Pomidor ixracının azalmasının kökündə dayanan amillər - ARAŞDIRMA

Pomidor ixracının azalmasının kökündə dayanan amillər - ARAŞDIRMAPomidor ixracımızda keçən illə müqayisədə azalmalar müşahidə edilir. Ekspertlər sahibkarların ixraca meyilli olmadıqlarını bildirirlər. Sahibkarlar isə bunu məhsula görə ödənişin gecikməsi ilə əlaqələndirirlər.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixrac məhsullarından biri pomidordur. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 140,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında bildirilir. İcmala əsasən, bu rəqəm 2022-ci ilin 11 ayı ilə müqayisədə 10,3 milyon ABŞ dolları və ya 6,83 faiz azdır. Bu azalmanın səbəbi nədir? İxracı daha da artırmaq, sahibkarları stimullaşdırmaq üçün hansı addımlar atıla bilər?

Məhsulun maya dəyəri artıb

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov pomidor ixracının azalmasının kökündə dayanan amilləri sadaladı: "Birinci səbəb odur ki, istixanalarda pomidorun becərilməsi xərclərinin artması istehsal olunan məhsulun maya dəyərini yüksəldir. Bu da bazara çıxarılan pomidorun rəqabət qabiliyyətini azaldır. Digər bir səbəb Rusiya rublunun dəyər itirməsidir. Pomidor ixracımızın əsas bazarı Rusiyadır. Rublun xarici valyutalar qarşısında dəyərinin azalması fermerlərin ixrac etdikləri kənd təsərrüfatı məhsullarının satışından gələn gəlirlərini kəskin azaldır. Bu da pomidor istehsalına marağın azalmasına səbəb olur".

Kifayət qədər emal sənayesi müəssisələri yoxdur

Deputatın fikrincə, ixracı artırmağın əsas yollarından biri emal sənayesini inkişaf etdirməkdir: "İstixana şəraitində yetişdirilən kənd təsərrüfatı məhsullarının emal sənayesinə yönəldilməsi rentabelli olmur. Emal sənayesi əsasən mövsüm dövründə tədarük olunan məhsullarla fəaliyyət göstərməlidir. Amma regionlarda kifayət qədər emal sənayesi müəssisələri yoxdur. Emal sənayesinin inkişafı qeyri-neft məhsullarının il boyu ixracına yol açar. Bu, həm də ölkədə yeni iş yerlərinin açılması üçün imkanların yaranması deməkdir. Emal sənayesinin inkişaf etdirilməsi mövsüm zamanı istehsal olunan kənd təsərrüfatı məhsullarının itkisiz tədarük olunmasına da şərait yaradar".

Dövlət yox, sahibkar yaratmalıdır

A.Badamovun sözlərinə görə, emal sənayesinin inkişafı sahibkarların üzərinə düşən məsələlərdəndir: "Məhz emal sənayesinin lazımı səviyyədə inkişaf etməməsi nəticəsində kənd təsərrüfatı məhsullarının mövsüm zamanı qiymətləri çox aşağı olur. Fermerlər vaxtında tədarük edə bilmədikləri üçün böyük itkilərlə qarşılaşırlar. Emal sənayesinin yaradılmasını dövlət həyata keçirməməlidir. Bu işi sahibkarlar etməlidirlər. Dövlət sahibkarlığın inkişafına kifayət qədər dəstək göstərir. Amma təəssüf ki, nədənsə sahibkarlar emal sənayesinin inkişaf etdirilməsində çox da maraqlı deyillər".

İqtisadçı Cəfər İbrahimli bildirdi ki, pomidor ixracımız əslində statistikada göründüyü qədər azalmayıb: "Pul dəyəri ilə ixracda azalma görünür. Amma miqdar dəyəri ilə hesablayanda o qədər də azalma yoxdur. Bu azalma 2,5 faizə yaxındır. Bu hal xüsusilə son illərdə daha çox müşahidə edilir. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti "Rosselxoznadzor" bəzi malların geri göndərilməsinə qərar vermişdi. Sertifikasiya məsələlərindəki problemlər və qida ilə bağlı təhlükəli normalar ixracın azalmasına təsir göstərib".

