Ayın ölçüsü 100 metr kiçilib: Astronavtların həyatı təhlükədə - FOTO

Ayın ölçüsü 100 metr kiçilib: Astronavtların həyatı təhlükədə - FOTOAyın nüvəsi soyuduqca təxminən 100 metr kiçilib. Bu, yüz milyon illər çəkən mərhələli proses kimi görünsə də, büzülmə Yerin təbii peykinin Cənub Qütbünün bəzi hissələrində, o cümlədən NASA-nın ekipajlı "Artemis III" missiyası üçün təklif olunan ərazilərdə əhəmiyyətli səth deformasiyalarına səbəb olur.

Bu barədə ABŞ-nin Merilend Universitetinin tədqiqatçıları bildiriblər.

Alimlərin sözlərinə görə, Ayın kiçilməsi zəlzələ kimi seysmik aktivliklə müşayiət olunduğundan, qırılma zonalarına yaxın yerlər gələcəkdə tədqiqatçı-astronavtlar üçün təhlükə yarada bilər. Ona görə də səthdə qlobal daralma nəticəsində yeni qırılmaların potensialı nəzərə alınmalıdır.
Ayın ölçüsü 100 metr kiçilib: Astronavtların həyatı təhlükədə - FOTOAlimlər Ayın Cənub Qütbünün seysmik təkanlar nəticəsində yaranan sürüşmələrə xüsusilə həssas olduğunu vurğulayıblar.

Tədqiqatçıların sözlərinə görə, Yerdəki zəlzələlər kimi, Ay zəlzələləri də təbii peykin daxili hissəsindəki piltələrdən qaynaqlanır və missiyadakıların hazırladıqları strukturlara, avadanlıqlara zərər verəcək qədər güclü ola bilər.

O da vurğulanır ki, Yer kürəsində uzağı bir neçə dəqiqə davam edən zəlzələlərdən fərqli olaraq, Ay zəlzələləri saatlarla və hətta yarım gün davam edə bilər. Beləliklə onlar gələcək insan məskənlərini viran edə bilər.

Qeyd edək ki, NASA 2024-cü ilin sonunda "Artemis" missiyalarının bir hissəsi olaraq Aya 50 ildən bəri ilk ekipajlı uçuş həyata keçirməyə ümid edir. Alimlər bildiriblər ki, bu tədqiqat Ayda missiyanı gözləyən hadisələrə - istər Ayın seysmik fəaliyyətinə daha yaxşı tab gətirə bilən mühəndis strukturları cəhətdən, istərsə də tədqiqatçıları təhlükəli ərazilərdən qorumaq baxımından hazırlaşmağa kömək edir./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 818   Tarix: 31 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25

1 oktyabr
.

Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad

30 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib

1 oktyabr
.

Tutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi

Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu

28 sentyabr
.

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria

30 sentyabr
.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr
.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr
.

Fransa şəkərli qidalara vergi tətbiq edəcək

Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl

30 sentyabr