Britaniyanın XİN başçısı Folklend adalarına səfər edəcək
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Amerika qitəsinə səfərinə başlamazdan əvvəl yaxın günlərdə Folklend adalarına (Malvin adalarına) səfər edəcək.
Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
"Folklend adaları Britaniya ailəsinin dəyərli bir hissəsidir və aydın şəkildə bəyan edirik ki, onlar bu ailənin bir hissəsi olaraq qalmaq istədikcə, onların suverenliyi müzakirə oluna bilməz", – nazir səfəröncəsi söyləyib.
Orada o, yerli hakimiyyət orqanları ilə görüşəcək və Folklend müharibəsi zamanı həlak olmuş britaniyalı hərbçilərin xatirəsini yad edəcək.
Kemeronun proqramına Braziliyaya səfərləri də daxildir, o, fevralın 21-22-də Rio-de-Janeyroda G20 ölkələrinin XİN başçılarının görüşündə iştirak edəcək, Paraqvay və ABŞ-yə səfər edəcək.
Qeyd edək ki, Atlantik okeanının cənub-qərbində yerləşən Folklend adaları (Malvin adaları) 200 ildir ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmeti olub. 1982-ci ilin aprelində ölkələr arasında silahlı qarşıdurma baş verib. Argentina iki ay yarım davam etmiş döyüşlərdə 649 hərbi qulluqçusunu itirərək yenilib. Britaniya tərəfinin itkiləri 255 nəfər təşkil edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 479 Tarix: 18 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
CNN: Oman Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib
Oman Maskatda keçirilən danışıqlar zamanı İrana Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib. "Report" xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb. "Oman sularından keçən cənub marşrutu üzrə gəmilərin sərbəst hərəkəti təmin ediləcək. İra
12 iyulOman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər
Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini
12 iyulABŞ senatoru Lindsi Qrem vəfat edib
ABŞ senatoru Lindsi Qrem vəfat edib. xəbər verir ki, bu barədə senatorun ofisi "X" və "Facebook" sosial şəbəkələrində bəyanat yayıb. "Şənbə günü, iyulun 11-də axşam saatlarında ABŞ senatoru Lindsi Qrem qısamüddətli və qəfil xəstəlik nəticəsində dünyasını dəyişib. Senator Qremi
12 iyulMüctəba Xamenei atasının ölümünə görə qisas alınacağına söz verdi
İranın dini lideri Müctəba Xamenei Tehranın ABŞ-İsrail zərbələrinin qurbanı olan Əli Xameneinin və digər iranlıların ölümünə görə qisas alacağına söz verib. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Müctəba Xamenei atası, keçmiş dini liderin dəfn mərasimi münasibətilə yazılı müraciətində bildirib
11 iyulUkrayna ordusu Rusiyanın 14 gəmisini vurub
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamad
12 iyulHörmüz boğazından gəmilərin keçidi minimuma enib
ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi
11 iyul