Bu dünyada heç bir gileyi olmayan Xalq artisti: Onun əsas qorxusu nə olub?

Bu dünyada heç bir gileyi olmayan Xalq artisti: Onun əsas qorxusu nə olub?Çərxidən yoxdur bu aləmdə mənim bir gileyim

Çünki çatmış başa hər istəyim, arzum, diləyim.

Publika.az xəbər verir ki, muğamlarımızın mahir bilicisi, ustad xanəndə, bəstəkar, musiqi sənətimizn inkişafında özünəməxsus xidmətləri olan Xalq artisti, "Şöhrət" və "Şərəf", "İstiqlal" ordenli Əlibaba Məmmədovun doğum günüdür.

Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maş­tağa kəndində doğulub. Hələ uşaqlıq illərindən onun incəsənətə meyli yaşıdları, oxuduğu məktəbin müəllim və şagirdlərinin diqqətindən yayınmayıb. Əmisi, el xanəndəsi Güləhməd Məmmədov da Əlibabanın musiqiyə həvəsini görərək ona bu istiqamətdə dəstək olmağa başlayıb. Balaca Əlibaba əmisinin iştirak etdiyi toy məclislərində Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və o dövrün bir çox məşhur xanəndələrini görür, onlarla ünisyyət qururdu. Qrammofon vallarından isə bu xanəndələrin ifalarını eşidib, öyrənirdi. Özünün dediyinə görə yaxşı tar ifa etmək bacarığı da var imiş.

Müharibə illərinə təsadüf edən, çətinliklərlə dolu uşaqlıq və yeniyetməlik dövründə ailənin böyük oğlu Əlibaba, ailəyə kömək məqsədi ilə sənət məktəbi və neft texnikumunda təhsil alsa da, neft mədənlərində növbətçi usta vəzifəsində işləyir. 19 yaşına kimi neft sahəsində işləyib ailəsinə maddi köməyini əsirgəmir. Ürəyindəki musiqi sevgisi, həvəsi isə hər keçən gün daha da çoxalır. Əlibaba bir çox klassik muğamları, təsnif və mahnıları kitablardan oxuyub-öyrəndiyi xeyli qəzəlləri düzgün diksiya və gözəl məlahətli səsi ilə ifa etməyi bacarırdı.

Elə bu istedadı onu 1949-cu ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə gətirib çıxarır. Əliyev, Şövkət Ələkbərova kimi ustad xanəndələrin çıxışlarını diqqətlə izləyir, onlardan muğamın incəliklərini ustalıqla mənimsəyir. Görkəmli pedaqoq və tarzən Əhməd Bakıxanov Seyid Şuşinskinin tövsiyəsi ilə 1956-cı ildə istedadı və muğam ifaçılığı ilə diqqət çəkən gənc xanəndəni, özünün rəhbəri olduğu xalq çalğı alətləri ansamblının müşayiəti ilə radioda "Bayatı-Şiraz" və "Rəhab" muğamlarını yazdırır. Bu ifalar xanəndəyə düşərli olur, uğur qapılarını onun üzünə açır.

Əlibaba Məmmədov 1954-cü ildən başlayaraq mahnı və təsniflərin muəllifi kimi tanınmağa başlayır. O, ilk bəstəsi olan "Hümayun" təsnifini Asəf Zeynallı adına musiqi məktəbində oxuyarkən qələmə alır. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi "Rast", "Şur", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" muğam dəstgahları musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Ustad xanəndə 100-dən artıq mahnı, təsnif, rəng, dəraməd bəstələyib.

Əlibaba Məmmədov az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, Məhəmməd Füzuli, Əliağa Vahid, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə ürəklərə yol tapa bilib.

Ömür deyir qocalmısan,

Ürək deyir yaşa, hələ...

Və ya

Şair, sorma, vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm, dastana döndü...

Bu mahnıların hər biri dillər əzbəridir bu gün . Elə sabah da belə olacaq. "İnandır məni", "Yaşa hələ", "Mənim Azərbaycanım", "Müxalif təsnifi", "Şur təsnifi", "Vətən yaxşıdır"... xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası sevilərək dinlənilən möhtəşəm musiqi inciləridir.

Əlibaba Məmmədov sənətə qədəm basdığı ilk gündən ömrünün sonuna qədər öz dəst-xətinə və ifa üslubuna sadiq qaldı. "Muğam millətin ruhudur. Ruhu heç vaxt öldürmək mümkün deyil", dediyi sözləri ilə tarix yazmağı bacardı.

Müsahiblərinin birində deyirdi:

"Mən ölümdən qorxmuram! Mənim qorxum odur ki, dünyadan köçüb gedəndən sonra musiqiləri, muğamları eşidə bilməyəcəyəm".

Özü bu dünyadan köçdü, cismani aramızdan ayrıldı. Bir dastana sığacaq sənəti, ifaları, bəstələri, özündən sonra yetişdiriyi tələbələri onu hər zaman yaşadacaq, necə ki, indi yaşayır...


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1487   Tarix: 06 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr