyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrFransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre
30 sentyabrDağ saniyələr içində çaya uçdu - Video
Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d
29 sentyabrABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabr