Hərrac tarixində ən qeyri-adi əşya gözlənildiyindən iki dəfə baha satıldı
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin (1874-1965) diş protezi hərracda 18 min funt-sterlinqə (38 min manat) satılıb.
Bu barədə auksionun təşkil olunduğu "The Cotswold Auction Company"dən xəbər verilib.
Bildirilib ki, Çörçill 4 iyun 1940-cı ildə nasist Almaniyası ilə döyüşməyə hazır olması haqqında məşhur nitqi zamanı bu protezdə olub.
Qeyd edək ki, siyasətçi bütün həyatı boyu dişlərində ciddi problemlər yaşayıb. Onların bəzilərini hətta 20-30 yaşları arasında itirib. Çörçillin üzərində həmişə dörd ehtiyat protezi olub.
Hərrac zamanı lotun yekun qiyməti ilkin qiymətini iki dəfədən çox üstələyib.
Xatırladaq ki, auksion evi Çörçillin qoyma dişlərini indiyə qədər satışa çıxarılan ən qeyri-adi əşya adlandırıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1245 Tarix: 08 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Quşun pəncərəyə çırpılması nə deməkdir? - Xalq inancları
Pəncərəyə qəfil çırpılan və ya döyən quş hər kəsin diqqətini çəkən hadisələrdən biridir. Qədim dövrlərdən bəri insanlar bunu xüsusi əlamət hesab edib və müxtəlif cür yozublar. Bəziləri bunun xoş xəbərlərin müjdəçisi olduğuna, digərləri isə həyatdakı dəyişikliklərdən xəbər verdiyinə inanıb. bu inacl
12 iyulDostuna verdiyi toy hədiyyəsi təəccüb doğurdu - VİDEO
Türkiyənin Osmaniyə vilayətində keçirilən toy mərasimində bəyə təqdim olunan qeyri-adi hədiyyə həm qonaqların, həm də sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. xarici mediaya istinadla xəbər verir ki, hədiyyə mərasimi zamanı qırmızı lentlərlə bəzədilmiş quzunu qucağında zala daxil olan bəyi
14 iyulUşaq niyə ən çox anasına aqressiya göstərir?
Uşağın anasını vurması onun sevgisiz və ya qəddar olması anlamına gəlmir. Ölkə.az -a istinadən xəbər verir ki, psixoloq Aleksandra Qrajdanın sözlərinə görə,bu davranış çox vaxt uşağın idarə edə bilmədiyi emosional gərginliyin nəticəsidir. Mütəxəssis bildirir ki, azyaşlılar hisslərini ifadə etməkdə çətinli
13 iyulEv termometriniz niyə yanlış temperatur göstərir? -SƏBƏB
Bu günlərdə bir çox insan eyni sualı verir: niyə telefonda göstərilən temperatur, avtomobilin göstəricisi və evdəki termometr bir-birindən fərqlənir? Bu məsələyə aydınlıq gətirən meteoroloq bildirib ki, səbəb sinoptiklərin səhvi deyil, temperaturun ölçülmə üsullarındakı fərqlərdir. xarici mediaya istinadə
12 iyulƏlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət
Həkimlər xəbərdarlıq edirlər ki, barmaqların hərəkətində yaranan bəzi dəyişikliklər təhlükəli xroniki xəstəliyin ilk əlamətlərindən biri ola bilər. Mütəxəssislərin sözlərinə görə, barmaqları tam açmaqda çətinlik, ağrı və onların ovuc istiqamətində öz-özünə bükülməsi gizli şəkərli diabetdən xəbər ver
12 iyulMisirdə 3000 illik məqbərə aşkarlandı
Leyden Universitetinin niderlandlı arxeoloqları Misirin cənubundakı Əl-Üksür şəhəri yaxınlığında qədim məqbərə aşkar ediblər. bildirir ki, bu barədə "Le Figaro" nəşri yerli hakimiyyət orqanlarının bəyanatına istinadən xəbər verir. Məlumata əsasən, söhbət Qurna ərazisindəki Fiva nekropolund
14 iyulAta və iki qızı dənizdə öülmlə burun-buruna gəldi - VİDEO
Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda sərinləmək üçün dənizə girən ata və iki qızı təhlükəsizlik üçün qoyulan şamandıraların kənarına keçdikdən sonra axına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən ətrafdakı vətəndaşlar və sahildəki əməkdaşlar dərhal müdaxilə edərək ailən
13 iyul