Litrlərlə qəhvə içən, yumruq zərbəsindən gözünü itirən PREZİDENT

Litrlərlə qəhvə içən, yumruq zərbəsindən gözünü itirən PREZİDENTTeodor Ruzvelt ABŞ tarixinin ən maraqlı və uğurlu prezidentlərindən biri sayılır.

Lent.az Teodor Ruzveltin tərcümeyi-halından ən maraqlı faktları təqdim edir:

Litrlərlə qəhvə içən, yumruq zərbəsindən gözünü itirən PREZİDENTSağlamlığı zəif olsa da, uzun məşqlərlə özünü idmançıya çevririr

1858-ci ildə anadan olan Teodor Ruzvelti dosltarı Teddi adlandırırdı. Uşaqlıqdan o, xəstəliklərə, astma tutmalarına meylli və fiziki cəhətdən zəif olan kövrək bir uşaq idi. Ancaq zəif sağlamlığına baxmayaraq, o, vəhşi təbiəti çox sevirdi və bu, onda taksidermiya sənətinə ( heyvan cəsədlərinin görünüşünü itirməməsi üçün həyata keçirilən proses) həvəsinə səbəb olur. Bir az yetkinləşən Teddi heyvan mumiyaları hazırlamağı bir kənara qoyur və fiziki sağlamlığını möhkəmləndirmək üçün gimnastika və ağır atletika ilə məşğul olmağa başlayır. Daha sonra o, boks və cüdo ilə də məşğul olur. Döyüş sənətinə göstərdiyi fəal maraq onu ömrünün sonuna qədər idmanın qızğın təbliğatçısı edir.

Həqiqətən Harvarda uyğun deyildi

Enerjili və səs-küylü Ruzvelt 1876-cı ildə Harvard Universitetinə daxil olur. Amma buranın mühafizəkar mühiti, sakit həmyaşıdları onun ruhuna uyğun deyildi.. Dostunu görəndə bütün dəhliz boyu onun adını çağırırdı. Amma kobud davranışına baxmayaraq, Ruzvelt idmana olan həvəsi səbəbindən bir çox tələbələrlə dostluq edir. O həm də yaxşı oxuyurdu: məzun olanda dərs göstəricilərinə görə 161 tələbə arasında 21-ci idi.

Son dərəcə qısqanc idi

Harvardda Ruzvelt gələcək həyat yoldaşı Elis Li ilə tanış olur. Onlar nişanlanırlar və məktəbi bitirdikdən sonra evlənməyi planlaşdırıblar. Alisin pərəstişinə baxmayaraq, Ruzveltin hər hansı bir kişinin nişanlısına yaxınlaşmağa cəsarət etdiyini bilən zaman qəzəblənirdi. Bir dəfə o, poçtla bir cüt Fransız duel tapançası sifariş edir və yoldaşına yaxınlaşan istənilən şəxsi duelə çağıracağını elan edir.

Özünü fermerlikdə sınadı

Ruzvelt ən çox açıq havada - inəklər, atlar, silahlar və sonsuz Amerika torpaqları arasında rahat idi. 1883-cü ildə Dakota ştatında bizon ovlayarkən o, ərazidə mal-qara ferması açmaq ideyası ilə maraqlanır. Tezliklə o, bələdçisinin qardaşı ilə birgə biznes qurub, 14 min dollar sərmayə qoyur. O, həqiqətən də maldarlığı sevsə də, lakin otlaq saəhlərinin quruması və pis hava şəraiti böyük itkilərə səbəb olur. Ruzvelt 1898-ci ildə fermanın özünə aid hissəsini satmalı olur.
Litrlərlə qəhvə içən, yumruq zərbəsindən gözünü itirən PREZİDENTMəhsuldar yazıçı idi

Təbiət və ov həvəskarı olan Ruzvelt prezidentliyə başlamazdan əvvəl "Bir Rançerin Ov Macəraları" və "Qərbin fəthi" kimi kitablaryazır. 1884-cü ildə həyat yoldaşı və anası eyni gündə öldükdən sonra o, uzun müddət öz rançosunda qalır və burada yazıçılıqla məşğul olması onu bir növ depressiyadan çıxarır. Ruzvelt həyatı boyu yazmağa davam edir. O 60 il ərzində 35 kitab və 150.000 məktub yazıb.

Bir dəfə qayıq oğrularını təqib etdi

1886-cı ildə Ruzveltin fermasından qayıq oğurlandı və çayın aşağısına sürüldü. Qayığın qaytarılmasını şərəf məsələsi hesab edən, həm də yerli şerifin müavini olan Ruzvelt bir neçə ferma işçisi ilə birlikdə cinayətkarları təqib edir. Silahlı oğruların izinə düşmək özlüyündə təhlükəli olsa da, çayın yarı buzlu olması və soyuq hava səyahəti daha da riskli edirdi. Yolun uzun olacağını gözləyən Ruzvelt un, qəhvə yığdı və boş vaxtlarında oxumaq üçün Tolstoyun bir cildini özü ilə götürdü. Üç gündən sonra təqibçilər oğruları yaxaladılar və onları həbs etdilər. Beləliklə, Ruzvelt öz qayığını qaytarmış oldu.

