İki Xalq artistinin əlindən "su içən" aktrisa: Ölümündən əvvəl deyib ki, saçımı kəsin...

İki Xalq artistinin əlindən "su içən" aktrisa: Ölümündən əvvəl deyib ki, saçımı kəsin..."Mən sizləri çox sevirəm. Çox bağlıyam sizlərə. Əgər aylarla, illərlə kimisə görmürəmsə, onu bilin ki, həmişə fikrimdəsiniz, həmişə ürəyimdəsiniz. Çünki siz teatrla bağlı insansınız. Mən də teatram. Mən özüm yoxam, heçəm. Səsim Mərziyyənin səsi, nəfəsim Abbasın nəfəsidir."

Həmişə deyirdi ki, mənim bu yerə gəlməyimə səbəb Allahın verdiyi istedad və öz zəhmətimdir. Bütün rejissorlar onunla işləmək istəyirdi. Amma nədənsə onun bacarığından kinoda az istifadə etdilər.

Xalq artisti, Şöhrət ordenli aktrisa Firəngiz Şərifovadan danışırıq.

Publika.az xəbər verir ki, sevilən aktrisanın 20 fevralda anım günüdür.

Görkəmli aktyoru, teatr və kino rejissoru, Xalq artisti Abbas Mirzə Şərifzadə və peşəkar aktrisa, SSRİ Xalq artist Mərziyə Davudovanın ailəsində, 1924-ci il, fevralın 6-da dünyaya gəlib Firəngiz Şərifova. Səkkiz yaşında Azərbaycandilli məktəbin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olub. Beş il konservatoriyada təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub. Teatr səhnəsinə ilk dəfə elə səkkiz yaşında çıxıb. Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarını özünəməxsus tərzdə canlandırıb.
İki Xalq artistinin əlindən "su içən" aktrisa: Ölümündən əvvəl deyib ki, saçımı kəsin...1947-ci ildə Firəngiz Şərifovanın təyinatı Azərbaycan Dövlət Musiqili Komediya Teatrına verilir. O, bu teatrın səhnəsində Gülçöhrə, Durna, Ulduz, Keto, Bayadera kimi bir-birindən fərqli obrazlara səhnə həyatı verir. Aktrisa daha sonra Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyətini davam etdirir. Bu sənət ocağında Həcər, Rəfiqə Rəhimli Ket, Erfila, Gülgün və bu kimi neçə-neçə rolları sevərək tamaşaçılara təqdim edir.

Firəngiz Şərifovanın kino yaradıcılığı da ən azı teatrdakı qədər uğurlu və yaddaqalandır. İstedadlı aktrisa "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Qaraca qız"da Yasəmən, "Bir ailəlik bağ evi"ndə Ana, "Bayquş gələndə" filmində Nənə, "Qərib cinlər diyarında" Tükəz, "Qətl günü"ndə Nənə obrazları ilə də sevilməyi bacarıb. "Bir ailəlik bağ evi" filmindəki Ana rolu psixoloji məna çalarlarına və emosional sənətkarlıq xüsusiyyətlərinə görə aktrisanın peşəkarlığının bariz nümunəsidir.

Firəngiz Şərifovanın Azərbaycan kinosunda həyat verdiyi surətlər psixoloji dərinliyi, səmimiliyi və inandırıcılığı ilə səciyyələnərək parlaq ekran obrazları kimi uğurlu tale yaşayıb. Aktrisanın müxtəlif televiziya tamaşalarında böyük sənətkarlıqla oynadığı rollar qiymətli sənət nümunələri kimi milli televiziyanın fondunda qorunur. Görkəmli sənətkarın altmış ildən artıq bir dövrü əhatə edən mənalı yaradıcılıq yolu gənc aktyorlar nəsli üçün bir sənət məktəbidir.
İki Xalq artistinin əlindən "su içən" aktrisa: Ölümündən əvvəl deyib ki, saçımı kəsin...Sənətkar milli teatr və kino sənətinin inkişafında xidmətlərin görə "Xalq artisti" fəxri adlarına, 2009-cu ildə "Şöhrət" ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü olub.

Aktrisa son günlər başını qaldıra, uzana bilmirmiş. Amma buna baxmayaraq, son günlərində belə pozitivliyini qoruyurmuş: "Saçımı kəsin, üzümə düşür, bəzəyin, qəşəng görünmürəm".

Nəvəsi - müğənni Eldar Qasımov müsahibələrinin birində deyir:

"Nənəm xəstə olanda deyirdi ki, mənə nə dərman, nə də yaşamaq üçün vasitələr lazımdır. Bu həyatda, bu bədəndə mən artıq öz missiyamı bitirmişəm. Mən sizə oradan kömək edə bilərəm. Oranın gücləri, burdan güclüdür".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1229   Tarix: 21 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr