Dağıntılar altından verdiyi cavabla hər kəsi güldürən şəxs: "Qəbirdən də ensiz yerdə qaldım" - VİDEO

Dağıntılar altından verdiyi cavabla hər kəsi güldürən şəxs: "Qəbirdən də ensiz yerdə qaldım" - VİDEOTürkiyədə baş verən dəhşətli zəlzələ zamanı dörd gün dağıntılar altında qalan və bu müddəti telefonunun kamerasına qeydə alan Ahmet Erol Yılmaz hadisədən bir il sonra yaşadıqları barədə danışıb.

Onun sözlərinə görə, zəlzələ baş verəndə su içmək üçün yerindən durubmuş:

"Sarsıntı başladı, yerə çökdüm. Düşündüm ki, mənimki elə bura qədərmiş. Zəlzələ məni yeddi metr uzağa atdı. Hər şey darmadağın oldu. Dörd gün qəbirdən də dar yerdə qaldım. Neçə gün keçdiyini bilmirdim, gecə ilə gündüz bir-birinə qarışmışdı", - deyə Yılmaz baş verənlər barədə danışıb.

O son anları yaddaşlarda qalsın deyə özünü telefonla çəkdiyini vurğulayıb.

"Telefonun cibimdəydi. Zəlzələdən 5-10 dəqiqə keçəndən, toz-duman yatandan sonra telefonumu çıxardım. Baxdım ki, dalğa tutmur. Mən də özümü çəkməyə başladım" - deyə o, bildirib.
Zəlzələdən bir il keçməsinə baxmayaraq Yılmaz həyatında problemlərin davam etdiyini deyib.

"Altı dəfə ayağımın amputasiyası riski ilə üzləşdim. Zəlzələdən sonra zəlzələni yaşadım. Zəlzələdəki təkanlardan deyil, ondan sonrakı sarsıntılar problem yaşatdı. İndiyə qədər iki dəfə əməliyyat keçirmişəm. İndi yenidən əməliyyat olacam. Yeriyə bilmirəm, qısa məsafələri də əsa ilə gedirəm. İşləmək, nəsə etmək mümkünsüz hala gəlib", - deyə Yılmaz bildirib.

Xatırladaq ki, Ahmet Erol Yılmaz dağıntılar altında onu çağıranlara gülməli cavabı ilə gündəm olmuşdu. Belə ki, xilasedici onu adı ilə çağırır, bu da cavab verir ki, burdayam, ikinci dəfə çağırırlar, yenə deyir burdayam, üçüncü dəfə çağıranda isə gülməli cavab verib, bununla da Türkiyədə məşhurlaşır. (oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1541   Tarix: 13 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr