"Yıxıldım, ağzım qanla doldu..." - Əməkdar artist ilk və son məhəbbətindən danışdı

"Yıxıldım, ağzım qanla doldu..." - Əməkdar artist ilk və son məhəbbətindən danışdıTamaşaçılar onu illər öncə "Solğun çiçəklər" televiziya tamaşasındakı Sara obrazı ilə sevdi, illər keçsə də, unudulmadı. Yenə də səhnədədir, ən böyük sevgisinin yanında. Teatr onun ilk məhəbbətidir. Son məhəbbəti isə... Müsahibəni oxusanız son məhəbbətindən də xəbərdar olacaqsınız.

Lent.az-ın müsahibi Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Mehriban Abdullayevadır

- Mehriban xanım, Sara roluna çəkiləndə tələbə idiniz?
"Yıxıldım, ağzım qanla doldu..." - Əməkdar artist ilk və son məhəbbətindən danışdı- Yox institutu təzə bitirmişdim. O tamaşa 1987-ci il martın 22-də efirə gedib.

- Müsahibəyə gəlməzdən öncə bir qədər araşdırma apardım, qarşıma sizin və həyat yoldaşınız, mərhum rejissor, Xalq artisti Ağakişi Kazımovun haqqında hazırlanmış bir proqram çıxdı. Söhbət zamanı Ağakişi müəllim dedi ki, siz ona aşiq olub yoldan çıxartmısınız. Kim kimi yoldan çıxarmışdı?

- (Gülür). Hə elə demişdi, mən də mat qalmışdım. Ömrünün son günləri idi. Xəstə idi həmin ərəfələrdə. Təbii ki, bu ilk mənim fikrim deyildi. Onunla tanış olanda mən tələbə idim. O mənim müəllimim olub, 50 yaşlarında olardı, ailəli idi. Sonra teatra gəldim və bizi burada rejissor-aktrisa münasibətləri, sənətə olan sevgi yaxınlaşdırdı. Çox sonralar dedi ki, səni elə görən kimi vurulmuşdum. Mən isə həmişə onun mehriban münasibətini sənətimə olan vurğunluğu kimi qəbul edirdim. Danışmasaq belə, bir birimizi başa düşürdük. Bu gün sənətdə nə qazanmışamsa, Ağakişi müəllimə borcluyam.

- Həmin ərəfələrdə o xanımından ayrılmışdı, yoxsa evliydi?

- Evliydi. Amma münasibətləri yaxşı deyildi xanımı ilə. O, ayrıldıqdan sonra biz ailə qurduq. Uşaqları və yoldaşı köçüb xaricə getdilər, tək qaldı. 20 il sonra ailə qurduq.

- Siz ondan yaşda xeyli kiçik idiniz. Ailəniz bu evliliyə qarşı çıxmadı?
"Yıxıldım, ağzım qanla doldu..." - Əməkdar artist ilk və son məhəbbətindən danışdı- Əvvəl narazılıq oldu. Amma biz evlənəndə artıq yaşım 40-ı keçmişdi. Bilirsinizmi, çox çalışdım ki, ayrı cür alınsın taleyim, amma qismət bu imiş. Yazıdan qaçmaq olmur.

- Övladları ilə münasibətiniz var?

-Bəli. Bir oğlu Almaniyada, biri İsraildədi. Ən böyük oğlu Bakıda yaşayır, ünsiyyətimiz var. Mən heç kimin ailəsini dağıtmamışam.

- Belə bir söz-söhbət gəzir ki, Mehriban xanımı Ağakişi müəllimlə münasibətləri məşhur edib və onun sayəsində siz vaxtilə teatrda hegemonluq eləmisiniz

- Boş söhbətdir. Mən özümü rollarımla sübut elədim. Belə söhbətləri ancaq paxıllar danışa bilərdilər. Ağakişi müəllim gözünün nuru olsa belə, istedadı olmayan adama güzəşt eləməzdi. Həm təkcə o yox, digər rejissorlar da mənimlə işləyir, rol verirdi axı. Nə qədər ki, özümü sübut eləməmişdim, məni belə söhbətlərlə əzməyə çalışırdılar.

- Deyirlər ərinizin böyük aktyor Yusif Vəliyevlə də problemləri olub, hətta Yusif Vəliyevin xanımı ərinin ölümündə Ağakişi müəllimi günahkar hesab edib

- Yusif Vəliyevlə uşaq tamaşalarına görə aralarında inciklik olmuşdu, bu hər yerdə olur. Onun xanımı gözlənilmədən bir verilişdə bu barədə danışmışdı. Ağakişi çox pis oldu. Deyirdilər Ağakişi Yusifə 9-cu mərtəbədən ev verdirib, kişi buna əsəbiləşib filan. Vallah, boş söhbətlərdir. Ağakişi müəllim böyük sənətkar idi, sənətkarın da qiymətini bilirdi.

- Ömrünüzü ona, onu qorumağa, qulluğunda dayanmağa həsr etdiniz. Özünüzü fədakar hesab edirsiniz?

- Fədakarammı, deyiləmmi bilmirəm. İçimdən gəlir deyə etdim. Peşman deyiləm Ömrünün son 5 ilini ağır xəstə oldu. Onu teatrdan uzaqlaşdırdılar, bu onda psixoloji pozuntular yaratdı. Üstəlik universitetdə işdən çıxardılar, bu da ağır gəldi və sonda insult vurdu.
"Yıxıldım, ağzım qanla doldu..." - Əməkdar artist ilk və son məhəbbətindən danışdı- Niyə çıxardılar ki?

- Yaş söhbətinə görə. İndi o qədər yaşlılar var, işləyirlər. O teatrda böyümüşdü. 16 yaşından teatra bağlı idi, evindən qovulmuş kimi hiss edirdi, birdən-birə qanadlarını kəsdilər. Xəstəxanalarda qaldıq. Beynimdə ancaq bir şey var idi. Mən onu qorumalıyam sağaltmalıyam. O mənsiz bir gün də qalmırdı. Pandemiya dönəminə düşdü. Bütün gün birlikdə, evdə. Yaddaşını itirirdi, məndən başqa hamını unudurdu. Xəstəxanalarda olanda mütləq yanında mən olmalıydım, əlimi buraxmırdı. O ərəfələrdə anam da insult keçirdi. Mən onu buraxıb anamın yanına gedə bilmədim. Ürəyim yanırdı, amma gedə bilmirdim. Anamın ancaq dəfnində iştirak edə bildim. Ağakişi müəllim son nəfəsini də mənim yanımda verdi. Bir ilin içində ikisini də itirdim. Çox ağır stress yaşadım. Heç vaxt ölümü qəbul edə bilməmişəm. (Bu yerdə o kövrəlir və mən söhbəti dəyişməyə çalışıram).

- Qax rayonunun Ləkit kəndində doğulub böyümüşdünüz. Aktyorluğa həvəs necə yarandı?

- Əslində aktrisa yox, həkim olmaq istəyirdim. Mənim anam mamaça idi, kənddə hamı onu ana deyib çağırırdı. 20 yaşdan 80 yaşa qədər mamaca olub. 60 il ərzində əlində bir dəfə xəta olmamışdı. Yüzlərlə uşaq ona nənə deyirdi.

- Amma sizin övladınız olmadı...

- Hə, çox müalicə etdik, alınmadı. Bütün sevgimi bacımın uşaqlarına, onların uşaqlarının uşaqlarına vermişəm. Bacı-qardaşlarım üçün yaşayıram. Nə olur mənə olsun, onlara olmasın, mən təkəm. Hə qayıdaq sualınıza.Yaxşı oxuyurdum, Tibb Universitetindən müsabiqəyə düşüb kəsildim, o biri ili kənddə bir qız var idi yoldan çıxardı məni, dedi gəl sənədlərimizi aktyorluğa verək. Aktyorluq nədir, necə olur bilmirdim, imtahan verdim, hamısından keçdim. Aktyorlar mənə çox böyük adamlar kimi gəlirdi uzaqdan. Onların arasında özümü sehirli dünyaya düşmüş kimi hiss eləyirdim. Ailəmiz də sevindi, beləcə gəldim sənətə. Çox utancaq idim, deyirdilər səndən artist olmaz. Amma səhnəyə çıxanda özümü unudurdum. Oda-alova dönürdüm. Səhnə ömürlük məhəbbətim oldu.

- Səhnədə ən yadınızda qalan, unutmadığınz hansı hadisə olub?

- Çox olub. Birini danışım. 1990-cı illər idi. Mikayıl Müşfiqlə bağlı tamaşa hazırlanmışdı, mən də Dilbəri oynayırdım. Premyera idi, çoxlu nüfuzlu qonaqlar, jurnalistlər dəvət olunub. Belə bir səhnə var idi, Dilbər dəli olur, qaranlıqda qaça-qaça səhnədəki pilləkənlərdən düşüb səhnənin önünə gəlməlidir. Səhnənin bitdiyi yeri düz hesablamayıb dayana bilmədim düz yıxıldım ön sıradakı tamaşaçıların ayağına. İşıq da mənim üstümə fokuslanıb. Ağzım ön oturacaqlardan birinə dəydi. Bir anda beynimdən milyon fikir keçdi. Elə bildim dişlərim töklüdü, qan götürdü məni. Bilmədim davam edim, səhnədən çıxım, ya nə edim. Özümü toplayıb səhnəyə qayıtdım. Əlimlə ağzımı tutmuşdum. Danışmağa qorxurdum. Tərəf müqabilim pıçıldadı ki, qorxma yaxşısan. Bir təhər başa vurub səhnədən çıxdım, ağlaya-ağlaya qaçdım qrim otağına. Tamaşadan sonra Ağakişi müəllim jurnalistlərlə gəldi otağıma, dedi "dəlidir də bu qız". Amma tamaşaçılar anlamamışdı ki, bu mizandır, yoxsa mən həqiqətən yıxılmışam.

- Ötən il 60 illik yubileyiniz qeyd edildi. Səhnədə keçən 40 ildən sonra ən böyük arzunuz nədir?
"Yıxıldım, ağzım qanla doldu..." - Əməkdar artist ilk və son məhəbbətindən danışdı- Tək arzum daim səhnədə olmaq, rollara çəkilməkdir. Fəxri ad insafları olsa, verərlər. Bu yerə cırmaqlaya-cırmaqlaya gəlmişəm, çox badalaq gələnlər, əngəl olanlar olub. Niyəsini bilmirəm, axı heç kimə pisliyim dəyməyib. Kiçiyə də, böyüyə də hörmətlə yanaşmışam. Bütün mehrimi teatra bağlamışam. Tək arzum rollar oynamadır. Geri baxınca düşünürəm ki, hər şey elə belə də olmalıymış. Bu da bir ömür idi, yaşandı.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1285   Tarix: 23 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr