Təbrizdə erməni konsulluğu təxirə düşdü - geri addımın gizlinləri...

Təbrizdə erməni konsulluğu təxirə düşdü - geri addımın gizlinləri...Sabir Rüstəmxanlı: "Çətin ki, planlarından vaz keçsinlər, indiki halda Azərbaycanla münasibətləri gərginləşdirmək istəməyiblər"

2023-cü il dekabrın 27-də İrəvanda bir araya gələn İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə Güney Azərbaycanın Təbriz şəhərində Ermənistanın konsulluq açacağı rəsmən bəyan edilmişdi. İran xarici işlər naziri Hüseyn Abdullahian bu xüsusda danışarkən yanvarın ilk həftələrinin Ermənistan konsulluğunun açılış tarixi kimi qeyd ediləcəyini söyləmişdi.

Az sonra - yanvarın 1-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani konsulluğun açılması ilə bağlı açıqlamasında Ermənistan və İran arasında əvvəllər imzalanmış ikitərəfli sazişlərin olduğunu vurğulamışdı. "Bu müqavilə çərçivəsində erməni tərəfi Təbrizdə öz baş konsulluğunu açacaq", - demişdi. Artıq fevral olsa da, erməni konsulluğunun Təbrizdə açılmasının şahidi olmadıq. Bəs ləngimənin səbəbi nədir? Güney Azərbaycan əhalisinin sərt təpkisi, yoxsa Bakı ilə münasibətlərdə əlavə gərginlik yaratmamaq istəyi? Mümkündürmü ki, Azərbaycan səfirliyi Tehranda öz işini bərpa edəndən sonra Ermənistanın konsulluğu da açılsın? Xatırladaq ki, rəsmi Tehran uzun illər Təbrizdə Azərbaycanın konsulluq açmaq müraciətinə cavab verməyib və icazə çoxsaylı bürokratik danışıqlardan sonra mümkün olub.

Yeri gəlmişkən, səfirliyimizə hücum edən terrorçu Yasin Hüseynzadə barəsində edam hökmü çıxarılıb. Ancaq bu da azdır, cinayətin sifarişçiləri üzə çıxarılmayıb. Bununla belə, Bakı-Tehran xəttində müəyyən yumşalma var və İran Azərbaycanla əlaqələri yenidən korlamamaq üçün erməni konsulluğunun açılmasına tələsmir. Hətta heç vaxt açılmayacağı da istisna deyil. Ən yaxşı halda Tehranda fəaliyyət göstərməsi mümkündür. Çünki Təbrizdə erməni konsulluğuna ehtiyac yoxdur. Üstəlik, Tehran rejimi anlayır ki, hər zaman inqilabların, üsyanların beşiyi olmuş bu qədim Azərbaycan şəhərinin əhalisi həmin konsulluğun binasının açılmasına imkan verməyə, hətta yandıra bilər. O baxımdan Ermənistanın arzusu qursağında qala bilərmi?

Xatırladaq ki, 2021-ci ildə iki tərəfin xarici işlər nazirləri ilə keçirilən sammitdə qarşılıqlı konsulluqların açılması qərara alınıb. İlk addımı İran atıb. 2022-ci ilin oktyabrında Ermənistanın Qafan şəhərində İran konsulluğu fəaliyyətə başladı. İranın konsulluq üçün üstünlük verdiyi Qafan şəhərinin düz Azərbaycan sərhədində yerləşməsi diqqət çəkdi. Növbə erməni tərəfindədir. Ermənistan da İranda baş konsulluq açır. İranın Ermənistandakı səfiri Mehdi Sübhani də Ermənistan dövlət televiziyasına bildirib ki, Ermənistanın Təbrizdə baş konsulluq açması iki ölkə arasında sərhəd əlaqələrini gücləndirəcək və ikitərəfli ticarətə töhfə verəcək. Azərbaycanın Qarabağ qələbəsindən sonra işğal olunmuş torpaqlarını geri almasına toxunan İran səfiri demişdi ki, "Biz regionumuzda sərhəd dəyişikliklərinin əleyhinəyik. "Sərhədin dəyişdirilməsi bizim üçün İranda ən yüksək səviyyədə elan edilmiş "qırmızı xətt"dir və heç kim bizi bu münasibətdən çəkindirə bilməz". İran əhalinin 95%-i türk olan əyalətdə deyil, başqa bir şəhərdə konsulluq açmaq üçün yer tapmalıdır. Amma sanki qəsdən insanların heysiyyətinə toxunurlar...

Sabir Rüstəmxanlı məmurlardan ŞİKAYƏTLƏNDİ

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı "Yeni Müsavat"a açıqladı ki, İranın Təbrizə, Azərbaycana münasibətdə dərin planları var: "Onlar azərbaycanlıları daha da assimilyasiya etmək arzusundadırlar. Ona görə çətin ki, Təbrizdə erməni konsulluğunun açılması planlarından vaz keçsinlər. Amma indiki halda, Azərbaycanla münasibətləri gərginləşdirmək istəməyiblər. Görünür, Tehranda səfirliyimizin fəaliyyətinin bərpası gözlənilir deyə İran bunu indi etmək niyyətində deyil. Üstəlik, dövlət orqanlarında nə qədər farslaşmış türk olsa da, onların da bu məsələyə narazılığını görmüşük. Bunu da nəzərə alırlar. Hər halda, son sözü Təbriz camaatı deməlidir, lazım olsa, küçələrə çıxmalıdırlar. Təbriz əhalisi 30 il torpaqlarımızı işğal etmiş düşmən ölkənin bu şəhərimizdə konsulluq açmaq planlarına etiraz etməlidir".

S.Rüstəmxanlı bildirdi ki, Təbrizdə erməni konsulluğu açmaq istəyi əsəblərimizi pozmaq planıdır: "Eyni zamanda burada siyasi oyunlar var. Məsələn, Gorusda Rusiya, İran və Fransa konsulluqları kimə lazımdır? Bunlar siyasi oyunlardır. İran da bu silsilə oyunlardan birini həyata keçirməyə çalışacaq. Bu gün İran həm də Yaxın Şərqdə başladığı siyasi oyunun içindədir: İranın hərbi bazaları Suriya və İraqda vurulur, buna cavab verməyə çalışırlar, regionda bir qarşıdurma mühiti var... Yəni bizim düşündüyümüz kimi, heç də Qərb İrana qarşı deyil. Sadəcə, ərəb ölkələrinin birləşməsinə imkan verməmək üçün İran bu qüvvələri zahirən özünə qarşı yönəldir. Bir yandan İsrail və Fələstin savaşında iştirak edir, bir tərəfdən HƏMAS-a dəstək verir, o cümlədən də Yaxın Şərqdəki terrorçu təşkilatları müdafiə edir, bununla arxayınlaşır ki, İran vurulmayacaq".

Mənbə: musavat.com


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 895   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq

Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n

29 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

326 kitab mağazası, 900-ə yaxın ədəbi tur: Kitabsevərlər üçün dünyanın ən yaxşı şəhəri

Romanın çoxsaylı tarixi və ədəbi məkanları onu kitabları və kitabla bağlı hər şeyi sevənlər üçün ən yaxşı istiqamətə çevirib. Qaynarinfo-nun məlumatına görə, "Travel + Leisure" yazır ki, bunu səyahətçilər üçün mobil internet xidmətləri göstərən "Holafly" şirkətinin hazırladığı yen

28 sentyabr
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29 sentyabr
.

Rus ordusu Xarkovun 3 kəndini işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nesternoye, Rublenoye və Vısokoya Yaruqa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

1 oktyabr
.

Rusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba

30 sentyabr
.

İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb

İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl

30 sentyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr