Fransalı generalın Qafqazdakı izləri: Paris Ermənistanı Azərbaycana qarşı təxribata hazırlayır - TƏHLİL

Fransalı generalın Qafqazdakı izləri: Paris Ermənistanı Azərbaycana qarşı təxribata hazırlayır - TƏHLİLFransa Milli Jandarmasının xarici missiyalar üzrə komandanı, briqada generalı Uilyam De Meyer Ermənistana səfər edib.

Parisin bununla nəyi hədəflədiyini izah etmək üçün Fransa Milli Jandarmasının fəaliyyət və funksiyasına nəzər yetirmək lazımdır.

Rəsmi Parisin Milli Jandarmadan tələb etdiyi funksiyalar tarixi ənənələrə söykənir. Çünki Fransa Milli Jandarması Fransanın ən qədim qurumlarından biridir və əsrlər boyu ölkənin təhlükəsizlik-hüquqi sferasına cavabdehlik daşıyan varisliyə malikdir.

Milli Jandarma hərbi əməliyyatlarda iştirak etmək üçün Daxili İşlər Nazirliyinin və Xarici Ərazilər Nazirliyinin, Silahlı Qüvvələr Nazirliyinin tabeliyində olan Fransa silahlı qüvvəsidir.

O, 2009-cu ildən Daxili İşlər Nazirliyinə tabe olmasına baxmayaraq, hərbi statusunu və missiyasını qoruyub-saxlayır.

Milli Jandarmanın ədliyyə, inzibati, hərbi və xarici missiyaları mövcuddur ki, bu da Fransanın ümumi maraqlarına, ambisiyalarına faktiki və hüquqi səlahiyyətlər təqdim edən vəzifələri icra edir.

Jandarmanın iki əsas bölməsi var: Departament Jandarması və Səyyar Jandarma. Birinci - məhkəmə və polis funksiyalarını yerinə yetirir və müvafiq olaraq xüsusi tapşırıqları olan ərazi məntəqələrinə bölünür.

İkinci isə məhkəmə işləri ilə məşğul olmur, o, polisləri gücləndirmək və ya xüsusi vəzifələri yerinə yetirmək üçün hərəkət edir.

Qurumun xaricdəki fəaliyyətinə gəlincə, o, Fransa qoşunları ilə yanaşı, bəzən xaricdə yerləşdirilir.

Deməli, Fransa indi Jandarmanın ümumi məqsəd və fəaliyyətlərini Cənubi Qafqaz trayektoriyasına daxil etməyə can atır. Bu, Parisin planetar və regional miqyaslar boyunca strateji maraqlarında yaranan böhranı tənzimləmək üçün endirmək istədiyi "zərbə"lərin bir hissəsidir.

Fransa Uilyam De Meyeri Ermənistana göndərməklə Cənubi Qafqaz orbiti üzrə iki mesajı çatdırır. Birincisi, Fransa ismarış verir ki, regionda olan ambisiyalı gündəliyini hər vəchlə Ermənistanın xeyrinə dəyişmək prioritetlərini saxlayıb.

İkincisi, Fransa göstərmək istəyir ki, regionda hərbiləşmiş obraz yaratmaq səviyyəsinə qədər getməyə hazırdır.

Bu, Ermənistana hərbi məsləhətlərin müşayiəti ilə davamını gətirə bilər, yəni böyük ehtimalla Paris:
- İrəvanı Azərbaycana qarşı revanşa hazırlamaq üçün onu hərbi-taktiki izahlarına inandırmağa çalışır,

- Regionda hərbi qüvvələr yerləşdirməklə rəqibləri, o cümlədən Azərbaycan və Türkiyə qarşısına çıxmaq istəyir,

- Düçar olduğu kəşfiyyat məğlubiyyətlərinin (Azərbaycanın Fransa kəşfiyyatını ifşa etməsi - red.) ağrısını azaltmaq üçün yeni həmlələr hazırlayır.

Təbii ki, Azərbaycan cavab olaraq öz sərhədlərini təhlükəsizlik strategiyasının ən yüksək tələbləri səviyyəsində gücləndirməlidir.

Çünki İrəvanın Fransaya arxalanıb hansısa qeyri-adekvat hərəkətlər edə biləcəyi istisna deyil. Buna görə də Azərbaycan sərhəddəki mümkün təxribatlara uyğun cavab reaksiyasını ölçmək hüququna yenidən baxa bilər. Azərbaycanın bu istiqamətdəki koordinatları müəyyən etməkdən ötrü strateji müttəfiqi Türkiyə ilə intensiv təhlükəsizlik məsləhətləşmələrinə başlayacağı da istisna deyil.

Məntiqlə, Fransanın regiondakı belə aktivliyi Ermənistanda hərbi bazası olan Rusiyanı, "İrəvan uğrunda" Azərbaycanla rəqabətə getmiş İranı da narahat etməlidir.

NƏTİCƏ:

Fransanın regionda bəzi təqdimat dəyişiklikləri və yeni sıralamasını Milli Jandarma generalının Ermənistana səfəri aydın izah edir;

Bütün bunlar Fransanın Cənubi Qafqaz üzrə militarizasiya siyasətinin göstəricisidir;

Fransız generalın Ermənistana səfəri rəsmi Parisin Cənubi Qafqazda militarizasiya siyasətinin aşkar göstəricisidir;

Qərb Fransanın timsalında Ermənistan vasitəsilə Azərbaycan, Rusiya, İran və Türkiyəyə qarşı kəşfiyyat plasdarmı hazırlayır.

Mənbə: Oxu.Az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 741   Tarix: 03 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr
.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

Mədənçıxarmanın qadağan olunduğu qitənin altında nəhəng ehtiyat var: Səbəb nədir?

Qızılın mümkün mövcudluğu ilk növbədə bu qitənin geoloji keçmişi ilə müəyyənləşir. Antarktida vaxtilə Afrika, Avstraliya və Cənubi Amerika ilə birlikdə Qondvananın bir hissəsi olub. Bu regionlar isə mineral ehtiyatlarla zəngindir. Qaynarinfo "WP Tech"ə istinadən xəbər verir ki, bu səbəbdə

28 sentyabr
.

Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib

1 oktyabr
.

Tramp bu xəbərləri təkzib etdi

ABŞ Prezidenti Donald Tramp özünün Truth Social media hesabında İrana qarşı sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş vəsaitlərin dondurulmasının ləğvi təklifi ilə bağlı xəbərləri təkzib edib. xəbər verir ki, Tramp yazıb: "Axios bu yaxınlarda İrana sanksiyaların yüngülləşdirilməsini və dondurulmu

29 sentyabr