Fürsətləri dəyərləndirmək lazımdır

C.İbrahimli düşünür ki, Rusiyaya pomidor ixracını daha da artırmaq üçün fürsətləri dəyərləndirmək lazımdır: "Rusiya rəsmiləri açıqladı ki, daha çox ixrac olunan məhsulları, həmçinin pomidoru gömrük vergisindən azad etdilər. Böyük ehtimalla, Rusiyada bu məhsula olan tələbin artacağı gözlənilir. Yəqin ki, bir çox ölkələrlə ticarət əlaqələrinin məhdudlaşdırılması buna səbəbdir. Uzunmüddətli perspektiv üçün bu addım atılırsa, deməli, Rusiyada bu məhsula tələb var və idxalı davam edəcək. Sahibkarlar bu imkanlardan yararlanıb, istehsal həcmlərində artıma gedə bilərlər. Kənd təsərrüfatı, xüsusilə də pomidor istehsalı və emalı məsələlərinə dövlət tərəfindən kifayət qədər güzəşt və subsidiyalar ayrılıb".

Xəstəliklər istixanaları məhv edib?

Sahibkar Eldar Hüseynov da ixracın azalmasına aydınlıq gətirdi: "Azalmanın birinci səbəbi Rusiya rublunun dəyərini itirməsidir. İkinci səbəb odur ki, Rusiyanın hələ ki, öz malı var idi və tələbat da həddən artıq azalmışdı. Daxildə olan məhsullarımızda isə xəstəlik aşkarlandı. Ölkəyə gətirilən toxumlarda virus mövcud idi. Bu xəstəliklər də istixanaları məhv etdi. Ona görə ölkədən ixrac edilən məhsullar keçən ilə nisbətən azaldı".

3-4 ildən sonra Rusiyaya pomidor ixrac edə bilməyəcəyik

E.Hüseynovun sözlərinə görə, artıq daha fərqli sortların yetişdirilməsinə ehtiyac var: "Rusiya hökuməti böyük maliyyə ayırıb və artıq özləri pomidor istehsalına başlayırlar. İranda 1000 hektarlıq, Krımda, Qara dənizin, Xəzər dənizinin sahillərində böyük istixanalar qururlar. Yəni yaxın beş ildə Rusiyanın ixrac məhsullarına ehtiyacı qalmayacaq. Artıq özləri istehsal edə biləcəklər. Bu səbəbdən bizim əkinçilər elə sortlar yetişdirməlidirlər ki, onlardan Rusiyada olmasın. Önümüzdəki illərdə Azərbaycanda istixanalara dotasiya verilməsə, əkin seqmenti dəyişdirilməsə, 3-4 ildən sonra Rusiyaya pomidor ixrac edə bilməyəcəyik".

Artıq bazardan məhsul alınmır

Müsahibimiz sahibkarların ixraca maraq göstərməməsi məsələsinə də toxundu. Bildirdi ki, ixrac zamanı ödəniş gec çatdığı üçün daxili bazar daha sərfəlidir: "Problem odur ki, Rusiya da artıq market alverinə keçib. Kimin marketlərlə müqaviləsi varsa, malını sata bilir. Kimin əlaqəsi yoxdursa, bazarda satır. O zaman da satılmayan məhsul məhv olur, atılır. Əsas məsələ ödənişdir. Sahibkara pul lazımdır ki, işçinin maaşını, gübrənin, qazın pulunu verə bilsin. Rusiyaya ixrac olunan malların ödənişi gecikdiyi üçün bəzi hallarda sahibkarlar məhsullarını daxili bazarda satmağa üstünlük verirlər".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 954   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr