İran xarici işlər nazirinin ingilis dili biabırçılığı - VİDEO
Yanvarın 24-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə, o cümlədən İsrail-HƏMAS münaqişəsinə həsr olunmuş iclasında iştirak və çıxış edib. Həmin çıxışın mətni və videosu az sonra İran Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib. Lakin İran ictimaiyyətinin diqqəti Əmir-Abdullahiyanın mövzu barədə öz hökumətinin mövqeyini ifadə edən tezislərinə, eləcə də ondan sonra çıxış edən İsrailin BMT-dəki daimi nümayəndəsinin İranın və şəxsən Əmir-Abdullahiyanın ünvanına səsləndirdiyi kəskin tənqidi fikirlərə deyil, İran xarici işlər nazirinin ingiliscə nitqindəki qüsurlara yönəlib.
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə deyilib.
Əksəriyyət İran baş diplomatının öz qısa çıxışını üzündən oxuya bilməməsini ölkə adına biabırçılıq kimi qiymətləndirib. Əlində tutduğu hazır mətni oxuyarkən nazirin dilinin topuq vurması, sözləri düzgün tələffüz edə bilməməsi İran cəmiyyətini özündən çıxarıb, bir çoxları üçün isə məsxərə obyektinə və gülüş hədəfinə çevrilib. Bu baxımdan Əmir-Abdullahiyanın yeddi dəqiqəlik çıxışının bir dəqiqəyə yaxın hissəsi xüsusi diqqət çəkib və son üç gündə həmin fraqment sosial şəbəkələrin, xüsusən "X" platformasının İran seqmentində çoxsaylı paylaşımların məzmununu təşkil edib. Burada nazir demək istəyib ki, Qəzzada soyqırımının dayandırılması regionda təhlükəsizliyin bərpasının başlıca açarıdır, lakin onun bərbad nitqi ucbatından iclas iştirakçılarının bu fikri başa düşüb-düşmədiyini söyləmək çətindir. Sonradan məlum olub ki, nazirin əlindəki mətn əslində ingiliscə deyilmiş, ingilis sözlərinin ərəb əlifbası ilə yazılan transkripsiyası imiş və həmin qrafikanın bəzi xüsusiyyətləri nazirin çətin duruma düşməsinə, çıxış zamanı duruxması və udqunmasına gətirib çıxarıb. Bu faktın üzə çıxması tanınmış İran jurnalisti Mustafa Fəqihinin bu sözləri yazmasına səbəb olub: "Bilir ki, ingilis dilini bilmir, amma yenə öz şansını sınamaq istəyir!"
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1179 Tarix: 28 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistan və İran arasında müzakirələr olunub
Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı
30 sentyabrBritaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar
1 oktyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrFransa şəkərli qidalara vergi tətbiq edəcək
Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl
30 sentyabrTramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamalarını təkzib etdi
ABŞ prezidenti Donald Tramp Oval Ofisdə bildirib ki, Vaşinqton Amerika silahlarının Çinə satılmasını yaxşı fikir hesab edir, lakin Pekinə belə bir təklif verməyib. xəbər verir ki, ABŞ-ın Çindəki səfiri Devid Perdu Fox News-a verdiyi açıqlamada bildirib ki, Amerika lideri Çin prezidenti Si Cinpindən n
29 sentyabrDağ saniyələr içində çaya uçdu - Video
Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d
29 sentyabr