Evdən cin çıxaracam deyib, ailə üzvlərini amansızlıqla öldürdü
İtaliyadan olan inşaatçı evdəki cindən qurtulmaq qərarına gəldiyi üçün bütün ailəsini öldürüb. Bu barədə "La Stampa" məlumat yayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Palermo şəhərinin kənarında yaşayan 54 yaşlı Giovanni Barekka 17 fevral şənbə günü polisə zəng edərək cinayətini etiraf edib. Kişi telefonda "Ailəmi öldürdüm, məni aparmağınızı gözləyəcəm... Evdə cin var idi" deyib.
Hadisə yerinə gələn polislər bağda yanan qadın qalıqları və iki uşağın cəsədini tapıblar. Onlar həmçinin Barekkanın şok vəziyyətində yataq otağında gizlənən 17 yaşlı qızını tapıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları belə qənaətə gəliblər ki, Barekka "cin çıxarmaq" məqsədilə ailəyə bir neçə gün işgəncə verib. Onun ilk qurbanı həyat yoldaşı, 40 yaşlı Antonella Salamone olub. Bədəni yanğından o qədər zədələnib ki, ölüm səbəbini müəyyən etmək mümkün olmayıb. Cinayətkar Salamonu yandırdıqdan sonra biri 16, digəri isə beş yaşında olan oğullarına keçib.
O, onları elektrik naqilləri ilə boğmazdan əvvəl zəncirləyib, ağzını bağlayıb və pokerlə döyüb. Ehtimallara görə, kişinin qızı narkotikin təsiri altında olub və ola bilsin ki, ailə üzvlərinin işgəncəyə məruz qalmasını seyr etməyə məcbur olub. Qonşular polisə bildiriblər ki, Barekka şeytanın düşüncələrinə aludə olub və tez-tez onlara qəribə məzmunlu qeydlər göndərib.
Şahidlərdən biri Salvatore Turco jurnalistlərə bildirib ki, Barekka bu işləri tək edə bilməz. Turco hesab edir ki, cılız bir insan olan Barekkaya kimsə kömək edib. Onun fikrincə, cinayətin digər üzvləri Barekkanın Yevangelist Kilsəsində tanış olduğu dini fanatiklər Massimo Karandente və Sabrina Fina olub. Polis hər ikisini saxlayıb və onlara qarşı ittiham irəli sürülüb.
Sağ qalan qız hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının himayəsindədir və təhlükəsiz yerdə yaşayır, ona psixoloji yardım göstərilir. O, bir İtalyan qəzetinə atasının onları şeytandan azad etmək istədiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1193 Tarix: 21 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrFırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
ABŞ-ın şimal-şərqini cərəyan edən güclü fırtına nəticəsində Nyu-Yorkda bir nəfər həyatını itirib. "Report" xəbər verir ki, bu barədə sentyabrın 26-da "The New York Post" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 56 yaşlı mənzil idarəsinin əməkdaşı şəhərin şərqində yerləşən Brukli
27 sentyabrBu ölkədə ad günü məclisində baş verən atışmada 11 nəfər yaralanıb
Corciya ştatında parkda baş verən kütləvi atışma nəticəsində 17 və 18 yaşlarında on bir nəfər yaralanıb. xəbər verir ki, bu barədə CBS News hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat verib. Nəşr bildirir ki, "Ad günü məclisi iştirakçıları parkda toplaşdıqdan sonra başqa bir qru
28 sentyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrLukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib
Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib. xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Buna qədər Vladimir Belı Belarusun müdafiə nazirinin müavin
28 sentyabrİrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabr