"Haber Global"da Fransanın korsikadakı zülmləri barədə süjet yayımlanıb
Korsikada müstəqillik tərəfdarı olan fəalları birləşdirən "Nazione" hərəkatının Makron hökuməti tərəfindən saxlanılan iki üzvü hələ də azadlığa buraxılmayıb.
Bu barədə Türkiyənin "Haber Global" telekanalının Korsika adasındakı son vəziyyətlə bağlı hazırladığı xüsusi süjetdə qeyd olunub.
Bildirilib ki, sırf inancları səbəbilə saxlanılan hər iki fəal dünən hakim qarşısına çıxarılıb və haqlarında "terror təşkilatı ilə əlaqədə olmaq" ittihamı ilə cinayət işi açılıb: "Korsikada ötən həftə yaradılan "Nazione" hərəkatının üzvlərinin əsas məqsədi müstəqil Korsika Respublikasının yaradılmasıdır. Ancaq onlar Makron hökumətinin təzyiqi ilə üzləşirlər. İki fəal çərşənbə axşamından Parisdə saxlanılır".
Süjetdə o da diqqətə çatdırılır ki, Fransa məsələ başqa ölkələrlə olduqda insan haqlarını müdafiə edir, ancaq öz sərhədləri daxilində dəyərlərə əməl etmədən korsikalılara təzyiq göstərir.
Materialda bildirilir ki, mövcud vəziyyət fonunda "Nazione" hərəkatının üzvləri daha da fəallaşıblar.
"Korsika həmişə bu gərginliyin mərkəzində olub, çünki Korsikanın əksəriyyəti müstəqillik, bəziləri isə genişlənmiş muxtariyyət istəyir. "Nazione"də 600 fəal birləşib. Makron administrasiyası onları təqiblərə məruz qoyurlar. Evlərinə hücum edirlər, qapıları uçururlar, ataları uşaqların gözü qarşısında döyürlər, Parisə sürgün edirlər. Polis fəalların evinə qapıları sındıraraq daxil olur. "Nazione" isə bu mübarizədən əl çəkməyəcəyini bildirir. Onlar bir tərəfdən çağırışlarını davam etdirir, digər tərəfdən Fransa daxili işlər nazirinin Korsikaya gəlməsini gözləyirlər. Bu müddət ərzində etiraz aksiyaları təşkil edəcəklərini deyirlər", - məlumatda vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 578 Tarix: 03 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin
30 sentyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrİrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrİranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c
29 sentyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabr