Sakit okeanda yoxa çıxan ilk qadın pilotun 87 il sonra QALIQLARI TAPILDI

Sakit okeanda yoxa çıxan ilk qadın pilotun 87 il sonra QALIQLARI TAPILDIAmerika aviasiyasının qabaqcıllarından olan Amelia Earhartın yoxa çıxması həmişə 20-ci əsrin əsas sirrlərindən biri olaraq qalıb. İndi "Deep Sea Vision" bildirir ki, pilotun 1937-ci ildə dünya ətrafında uçmağa cəhd edərkən yoxa çıxdığı təyyarənin qalıqlarını aşkar edib. Bu kəşf, təsdiqlənərsə, Amelia Erhartın yoxa çıxmasının sirri həll edə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Deep Sea Vision" 2023-cü ilin sentyabrından dekabr ayına qədər Sakit okeanda araşdırma aparıb.

Tədqiqatçılar qabaqcıl sonarla təchiz edilmiş sualtı drondan istifadə edərək Earhartın təyyarəsi ola biləcək obyektin görüntülərini əldə ediblər. Obyekt Holand adasından təxminən 160 kilometr aralıda, Sakit Okeanın mərkəzi hissəsində təxminən 5,5 kilometr dərinlikdə aşkar edilib.

Obyektin forması Earhart və onun naviqatoru "Fred Noona"nın son uçuşunu yerinə yetirdiyi "Lockheed Electra" təyyarəsinə bənzəyir. "Deep Sea Vision"un qurucusu Tony Romeo əmindir ki, onun komandası təxminən 9 onillikdir axtarılan Earhartın təyyarəsini kəşf edib.

Atlantik okeanı üzərində təkbaşına uçan ilk qadın pilot olan Erhart 1937-ci ildə dünya ətrafında uçmağa cəhd edərkən yoxa çıxıb. İllər ərzində onun yoxa çıxması ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb, lakin indiyədək heç bir konkret dəlil və ya təyyarənin qalıqları tapılmayıb.

"Deep Sea Vision" şirkəti bu ilin sonunda əraziyə daha yaxından nəzər salmağı planlaşdırır ki, bu, həqiqətən də Erhartın təyyarəsinin qalıqları olub-olmadığını müəyyən etsin. Bu kəşf aviasiya tarixinin ən çox gözlənilən sirlərindən birini həll edə bilər.

Tony Romeonun nikbinliyinə baxmayaraq, bəzi ekspertlər bölgə ilə bağlı əvvəlki araşdırmalara işarə edərək, şübhələrini ifadə ediblər. Bununla belə, birbaşa dəlillər təqdim edilməyincə, Earhartın təyyarəsinin tapılıb-tapılmaması və onun Sakit okeanın dibinə necə düşdüyü barədə qəti nəticə çıxarmaq mümkün deyil.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1314   Tarix: 06 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr