Azərbaycandan olan məşhurlar – Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa Dolina

Azərbaycandan olan məşhurlar – Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa DolinaLent.az "Xaricdə yaşayan məşhur azərbaycanlılar" rubrikasını təqdim edir. Haqqında söhbət açacağımız ilk həmyerlimiz Rusiyanın Xalq artisti, müğənni Larisa Dolinadır.

Larisa Aleksandrovna Dolina Kudelman sovet və rus estrada və caz müğənnisi kimi tanınıb, müxtəlif müsabiqə və festivalların laureatıdır, Rusiyanın Xalq artisti fəxri adına layiq görülüb. Aktrisa kimi də bir neçə dəfə müxtəlif filmlərdə özünü sınayıb. Hazırda durduğu zirvəyə çatmaq üçün dayanmadan çalışan müğənninin sənət yolu cazla başlayıb, estrada ilə davam edib.
Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakıda anadan olub. O, şou-bizneslə heç bir əlaqəsi olmayan yəhudi ailəsində böyüyüb. Atası Aleksandr Markusoviç inşaatçı, anası Qalina İzrailevna isə maşinist idi.

Larisa 3 yaşında olanda ailəsi ilə birlikdə Odessaya köçüb. Orada violonçel oxumaq üçün musiqi məktəbinə getməyə başlayıb. Artıq yeniyetmə yaşlarında həyatını musiqi ilə bağlamaq qərarına gəlib.

Dolinanın musiqi tərcümeyi-halı 1971-ci ildə "Biz Odessa sakinləriyik" ansamblında başlayıb, sonralar bir neçə başqa qrupda solist olub. Şəhərdə bir qədər populyarlıq qazanan qız işləmək üçün Ermənistana gedib.

Burada Larisa paytaxtın ən nüfuzlu ansambllarından birində vokalçı kimi çalışıb. İrəvanda yaşadığı 4 il ərzində müxtəlif çətinliklərlə, o cümlədən maliyyə problemləri ilə üzləşib. Ermənistan Dövlət Estrada Orkestrinin solisti olduqdan sonra daha orada qalmaq istəməyib, "okean balığı olmaq üçün" Moskvaya üz tutub.

Rusiyadakı fəaliyyəti dövründə çoxlu sayda diplom və mükafatlar alan Dolina Rusiya Federasiyasının Xalq artisti adına yüksəlib. Sabiq prezident Boris Yeltsin tərəfindən "İlin qadını" adına layiq görülüb.

Şəxsi həyatı isə uğurlu alınmayıb. Gah əri ona xəyanət edib, gah o ərinə. Dolina 3 dəfə ərdə olub.

İlk əri caz musiqiçisi və "Sovremennik" orkestrinin keçmiş dirijoru Anatoli Mionçinski idi. Bu birlikdən Angelina adlı bir qız dünyaya gəlib. Angelina doğulduğu gün həkimlər onu xəstəxanadan götürüb başqa yerə köçürdüyünə görə Larisa uzun müddət qızını tapa bilməyib. Uşaq öncə itmiş, sonra oğurlanmış sayılsa da nəhayət tapılıb. İndi həmin itkin qızın özünün də bir qızı var və nənəsi ilə yaşayır. Sənətçinin dediyinə görə, onun Anatolidən ayrılmasına səbəb ərinin spirtli içki aludəçiliyi, eləcə də qarşılıqlı anlaşılmazlıqlar olub.

32 yaşında Larisa 10 ildən çox yaşadığı gitaraçı Viktor Mityazovla evləndi. Bu ailənin dağılmasına səbəbi Larisanın ərinə xəyanət etməsi olub. Dolina gələcək üçüncü əri, prodüser və gitara ifaçısı İlya Spitsin ilə fırtınalı eşq yaşamağa başlayır.

Maraqlı bir fakt odur ki, üçüncü əri Larisadan 13 yaş kiçik idi və onunla görüşərkən kişi evli idi, hətta kiçik bir oğluda var idi. İlya və Larisanın birlikdə uşaqları olmayıb.
2016-cı ildə Dolina və Spitsin arasındakı münasibətlər pozulmağa başladı və nəticədə boşanma ilə nəticələndi. İlya kənarda başqa bir ailə də saxlayırmış. Buna baxmayaraq, müğənni qalmaqal yaratmadı, hətta keçmiş həyat yoldaşı ilə işgüzar əməkdaşlığını davam etdirdi.

69 yaşlı Dolina hazırda tək yaşayır, indi tez-tez plastik əməliyyatları, kilo alıb- vermələri və qəribə açıqlamaları ilə gündəmə gəlir. Məsələn o hər gün gündə bir neçə dəfə özünü ağlamağa məcbur etdiyini deyib. Buna səbəb dərdlər deyil. Dolina göz yaşlarının insanı mənən təmizlədiyinə inanır.
Azərbaycandan olan məşhurlar – Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa DolinaAzərbaycandan olan məşhurlar – Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa DolinaAzərbaycandan olan məşhurlar – Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa DolinaAzərbaycandan olan məşhurlar – Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa Dolina


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1717   Tarix: 29 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr