"Nəcibə Məlikovanı evimizə plov yeməyə qonaq çağırdıq, kənddə qaçanda elə yıxıldı ki..."-"Ögey ana" filminin canlı şahidi-FOTO+ÖZƏ

"Nəcibə Məlikovanı evimizə plov yeməyə qonaq çağırdıq, kənddə qaçanda elə yıxıldı ki..."-"Ögey ana" filminin canlı şahidi-FOTO+ÖZƏ"Nağıllar aləmində" rubrikasında sizi filmlərimizin çəkildiyi məkanlarla, həmin film çəkilişlərinin canlı şahidləri ilə tanış edirik. Bu dəfəki reportajımız "Ögey ana" filminin çəkilişləri haqqındadır.
"Nəcibə Məlikovanı evimizə plov yeməyə qonaq çağırdıq, kənddə qaçanda elə yıxıldı ki..."-"Ögey ana" filminin canlı şahidi-FOTO+ÖZƏModerator.az-a açıqlama verən İsmayıllı rayonu Qalacıq kənd sakini Vaqif Babayev çəkilişlərə canlı şahidlik etdiyini bildirib.
"Nəcibə Məlikovanı evimizə plov yeməyə qonaq çağırdıq, kənddə qaçanda elə yıxıldı ki..."-"Ögey ana" filminin canlı şahidi-FOTO+ÖZƏ" 1957 və 1958-ci illər idi... "Ögey ana" filmini iki ilə çəkdilər. Həbib İsmayılov rejissor idi. 11 yaşım var idi. Məktəbə gəldi və uşaqların arasından məni seçdi. Xarici görünüş baxımından Ceyhuna (İsmayıl obrazına) oxşayırdım. Sual verdi ki, sən at sürməyi bacarırsan?! Dedim ki, əlbəttə. Bizim də həyətimizdə həmişə at olub. Atam da baytar həkim idi. Filmdə İsmayılın təhlükəli səhnələrini, həmçinin də at çapmaqlarını mən nümayiş etdirirəm. İsmayılın dublyoru idim. Məni onun kimi geyindirib-keçindirmişdilər, başımdakı papaq da onun papağından idi. Ceyhun Mirzəyev də çox çevik uşaq idi. Əslində İsmayıl rolunda tam başqa biri oynamalı idi, səhv etmirəmsə rejissorun da qohumu idi. Nədənsə Həbib İsmayılov onu yox, İsmayılın oyun tərzini bəyəndi. İsmayıl sadəcə o uşağın məşqlərinə baxırdı. Həbib müəllim yəqin hiss edib ki, əsl İsmayıl Ceyhundur. Ceyhun çox səmimi, mehriban uşaq idi. Bir səhnə də var, mən tövlədən atı çıxarıb, onun üstünə tullanmalı idim. Bunu mən bacarmırdım. At getdi və qəfil dayandı. Yerə yıxıldım. İsmayılın anası təşvişlə üstümə qaçdı. Qadın az qalmışdı şok olsun. İsmayıl da cibindən peçenye çıxarıb mənə verdi. 2 il film çəkildi. Qalacıq kəndi yayda da, yazda da soyuq olur. Nəcibə Məlikova kənddə qaçırdı, biz uşaqlar da arxasınca qaçırdıq. Çox pis vəziyyətdə yerə yıxıldı. Arxaya yıxıldı ki, üzü zədələnməsin. Yenidən ayaqlarını təmizləyib çəkilişlərə davam etdi. Xatırlayırsınızsa filmdə bir körpü göstərirlər. Axşam vaxtı, yağışlı bir gündə Nəcibə xanım o körpü ilə gedir. O kənddə balaca bir körpüdür. Operator onu altdan çəkib, elə hiss olunur ki, körpü böyükdür. Bütün texnika Qalacıq kəndində idi. O vaxt gəlib mina qoydular, qayalıqları partlatdılar, yolu genişləndirdilər. Kənd uşaqlarının həddindən artıq kinoya həvəsi böyük idi. Maket evlər də var idi. İstəyəndə də söküb aparırdılar. Bu filmin sayəsində İsmayıllı rayonu Qalacıq kəndinin də nüfuzu artdı" deyə dublyor deyib.
Vaqif Babayev bildirib ki, filmin kollektivi ilə mehriban münasibəti olub.
"Nəcibə Məlikovanı evimizə plov yeməyə qonaq çağırdıq, kənddə qaçanda elə yıxıldı ki..."-"Ögey ana" filminin canlı şahidi-FOTO+ÖZƏ"Rejissor mənə yaxşı qonorar da ödəmişdi. Birinci il 65 manat, ikinci il isə 45 manata yaxın qonorar vermişdi. Yeyib-içmək də onlarlıq idi. Nəcibə Məlikova, Nəsibə Zeynalova, Ələsgər Ələkbərov və s. sənətkarlarla mehriban münasibətdə idik. Bir xatirəm də var. Anam südlü plov hazırlamışdı. Nəcibə xanımı qonaq çağırdıq, evimizə gəldi. Çox mehriban xanım idi. Biz Ceyhunla filmə görə görüşürdük. Sonra münasibətimiz olmadı, yalandan deyə bilmərəm ki, böyüyəndə də görüşmüşük. İndi o vaxtkı kimi film çəkmirlər. "Ögey ana" filmi ən ibrətamiz, ən duyğusal filmdir. Mənə ən təsir edən səhnə İsmayılın ögey anaya ana deməsi olur. Yay ayında sizi Qalacıq kəndinə dəvət edəcəm. 4 tərəfi dağlarla əhatə olunub, iki tərəfindən çay axır. Respublikada yeganə belə kənd var. Hazırda 78 yaşım var" deyə Ceyhun Mirzəyevin dublyoru Vaqif Babayev deyib.
"Nəcibə Məlikovanı evimizə plov yeməyə qonaq çağırdıq, kənddə qaçanda elə yıxıldı ki..."-"Ögey ana" filminin canlı şahidi-FOTO+ÖZƏ"Nəcibə Məlikovanı evimizə plov yeməyə qonaq çağırdıq, kənddə qaçanda elə yıxıldı ki..."-"Ögey ana" filminin canlı şahidi-FOTO+ÖZƏ


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1241   Tarix: 20 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr