Ana övladlığa götürdüyü 5 yaşlı oğlunu öldürüb kanalizasiyaya atdı

Ana övladlığa götürdüyü 5 yaşlı oğlunu öldürüb kanalizasiyaya atdıABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində qadın övladlığa götürdüyü 5 yaşlı uşağı öldürməkdə şübhəli bilinir. Onun meyiti cümə günü səhər kanalizasiya borusunda tapılıb. Bu barədə "New York Post" məlumat yayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 5 yaşlı Darnell Teylorun çərşənbə günü itkin düşdüyü bildirilib. Həmin gecə oğlanın qanuni qəyyumu Pemmi Meyin əri polisin qaynar xəttinə zəng edərək arvadının uşağına zərər verdiyini deyib.

Kişinin sözlərinə görə, 48 yaşlı Pemmi onu yuxudan oyadıb ki, oğlan artıq sağ deyil. O, həyat yoldaşının bipolyar şəxsiyyət pozğunluğundan əziyyət çəkdiyini və depressiya üçün dərman qəbul etdiyini də açıqlayıb.

Bu mesajı alan Kolumb polisi küçələrdən birində şübhəli hərəkət edən qadını saxlayıb. Onun Pemmi Mey olduğu ortaya çıxıb. O, polisə uşağın meyitini harada axtaracağını deyib.

5 yaşlı Teylor bir ildən az müddət ərzində Pemminin himayəsində olub. Bioloji valideynləri onun öhdəsindən gələ bilməyiblər və oğlunu mütəmadi olaraq görmək şərti ilə başqa ailəyə köçürməyə razılaşıblar. Əvvəlcə bu problem olmayıb. Mey uşağın ailəsini uzun illər tanıyıb. Hətta onların şənliklərində və pikniklərində iştirak edib. Lakin qəyyumluq müəyyən edildikdən sonra o, telefon zənglərinə belə cavab verməyib.

İndiyə qədər Mey adam oğurluğu və uşaqları təhlükə altına almaqda ittiham olunub. Prokurorluq adam öldürmə ittihamını davam etdirəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1026   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp Zelenskidən bunu xahiş etdi

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin intensivliyini azaltmağı xahiş etdiyini açıqlayıb. xəbər verir ki, Tramp İllinoysda jurnalistlərə bildirib ki, "Bu, maraqlı məsələdir. Mən Prezident Zelenski ilə danışdım, dedi

28 sentyabr
.

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria

30 sentyabr
.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb

İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları

29 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs

30 sentyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr
.

Tutanxamonun məzarındakı gizli otaqlar və Nefertiti şübhəsi

Bir əsr əvvəl kəşf edilən Tutanxamonun məzarı yenidən arxeologiya dünyasının gündəmindədir. Tədqiqatçılar məzarın bir kraliça üçün nəzərdə tutulmuş daha böyük tikilinin hissəsi ola biləcəyini və qapalı bölmələrdə Nefertitiyə aid otaqların yerləşə biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki, Tutanxamonu

28 sentyabr