ABŞ-də ağıllı sırğalar hazırlandı
Vaşinqton Universitetinin alimləri sağlamlıq göstəricilərini toplamaq üçün nəzərdə tutulmuş yeni geyilə bilən texnologiya növü üçün konsepsiya hazırlayıblar.
"Ölkə.az" xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilir.
Mütəxəssislər qulaq dibinə taxılan və müxtəlif məlumat toplamaq qabiliyyətinə malik ağıllı sırğalar hazırlayıblar. İlk növbədə cihaz istifadəçinin və ətraf mühitin temperaturunu qeyd edəcək. Əldə edilən məlumatlar stress, xəstəlik, idman, yemək vərdişləri və ya qadınların sağlamlıq meyllərini izləmək üçün faydalı olacaq.
Layihənin müəllifi, aspirant Qiuyue Xuenin sözlərinə görə, universitetin alimlərinin ixtira etdiyi sırğalar, adətən biləkdə taxılan ağıllı saatlar və fitnes-trekerlərdən daha dəqiq həyati əlamətlər haqqında məlumat toplayır. Bunu altı könüllünün iştirak etdiyi araşdırma da təsdiqləyib.
Bildirilib ki, ağıllı sırğalar bir dəfə şarjla 28 günə qədər işləyə bilir, cihaz məlumatları "Bluetooth" vasitəsilə smartfona ötürür.
Mütəxəssislərin fikrincə, gələcəkdə onlar avtonomiya problemini tamamilə həll edəcəklər: qurğu günəş və ya kinetik enerjidən istifadə etməklə enerji ilə doldurulacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 741 Tarix: 14 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Honkonqda həbsxanaya kiberhücum: Minlərlə əməkdaşın məlumatı təhlükədə
Çin Xalq Respublikasına tabe olan Honkonq Xüsusi İnzibati Bölgəsinin İslah Xidmətləri Departamenti daxili məlumat bazasına kiberhücum edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb. Məlumata görə, kiber cinayətkarlar təxminən 7 minə yaxın fəaliyyətd
29 martŞahzadə İzabella əsgər gedir
Danimarkada qadınlar üçün məcburi hərbi xidmət tətbiq olunduqdan sonra Şahzadə İzabella tarixi bir qərar verib. "Qafqazinfo"nun məlumatına görə, yeni qanunlara əsasən, 18 yaşlı şahzadə hərbi xidmətdən azad edilmədən orduda xidmət edəcək. Şahzadə 2026-cı ilin avqustunda Slagelsedəki Mühafiz
1 aprelSonuncu həmtəsisçi də Maskın süni intellekt startapını tərk etdi
Amerikalı sahibkar İlon Maskın yaratdığı "xAI" startapını sonuncu həmtəsisçi də tərk edib. "Business Insider"ə istinadən xəbər verir ki, şirkətdə prioritetlərin koordinasiyasına və ümumi fəaliyyətə nəzarət edən Ross Nordin vəzifəsindən ayrılıb. Məlumata görə, Nordin 2023-cü ildə "xAI"ni
29 mart"Möhtəşəm yüz il" yenidən çəkiləcək
"Möhtəşəm yüz il" serialı 12 ildən sonra yenidən ekranlaşdırılacaq. Axşam.az xəbər verir ki, serial bu dəfə "Aşk ve taht" ("Eşq və taxt") adı altında lentə alınacaq. Hələlik layihədə kimlərin rol alacağı bəlli deyil. Qeyd edək ki, sözügedən serial ilk dəfə 2011-2014-cü illərd
2 aprelYerdə bu tarixdə maqnit qasırğası gözlənilir
Günəşdə baş verən güclü partlayış nəticəsində yaranan plazma buludu çərşənbə axşamı axşam saatlarında Yerə çatacaq. Bu isə maqnit qasırğasına səbəb olacaq. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. Bildirilib ki
31 martPaşinyan yenidən Baş nazir postuna namizədi oldu
Ermənistanda "Vətəndaş müqaviləsi" partiyasının daxili səsvermənin iki mərhələsinin yekunları açıqlanıb. Qaynarinfo-nun məlumatına görə, bu barədə Paşinyan sosial şəbəkələrdə yazıb. Baş nazir bildirib ki, səsvermənin nəticələrinə görə onun namizədliyi hökumət başçısı postuna irəli sürülüb
30 martSorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Nüfuzlu mühafizəkarlar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən, vitse-prezident Jey Di Vens qarşıdan gələn 2028-ci il ABŞ prezident seçkilərində ölkə mühafizəkarları arasında ən populyar namizəddir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumat
29 martTehrana gedən körpü bombalandı - Yenilənib-Video
ABŞ və İsrail hərbi hava qüvvələri İranın strateji əhəmiyyətli Kərəc şəhərində inşası davam edən və şərti adı B1 olan nəhəng körpüyə ikiqat zərbə endirib. "Qafqazinfo" "Fars"a istinadən xəbər verir ki, Tehranla Kərəc şəhərlərini birləşdirməli olan və tikintisi tamamlanmaq üzrə ola
3 aprel