ABŞ Türkiyəyə vermədiyi "F-35"lərin saxlanmasına görə ödəniş istəyir
ABŞ Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması səbəbindən ölkəyə verilməyən "F-35" qırıcılarının saxlanması üçün Türkiyədən ödəniş almaq istəyir.
Bu barədə "Aydınlıq" qəzeti yazıb.
Belə ki, Türkiyə ödəniş etməsinə baxmayaraq Amerika tərəfi 6 ədəd "F-35A Lightning II" qırıcısını 6 ildir ki, anqarda saxlayır.
"Bu təyyarələrin hazır vəziyyətdə saxlanılmasını təmin etmək üçün hər ay texniki xidmət göstərilir. Amerika Birləşmiş Ştatları da təyyarələrin saxlanması, anqar və texniki xidmət xərclərini ödəmək üçün Türkiyədən pul tələb edir.
Eyni zamanda Vaşinqton hesab edir ki, "F-35"lərin tədarük zəncirində iştirak edən Türkiyə şirkətlərinin proqramdan kənarda qalması səbəbindən fasilələr və artan xərclər yaşanır. Odur ki, ABŞ Türkiyədən əlavə ödənişlər almaq istəyir"-, məqalədə deyilir.
Məqalə müəllifləri bildirib ki, Türkiyə hakimiyyəti də öz növbəsində ABŞ-dan Ankaranın Amerikanın beşinci nəsil "F-35" qırıcılarının alınmasına xərclədiyi 1,4 milyard dolların geri qaytarılmasını tələb edir. Hələlik mübahisədə irəliləyiş yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1035 Tarix: 04 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrDağ saniyələr içində çaya uçdu - Video
Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d
29 sentyabrABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrPentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29 sentyabrTürkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrTramp bu xəbərləri təkzib etdi
ABŞ Prezidenti Donald Tramp özünün Truth Social media hesabında İrana qarşı sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş vəsaitlərin dondurulmasının ləğvi təklifi ilə bağlı xəbərləri təkzib edib. xəbər verir ki, Tramp yazıb: "Axios bu yaxınlarda İrana sanksiyaların yüngülləşdirilməsini və dondurulmu
29 sentyabr