Həyat yoldaşına özünü hədiyyə aparan Xalq artisti: Onun son rolu elə möhtəşəm alınmışdı ki...

Həyat yoldaşına özünü hədiyyə aparan Xalq artisti: Onun son rolu elə möhtəşəm alınmışdı ki...Bu yazını yazmaq nə qədər qürur hissi versə də, bir o qədər də məsuliyyət hissi yaradır. Çünki bu gün sənət müəllimimdən yazacam - yerişi, duruşu, baxışı, amiranə səsi, yaraşıqlı görünüşü və bütün bu sadaladıqlarımı peşəkar aktyor istedadı ilə tamamlayan Xalq artisti, böyük sənətkar Əliabbas Qədirovdan.

Publika.az xəbər verir ki, bu gün aktyorun doğum günüdür.

İl 2004. Məkan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. 4-cü mərtəbə. "Dram və kino aktyorluğu" fakültəsi. Qrupda 12 tələbə idik. İlk tanışlıq günümüz idi. Adımızı öyrənir, bir-birimizi yaxından tanımağa çalışırdıq. Fakültəmizin dekanı Ötkəm İsgəndərov bizim sinfə daxil olub kimin qrupuna düşdüyümüzü dedi. Sənət müəllimimizin Xalq artisti Əliabbas Qədirov, səhnə danışığı müəllimimiz isə Əməkdar artist Azad Şükürov olacağını bildiridi.

İndi adama adi gələ bilər, amma o vaxt hər şey yuxu kimi idi. Bu günə qədər yalnız ekran qarşısında izlədiyimiz aktyorlar bizimlə hər gün ünsiyyətdə olacaq, dərs keçəcəklər... 20 il... İndi o tarixdən 20 il keçir, İlahi... Adamın gözləri yaşarır...

Onunla ilk tanışlığımız belə başladı

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri yaxşı bilər, dərs otaqları fərqli olur, sanki kiçik səhnəni xatırladır. 12 tələbə oturub otaqda aktyor sənəti müəllimimizi gözləyirik. Qapı açılır, səliqəli kostyumda, şux qamətlə, bir az da özünəməxsus zəhmlə Əliabbas müəllim içəri daxil olur. Heç yadımdan çıxmaz, elə həyəcanlı idim. Nədənsə ondan çəkinirdim... Ayağa qalxdıq, salamlaşdıq və oturduq. İlk gündən necə tanıdıqsa, son gününə kimi də elə qaldı yaddaşımızda Əliabbas müəllim. Tələbkar idi, sənətin sirlərini ən xırda nöqtəsinə kimi tələbəsinə öyrədirdi və səndən də tələb edirdi ki, hər bir nüansa diqqət edib, olduğu kimi mənimsəyəsən. Bir sözünü heç vaxt iki etməzdik. Nəyi necə deyirdisə, elə də edirdik. Çox gözəl müəllim idi. Hamımız sevirdik onu. Elə gözəl, səliqəli geyinər, qoxusu özü gedəndən sonra belə otaqdan çəkilməyən ətir vurar, həmişə də cibindən ütülü, şax dəsmalını çıxarıb alnını silərdi... Əliabbas Qədirov həm də əsl Azərbaycan kişisinin ən bariz nümunəsi idi. O, bizə həm də teatrı sevdirdi. Qeyd edim ki, Əliabbas Qədirov 2001-ci ildən Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışırdı. Hər gün dərsdən çıxıb axşam saat 7-də özümüzü Akademik Milli Dram Teatrının tamaşalarına çatdırırdıq. Teatra elə daxil olurduq, elə bil öz evimizdir. Bizə bu güvəni də məhz Əliabbas müəllim vermişdi. Biz axı onun tələbələri idik. Qapıda dayanan işçidən zalda tamaşaçılara nəzarət edən işçilərə kimi hamı bizi yaxşı tanıyırdı.
Həyat yoldaşına özünü hədiyyə aparan Xalq artisti: Onun son rolu elə möhtəşəm alınmışdı ki...Əliabbas müəllim həmişə deyərdi ki, bir işi ya layiqincə edin, ya da heç etməyin. Başqasının yerini tutmayın. Ona görə də onun dərsinə (özü də sənət dərsləri iki qoşa saat keçirilirdi) həmişə böyük məsuliyyətlə hazırlaşardıq. Düz iki il aktyor sənətinin incəliklərini bizə sənətkarcasına öyrətdi Əliabbas müəllim. Biz ondan təkcə sənət dərsi öyrənmədik. O, həm də mərdlik, dürüstlük, kişilik, insanlıq, ədalət dərsi keçdi tələbələrinə. Bizi həmişə ruhlandırdı, özümüzü kəşf etmək üçün əlindən gələni etdi. Həmişə belə deyirdi: Həyatda öz işinizi görün, zaman hər kəsə öz qiymətini verəcək.

Və biz - Elnur, Hikmət, Vahid, Elgün, İltifat, Lamiyə, Vüqar, Emil, Sənubər, Ceyhunə, Pəri, Lamiyə və mən Əliabbas Qədirovun sonuncu tələbələri olaraq tarixdə qaldıq... Əliabbas Qədirov bütün ömrünü Azərbaycan teatr və kino sənətinə həsr edən, təqdim etdiyi hər bir obrazının peşəkar aktyor kimi haqqını verən, hər rolunu sözün bütün mənasında tamaşaçısına sevdirməyi bacaran sənətkar idi.

Sənətkar "Xəyyam"da Yusif, "Zamanın hökmü"ndə Pronya, "Xırs quldurbasan"da Vəli, "Darıxma, ana!"da Givi, "Mahnı dağlarda qaldı"da leytenant və Nicat, "Aydın"da İlyas, "Şöhrət və ya unudulan adam"da fotoqraf, "Məhəbbət əfsanəsi"ndə Şərif, "Xurşidbanu Natavan"da Seyid Hüseyn, "İblis"də Vasif, "Kimdir haqlı?"da Rəşad, "Büllur sarayda"da Həbib, "Biganələr oteli"ndə diş həkimi, "Torpağa sancılan qılınc"da Qazan xan, "Şeyx Xiyabani"da Şirzad, "Mənsiz dünya"da Mirzə Şəfi, "Sevgililərin cəhənnəmdə vüsalı"nda Mircəfər Bağırov, "Tənha iydə ağacı"nda Kərim bəy, "Sənsiz"də Tərlan, "Əcəb işə düşdük"də Misirxanov, "Kral Lir"də Qraf Qloster, "Hökmdar və Qızı"ında İbrahim xan, "Özümüzü kəsən qılınc"da ("Göytürklər") Qara xaqan, "Ulduz, yaxud "Ədirnənin fəthi"ndə Ənvər kimi yadda qalan obrazlarla adını qızıl hərflərlə teatr tariximizə yaza bildi.
Həyat yoldaşına özünü hədiyyə aparan Xalq artisti: Onun son rolu elə möhtəşəm alınmışdı ki...Əliabbas Qədirovun çoxşaxəli yaradıcılığının bir qolunu da televiziya təşkil edirdi. Aktyor Azərbaycan Dövlət Televiziyasında bir çox tamaşalarda çəkilib. "Laçın yuvası", "Təkan", "Atayevlər ailəsi", "Hacı Qara", "Bəxtsiz cavan", "Duel", "Qəbula gələn sonuncu adam" tamaşaları televiziyanın "Qızıl fond"unda bu gün də saxlanılır.

Həmçinin, aktyor uzun illər "Məşəl" verilişinin aparıcısı olub. Dramatik aktyor olan sənətkar hətta "Komediyalar aləminə səyahət" verilişini də aparıb. Azərbaycan kinosuna da Qədirov imzasını ata bilib Əliabbas müəllim. Kinoda ilk işi 1972-ci ildə çəkildiyi "Xatirələr sahilində" filmində İmran Zahidov rolu olub. Sonralar "Nəğmə dərsi"ndə Ata, "Nə yaxşı ki, dünyada Səməd Vurğun var"da Vaqif, "Bizim evin kişisi"ndə Mansur, "Qızıl uçurum"da Cəlil, "Qocalar"da Fəriz, "Babək"də Fəzl, "Dənizdən işarə"də Sultanov, "Sevinc buxtası"nda Nazimi sevdirib kinosevərlərə.

Xalq artisti, görkəmli kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb sənətkar. Teatr və kino yaradıcılığındakı xidmətlərinə görə 1982-ci ildə Əməkdar artist, 1989-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Həyat yoldaşına özünü hədiyyə aparan Xalq artisti: Onun son rolu elə möhtəşəm alınmışdı ki...İl 2006... Bizim sevimli sənət müəllimimiz leykemiya xəstəliyindən əziyyət çəkirdi. Bir dəfə dərsə gəlmədi. Eşitdik ki, xəstəxanadadır. Dərsdən sonra yığışıb yanına getdik. O zaman ona qan vermək lazım idi və biz sevimli müəllimimizə sevərək qanımızı verdik. Onun bizim üzərimizdəki haqqını az da olsa ödəmək, müəllimimizi yenidən ayaqda görmək üçün hər şeyə hazır idik...

Amma həyat heç də hamıya həmişə ədalətli davranmır. Nə bilim, bəlkə də var bir bildiyi... Əliabbas müəllim 60 yaşında, martın 8-də dünyasını dəyişdi. Məncə, bu gediş təsadüfi deyildi. Canından çox sevdiyi, bir müddət əvvəl vəfat edən həyat yoldaşına özünü hədiyyə apardı bəlkə də. Kim bilir... Və nə qədər ağır səslənsə də, məhz elə həmin gün mənim sənət müəllimim gözümdə daha çox böyüdü. O, hər kişinin edə bilməyəcəyi işi etmişdi...
Həyat yoldaşına özünü hədiyyə aparan Xalq artisti: Onun son rolu elə möhtəşəm alınmışdı ki...Əliabbas Qədirovun son rolu dramaturq Əli Əmirlinin "Mesenat" əsərindəki Hacı Zeynalabdin Tağıyev obrazı oldu. İlahi, necə möhtəşəm, necə böyük görünürdü bu obrazda, bu geyimdə, bu qrimdə müəllimim. Möhtəşəm idi o tamaşada Əliabbas Qədirov. Tamaşada onun Xalq artisti Sənubər İsgəndərli ilə məşhur bir monoloqu heç yadımdan çıxmaz...

- Necəsən, qoca?

- Hə, gəldin? Çox ləngisən də, tanıdım səni...

- Bu fani dünyanın ləzzətindən ayrılmaq çoxmu çətindir?

Yox, əsla yox, çətin deyil... Dediyin bu fani dünyada mən 100 ildən çox yaşadım. Özümü xoşbəxt, firavan, işli-güclü gördüm. Heç kəsə möhtac olmadım. Haqqa tapındım, əl açanları paysız qoymadım. Rəbbim mərhəmətini artırdıqca, ruhum təzələndi, cavanlaşdı, bədənimin əsarətindən çıxdı... Mənim ruhum nimdaş, köhnəlmiş cismimə vida edir... Cismimlə vidalaşır. Görürsən işığı? Necə çəkib aparır ruhumu...
Həyat yoldaşına özünü hədiyyə aparan Xalq artisti: Onun son rolu elə möhtəşəm alınmışdı ki...O obrazı, obraz da onu tamamlayırdı. Elə bil bu rol məhz onun boyuna biçilmişdi. Bəlkə də son tamaşası, son rolu olduğu üçün belə idi, bilmirəm. Bir onu bilirəm ki, onun kimi sənətkar, insan, mərd adam az-az doğulur.

Ruhunuz şad, doğum gününüz mübarək olsun, sənət və həyat müəllimim.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1572   Tarix: 14 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr