Allahşükür Paşazadəyə, Alim Qasımova papaq tikib - Ona ən çox pulu kim ödəyib?
"Bugünkü gündə papağa, papaqçılığa tələbat, həvəs azdır. Bir neçə il əvvəl ayda 50 papaq tikirdimsə, indi 25 papaq tikirəm. Hazırda 3 şagirdim var, oğlum da papaqçıdır. Amma iş yaxşı olanda 6-7 şagirdim olurdu. Belə başa düşürəm ki, papağa marağım azalması həm də insanların maddi vəziyyətinin aşağı olması ilə bağlıdır. Çox insan köhnə papağını yamatdırmağa gətirir. Yenisini almaq istəyənlər azdır. Mənim elə müştərilərim var idi ki, yaxşı, bahalı papaqlar alırdılar. Son vaxtlar gəlib deyirlər ki, "Sədi usta, münasib qiymətə olanını ver". Həm də bu gün başına papaq qoyanlar azalıb. Çox insan müasir papaqlardan istifadə edir. Papaq bizim qədim baş örtüyümüzdür, bunu unutmaq olmaz".
Bunu Moderator.az-a açıqlamasında 30 ildən çoxdur ki, papaqçı işləyən Sədi Xalayev deyib.
"Papaq tikmək üçün müxtəlif növ dərilərdən istifadə edirik. Bu dərilər "qaragül" adlanır. Birinci növ "əntik-gümüşü", ikinci növ "qəhveyi-sur", 3-cü "boz-gümüşü", 4-cü növ isə qara rəngli dəridir. Ən münasib qiymətə olan dəri də qara rənglidir. Qara rəngli papaqların qiyməti 60-100 manat arası dəyişir. Qəhvəyi, boz-gümüş rəngli papaqların qiyməti 150-200 manat arasıdır. "Əntik-gümüşü" rəngli papaqların qiyməti isə 350-400 manat arasıdır. Papaqların materialı da bahalaşıb. Bəlkə də alıcılıq qabiliyyətinin aşağı düşməsi də qiymətin baha olmasındadır. Bəzən elə olur ki, papaq bir dəridən yox, iki rəng dəridən tikilir. Belə olan halda papağın qiyməti də yüksək olur" - deyə papaqçı qeyd edib.
Papaqçı bildirib ki, bir çox tanınmış, ictimai-siyasi xadimlər üçün papaq tikdirib.
"2 həftə öncə millət vəkili Adil Əliyev üçün papaq tikmişəm. Çox xoşuna gəldi, papaq da ona yaraşdı. Dərini də özü seçmişdi. Bir il əvvəl xalq artisti Alim Qasımova, aşıq Əhlimana papaq tikmişəm. Müdafiə Nazirliyinin ali zabitlərinə, yüksək rütbəli şəxslərinə də papaq tikirəm. Ən çox pul ödəyən aşıq Əhliman olub. Çünki o hündür papaq qoyur, bu da iki dəridən ərsəyə gəlir. 2016-cı ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə üçün də papaq tikmişəm. İdarənin işçiləri mənə zəng vurub dedilər ki, şeyxülislama 59 ölçüdə papaq lazımdır. Mən də həmin ölçüdə gözəl dəridən bir papaq tikdim. Sonradan öyrəndim, dedilər ki, şeyximiz həmin papağı çox bəyənib" deyə papaqçı Sədi Xalayev deyib.
Sədi Xalayev qeyd edib ki, papaqlarının satışının təşkil olunmasına ehtiyac var.
"ABAD-la işləyirəm, onlar mənim papaqlarımın satışını təmin edirlər. Amma son vaxtlar onlarda da satış azalıb. 4 ay bundan əvvəl 10 ədəd papaq vermişəm, hələ də satılmayıb. Ondan əvvəlkilər də heç satılmayıb. İş çox zəifləyib. Sərgilər olsaydı işlərim yolunda gedərdi, vəziyyətim yaxşılaşardı. Ümid edirəm ki, bu sahədəki böhranlı vəziyyət tezliklə aradan qalxacaq və xalqımız milli dəyəri, qeyrət rəmzi olan buxara papaqlardan daha çox istifadə edəcək" deyə papaqçı bildirib.





Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1847 Tarix: 06 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrAlimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər
Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy
17 oktyabrAdları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı
Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə
16 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrYataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabr