Qalaktikada yeni tip ulduz kəşf olundu
Böyük Britaniya, Braziliya, Çili, Almaniya, Cənubi Koreya və İtaliyadan olan astronomlar tez-tez püskürmələr müşahidə olunan protoulduzların tədqiqatı çərçivəsində Çilidəki Vista və VLT teleskopunda 222 ulduzun müşahidəsini apararaq, bir cəhddə 32 belə protoulduz aşkar ediblər.
Bu barədə Sonxeber.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, müşahidə olunan fərqli obyektlər bu nəticəni kölgədə qoyub. 10 il ərzində davamlı izlənən ulduzlardan 21 qırmızı nəhəng ulduzun parlaqlığının spesifik dəyişkənliyi aşkar olunub. Bu ulduzlar Yerdən 30 000 işıq ili məsafədə yerləşir və saylarının daha çox olduğu güman olunur.
Tədqiqat işinin müəlliflərindən olan Filip Lukasın sözlərinə görə, heç bir aktivlik göstərməyən bu ulduzların parlaqlığı anidən 40-100 dəfə zəifləyir. Onları hətta infraqırmızı diapazonda belə qeyd etmək çox çətin olur. Bir neçə ildən sonra isə onlar əvvəlki parlaqlığa qayıdırlar.
Fərz olunur ki, "qatı duman"a bənzər maddə atılmaları bu ulduzların ətrafında "bulud" yaradaraq parlaqlığını zəiflədir. Prosesin mexanizmi isə hələki aydın deyil. Hal-hazırda məlum olan qalaktikanın bu bölgəsində ağır elementlərin miqdarının daha çox olmasıdır ki, bu da ulduzların atmosferində daha çox toz yaradır. Əgər mülahizələr özünü doğruldarsa, belə qənətə gəlmək olar ki, bu ulduzlar bizim qalaktikada və ondan kənarda fəzanın ağır elementlərlə zənginləşdirilməsində çox mühüm rol oynayırlar. Qeyd edək ki, tədqiqat işi "Monthly Notices of the Royal Astronomical Society" jurnalında çap olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 606 Tarix: 02 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı
Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə
12 iyulOman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər
Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini
12 iyulABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb
İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb. xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. "İyulu
11 iyulFransa mediası süni intellektlə dezinformasiya yayır?
Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir. xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib. Fransız mətbuatın
12 iyulNASA Ay və Mars üçün 4 könüllü axtarır
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq məqsədilə yeni simulyasiya layihəsinə iştirakçı qəbulu elan edib. xəbər verir ki, məlumata görə, bir il davam edəcək proqram 2027-ci ilin avqust ayında Hyustondakı Conson Kosmik Mərkəzində start götürəcək
11 iyulAFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək
Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib. "Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ı
12 iyulÇində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək
Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub
12 iyulİran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib
12 iyul