Litrlərlə qəhvə içirdi

Ailəsinin dediyinə görə, Ruzveltin qəhvə fincanı vedrə ölçüsündə idi və o, hər birinə 7 qaşıq şəkər qoyurdu. O, bu içkini o qədər sevirdi ki, qəhvə hazırlayan Maxwell House şirkəti onun şəklindən bir neçə reklam kampaniyasında istifadə edib.

Prezidentliyi dövründə ölkəni tərk edən ilk ABŞ prezidenti idi

İllər boyu Panama kanalının tikintisini təşviq edən Ruzvelt, plan nəhayət reallaşdıqda onu şəxsən görmək fürsətindən yararlanır. 1906-cı ildə o, Panamaya səyahət edir və beləliklə, səlahiyyət müddəti ərzində ABŞ sərhədlərindən kənara çıxan ilk prezident olur.

Boks sevgisinə görə gözünü itirdi

Ruzveltin döyüş sənətinə olan sevgisi hətta prezident olanda da onu tərk etmədi. 1905-ci ildə, demək olar ki, 50 yaşında olanda, başqa bir boksçu ilə sparrinq keçirərkən, sağ gözünə zərbə alır. Zərbədən gözünün tor qişası zədələnir və o əhəmiyyətli görmə problemləri ilə üzləşir. Ruzveltin digər idman maraqları da var idi. Məsələn, 1902-ci ildə Ağ Evin düz yanında onun üçün tennis kortu quraşdırılmışdı.
Litrlərlə qəhvə içən, yumruq zərbəsindən gözünü itirən PREZİDENTTeodor Ruzvelt haqda daha bir neçə maraqlı fakt:

Öz sözlərinə inansaq, Ruzvelt gəncliyində barda iki tapança ilə silahlanmış bir xuliqanı nokaut edib. Həmin quliqan ehtiyatsızlıq edərək, eynək taxan Ruzvelti "dörd göz" adlandırmışdı.

Qaradərili adamı Ağ Evə ilk dəvət edən Ruzevlt olub. Onun dəvət etdiyi qonaq pedaqoq və yazıçı Buker T. Vaşinqton olub.

ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt Teodor Ruzveltin əmisi nəvəsidir.

O, Nobel Sülh Mükafatını alan ilk prezidentdir. 1904-1905-ci illər Rus-Yapon müharibəsində Rusiya və Yaponiyanın barışmasına kömək etdiyinə görə o bu ali mükafatı alıb.

Birləşmiş Ştatlar Birinci Dünya Müharibəsinə girdikdən dərhal sonra, 54 yaşlı Teodor Ruzvelt artıq onunla birlikdə cəbhəyə getmək üçün könüllülərdən ibarət bir dəstə yığmağa başladı, lakin Prezident Vudro Vilson onu müharibəyə göndərməkdən imtina etdi.

Ruzvelt Raşmor dağında təsviri oyulmuş dörd ABŞ prezidentindən biridir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1052   Tarix: 01 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

NASA Ay və Mars üçün 4 könüllü axtarır

ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq məqsədilə yeni simulyasiya layihəsinə iştirakçı qəbulu elan edib. xəbər verir ki, məlumata görə, bir il davam edəcək proqram 2027-ci ilin avqust ayında Hyustondakı Conson Kosmik Mərkəzində start götürəcək

11 iyul
.

Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb

Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd

12 iyul
.

Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər

Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini

12 iyul
.

Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı

Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə

12 iyul
.

Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək

Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub

12 iyul
.

"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək

Amerikanın "SpaceX" şirkəti iyulun 16-da "Starship" kosmik gəmisinin prototip raket daşıyıcısının yeni sınaq buraxılışını həyata keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki məlumatında bildirilir. "Starship"i

12 iyul
.

Müctəba Xamenei atasının ölümünə görə qisas alınacağına söz verdi

İranın dini lideri Müctəba Xamenei Tehranın ABŞ-İsrail zərbələrinin qurbanı olan Əli Xameneinin və digər iranlıların ölümünə görə qisas alacağına söz verib. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Müctəba Xamenei atası, keçmiş dini liderin dəfn mərasimi münasibətilə yazılı müraciətində bildirib

11 iyul
.

Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır

ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin

12 iyul
.

Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?

Avropa ölkələri yeni anomal istilərlə üzləşib. -ın xəbərinə görə, bu barədə Avropa İstilik Monitorinq Sistemi (EFFIS) məlumat yayıb. Qeyd edilib ki, iyul ayında həddindən artıq istilik səbəbindən baş verən meşə yanğınları 126 00 hektardan çox ərazini məhv edib ki, bunlardan təxminən 40%-i İspaniyanı

11 iyul