İbrahim Rəisi: "İranı qorxutmağa cəhd edilərsə, sərt cavab verəcək"
"İranı qorxutmağa cəhd edilərsə, sərt cavab veriləcək".
Bu sözləri Minab şəhərində (Hörmüzqan vilayəti) çıxışı zamanı İranın Prezidenti İbrahim Rəisi deyib.
"Əvvəllər digər ölkələr İslam Respublikası ilə danışmaq istəyəndə təhdid dilindən istifadə edib, hərbi ssenari ilə qorxudurdular. İndi isə belə sözlər eşidilmir, əksinə, hamı iddia edir ki, onların İranla münaqişəyə girmək niyyətləri yoxdur".
Yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Ət-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç ABŞ hərbçisi həlak olub, 40-ı yaralanıb. Yanvarın 29-da ABŞ-yə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq zərbəyə görə Tehranı günahlandıraraq deyib ki, "İran regionda sabitliyi pozmağa davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərə hücumu davam etdirən terrorçuları dəstəkləyir". İran Xarici İşlər Nazirliyi Stoltenberqin bu açıqlamalarını tənqid edib.
Yanvarın 30-da ABŞ Prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki ABŞ hərbi bazasına hücuma cavab olaraq addımlar atmaq qərarına gəldiyini açıqlayıb. "Politico" qəzeti mənbələrə istinadən yazıb ki, hazırlanan tədbirlər arasında İraq və Suriyadakı İran qoşunlarına zərbə endirilməsi də nəzərdən keçirilir. ABC televiziyasının məlumatına görə, Bayden İrana birbaşa zərbə endirməyi məqsədəuyğun hesab etmir, çünki Yaxın Şərqdə münaqişənin kəskinləşməsi onun yenidən ABŞ prezidenti seçilmək perspektivlərini qaralda bilər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 759 Tarix: 02 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin
30 sentyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrİrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrİranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c
29 sentyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabr